Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Duzlu xiyar turşusu (foto resept)

Tərkibi:

Xiyar  - 1 kq.

Acı bibər - yaşıl və qırmızı
Şüyüd - 3 - 4 budaq təzə
Sarımsaq - 5 - 6 diş
Duz - 0,5 x/q - hər bir banka üçün

Şəkər tozu - 1 x. q.

Qara yumru toxum istiot - 1 ç. q.

Dəfnə yarpağı - 5 - 6 ədəd

Kərəviz - yarım dəstə

Turş gilas ağacının yarpağı - 5-6 ədəd

Şüyüd toxumu və çöpü

Sirkə turşusu - 70% (Yəni essensiyə 70 % - li) 2 ç. q. - hər bir banka üçün

Mixək - 5 - 6 ədəd

Hazırlanması:  

Duzlu xiyar turşusu (foto resept)

İlk öncə bir litrlik bankalar təmiz yuyulur.

Duzlu xiyar turşusu (foto resept)
Xiyarlar yuyulur və hər iki tərəfi kəsilir, və 15 dəqiqə adi təmiz soyuq suda saxlayırıq.
Duzlu xiyar turşusu (foto resept)

Sonra şüyüd, kərəviz və yarpaqlar yuyulur, sarımsaq təmizlənir.

Duzlu xiyar turşusu (foto resept)
Sonra yumru toxum istiot, acı bibər, dəfnə yarpağı və sarımsaq  şüyüd toxumu hamısı bankaya qoyulur.  
Duzlu xiyar turşusu (foto resept)

Öncə yuyulmuş xiyarları bankalara yığın. Aralarına doğranmış sarımsaq və acı bibər yerləşdirin.

Duzlu xiyar turşusu (foto resept)
İndi hazır bankaların üzərinə duz və şəkər tozu əlavə edin.
 Sonra üzərinə qaynar su əlavə edin və bir az müddətdə isti suda qaynadılır.
Xiyar rəngini dəyişmək istəyəndə altını söndürün.
Və bankanın içinə iki çay qaşığı sirkə turşusu əlavə edin. (Yəni essensiyə 70 % - li)
 Sonra tez bankaların ağzını qapaqla möhkəm bağlayırıq.

 Bağladığımız bankaların üstünü qalın bir ədyalla örtürük və soyumağa qoyuruq. Soyuyandan sonra üstünü açırıq.

 Duzlu xiyar turşumuz hazırdır. 

Duzlu xiyar turşusu (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
Səslərin sayı: 2
3
12900
loading...
Şərhlər
Offline
°elif •.°
Kim sevmırkı aysunum duzdu xıyarıאיסון ממדוב.,
23 sentyabr 2016 19:08
Offline
איסון ממדוב.
Oqlum daha cox sevir duzdu xiyar
22 sentyabr 2016 12:19
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ceylan Mumoğlu
Son zamanlar yaman çox istifadə edirik, gərək fasilə edək böyrəklər dincəlsin. :)
Təşəkkürlər, Qəribə xanım.
21 sentyabr 2016 11:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış