Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb. Belə ki, təhsil haqqını ödəyə bilməyən Deyl anasının məsləhəti ilə diskussiya dərnəyinə daxil olub, nitq mədəniyyətini öyrənir. Və müxtəlif mövzular üzrə çıxışlar edərək pul qazanmağa başlayır. Yaxşı natiq kimi tanınan Deyl təhsilini başa vurduqdan sonra ticarətlə məşğul olmağa başlayır. Bu sahədə işləri pis getməsə də o, natiqlik sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə Nyu- Yorka yollanır.
Nyu-Yorkda natiqlik sənəti üzrə kurslar aparan Deyl insani münasibətlərlə maraqlanmağa başlayır. 1936-cı ildə işıq üzü görən «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı.
Deyl Karnegi bu kitabla kifayətlənmədi, insani münasibətlər mövzusunda daha bir neçə kitabı oxucuların ixtiyarına verdi. Onun metodikasının əsas prinsipi belə idi: «Tənqid mənasızdır, tənqid insanı yalnız müdafiəyə keçməyə məcbur edir. Bu zaman isə tənqid olunan insan bir qayda olaraq, hər vəchlə özünə haqq qazandırmağa çalışır. Ümumiyyətlə, tənqid təhlükəlidir. Adamın qüruruna, heysiyyətinə toxunur və buna məruz qalan insan bütün ömrü boyu bunu yadda saxlayır».
Missuri ştatında sadə həyat tərzi sürən Deyl bu prinsip əsasında qələmə aldığı əsərləri ilə dünya şöhrəti qazandı. Və yarım əsrdən artıqdır ki, Deyl Karneginini əsərləri geniş oxucu audotoriyasını itirməyib. Deyl Karnegi 67 yaşında dünyasını dəyişib.
On iki qayda
Bu gün Deyl Karneginin ətrafdakılarla düzgün münasibət qurmaq barədə qənaətləri ilə tanış olacağıq. Təbii ki, düzgün münasibət qurmağın üsulları bir söhbətə sığmır. Ən azı ona görə ki, bu sahə ilə bağlı sizin maraq dairəniz kifayət qədər genişdir. Və bu maraqları təmin etmək üçün çoxlu sayda qaydalar var. Bu gün biz Deyl Karneginin təbirincə desək, «Adamları nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən on iki qayda» ilə tanış olacağıq.
I qayda: Mübahisədə üstün gəlmək olmaz
Nəzərə alın ki, bir qayda olaraq, öz fikrində israrlı olan adamlar mübahisə edir. Siz öz fikrinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz fikirlərinə bir o qədər inamla yanaşır. Əmin ola bilərsiniz ki, qarşı tərəf heç vaxt öz fikrindən dönməyəcək. Onun sizin fikirlərinizlə razılaşacığını isə heç ağlınıza belə gətirməyin. Bunu nəzərə alan Deyl Karnegi «Mübahisədə üstün gəlmək olmaz» müddəasını əsas tutaraq, məsləhət görür ki, mübahisədə qələbə qazanmağın yeganə yolu ondan yayınmaqdır.
II qayda: Düşmən qazanmağın asan yolu və bundan necə çəkinməli?
Düşmən qazanmaq, eləcə də dostlarınızı itirmək istəmirsinizsə, müsahibinizin fikirlərinə hörmətlə yanaşın. Qarşı tərəf haqsız olduqda belə, bunu ona qəti və kəskin şəkildə deməyin. Zərurət yoxdursa, heç vaxt haqsızlığını ona xatırlatmayın. Yox əgər onun haqsız olduğunu söyləmək zəruridirsə, bunu yumşaq formada və yavaş-yavaş edin. Təbii ki, ilk növbədə səmimi, mehriban ovqat yaradın. Onun bir çox məsələlərdə haqlı olduğunu, yalnız hansısa məqamda yanıldığını söyləyin. Bu, Deyl Karneginin təklif etdiyi variantdır. Yeri gəlmişkən, qeyd edək ki, bu barədə bütün müdrik adamlar həmrəydir. O cümlədən, müqəddəs kitablarda söylənilən fikirlər də üst-üstə düşür. Məsələn, «Qur’ani-Kərim» də bəndələrə bağışlamaq yolunu tutmağı məsləhət görür. Və yaxud İsa peyğəmbər(ə) "Öz rəqibinlə tezcə barış"- deyib.
III qayda: Haqsızsınızsa, bunu etiraf edin
Bu, qarşı tərəfi yumşaltmağın, hətta onu öz tərəfinizə çəkməyin ən asan yoludur. Deyl bu barədə öz fikirlərini sual şəklində ifadə edib: "Əgər bizi istər-istəməz toqquşma gözlədiyini biliriksə, təşəbbüsü öz əlimizə almaqla başqasını qabaqlamaq daha yaxşı olmazdımı?
Özünü tənqid etmək başqaları tərəfindən ittiham olunmaqdan daha asan deyilmi?". Buna görə də Deyl məsləhət görüb ki, qarşınızdakı tərəf-müqabilinizi qabaqlayaraq, sizə söyləyəcəyi bütün tənqidi fikirləri özünüz haqda söyləyin. O dəqiqə müsahibinizin sizin haqda fikirləri dəyişəcək. Ümumiyyətlə, öz səhvlərini etiraf etmək insanı başqalarının gözündə ucaldır. İnanın ki, səhvinizi etiraf etməklə istədiyinizdən daha çox şeyə nail ola bilərsiniz.
XƏBƏR LENTİ
Dünyanın ən bahalı 10 evi
Vitaminli pomidor səbəti
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
Tərcümə olunmayan sözlər
Bakı qışa hazır deyil!
"Qalatasaray"ın rəqibi kim olacaq?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Azərbaycana bütün sərnişindaşıma xidmətləri dayandırıldı - RƏSMİ
Günün ulduz falı
TQDK abituriyentlərə müraciət etdi
BÜRCLƏR bizə nə vəd edir? -8 İyun
Sovet dövrünün kosmetikası(keçmişdən xatirələr)
ABŞ-dan İlham Əliyevə növbəti təbrik
Daha bir məşhur sosial şəbəkədə canlı yayım dönəmi başlayır
Sərt karantin günlərində nəqliyyat vasitəsi üçün əlavə icazə alınmalıdırmı? - AÇIQLAMA
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Ermənistanın iki “Su-25” təyyarəsi məhv edildi - RƏSMİ
Mikrodalğada brauni (foto-resept)
Mel Gibson evlənir
Balıq bürcünün ən əsas 6 xüsusiyyəti
“İmtahanların vaxtı gələn həftə elan ediləcək”
Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”
Bürcümüzə uyğun pəhrizlər
Valideynlər uzaqdan övladlarının dərs prosesini izləyə bilər
Xoşbəxt olmaq istəyirsiz?
Məşhur aktyor yenidən evlənir-FOTO
Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA
İtaliyaya səyahət (II hissə)
Konfutsidən ibrətamiz nəsihətlər
Tanınmış klubdan ulduz oyunçuya sürpriz təklif
Qış üçün tədarükünüzü indidən edin!
Ramazan ayı hansı gün sona çatır?
Bayraq küləyə tab gətirməyib
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
Bakıda ağacları kəsənə 57 min 600 manat cərimə
DİQQƏT! Bu ağartı məhsullarından uzaq durun
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Sürprizli balıq (foto resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Vitaminli salat (foto resept)
Nəhəng atlet 5-ci dəfə ən güclü oldu - FOTO
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
BMW X5 daha da "coşdu"
Balaca xanımlarımıza ziyafət geyimləri
8 yaşlı uşaq Dünya səyahətinə çıxmaq istədi-AMMA
TQDK bu gün cavabları elan edəcək
Körpələrə bal vermək olarmı?
"Ceyms Bond"un aktrisası öldü-FOTO
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
Qurbanlıq qoyunların qiyməti neçəyədir?
- ŞƏRHLƏR