Bronxial astma (nəfəsdarlığı) - bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.
İlk yardım. Bronx spazmalarını aradan qaldıran dərmanlar (teofedrin, efedrin, antastman, novodrin, izadrin, alupent və s.) qəbul edilir. Cib inhalyatorları vasitəsi ilə bronxgenəldicilər geniş tətbiq edilir. Uzun müddət bronxial astma ilə xəstələnənlər, adətən, astma tutmasının göstərilmiş dərman vasitələrindən hansı ilə daha yaxşı və tez aradan qaldırıldığını bilirlər. Bir sıra hallarda xardal yaxması, banka qoyulması və başqa yayındırıcı proseduralar effektli olur. Bunlar təsir etmədikdə həkimin təyinatı üzrə dərialtına 0,25 - 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir və ya 1 ml 5%-li efedrin məhlulu, bəzən 0,5 ml 0,1%-li atropin məhlulu ilə birlikdə vurulur: venaya 10 ml 2,4 %-li eufillin məhlulu yeridilir. Uzun sürən ağır tutmalar və astmatik vəziyyətdə venaya eufillin, strofantin (korqlikon), prednizalon (deksametazon) və alupentin damcı üsulu ilə yeridilir. Bronxial astma tutmalarında xəstələrə rütubətləndirici oksigen də verilir.
Asfiksiya (boğulma) - orqanizmin toxumalarına oksigen daxil olmasının birdən-birə kəsilməsi nəticəsində onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasıdır. Bunun səbəbləri: nəfəs yollarında maneə, məsələn qırtlaq və ya traxeyaya (nəfəs borusuna) yad cismin daxil olması, səs yanğının ödemi və spazmı, ətraf havada oksigenin azalması (şaxtaların tutulub tıxanması hallarında və s.); oksigenin hemoqlobinlə örtülməsinə mane olan qazlarla (məsələn, karbon 2-oksidlə) zəhərlənmə; tənəffüs mərkəzinə təzyiq edilməsi (məsələn, alkoqol koması baş verdikdə) və ya tənəffüs əzələlərinin iflici (poliomielit olduqda).
İlk yardım asfiksiyanın səbəbinə görə təyin edilir. Nəfəs yollarındakı mexaniki maneə dərhal aradan qaldırılmalıdır. Bundan ötrü barmaqlar vasitəsilə ağzı və ağız-qırtlaq sahəsini qida qaılqlarından, selikdən təmizləmək, boğaza tıxanmış dili dil tutqacı vasitəsilə çəkib çıxarmaq lazımdır. Tənəffüs mərkəzinə təzyiq edilən zaman tənəffüs analeptikləri (kordiamin, lobelin) tətbiq olunması məsləhət görülür. Ümumiyyətlə, bütün asfiksiya hallarında oksigenlə terapiya aparılmalıdır. Müstəqil koordinasiyalı (müntəzəm) tənəffüs hərəkətləri olmadığı hallarda dərhal «ağızdan-ağıza» («ağızdan-buruna») və ya «Ambu» tipində əl aparatı vasitəsilə nəfəs aldırma kimi süni tənəffüs metodlarını tətbiq edirlər.
Ürək astması - kəskin ürək çatışmazlığı nəticəsində təngnəfəslik tutması baş verməsi ilə xarakterizə olunur. Ən çox arterial hipertoniya, miokard infarktı, kardioskleroz, ürək qüsurları kimi ağırlaşmalar baş verir. Təngnəfəslik tutması əksəriyyətlə gecə baş verərək, nəfəsalma və nəfəsverməni çətinləşdirir və xəstənin vəziyyətini birdən-birə çox ağırlaşdırır. Tutma baş verdikdə xəstə yataqda oturaraq qıçlarını aşağı sallatmağa məcbur olur. Xəstənin dərisi göyümtül rəng alır və tərlə örtülür. Tənəffüs sürətlənərək dəqiqədə 30 - 40-a çatır. Öskürək əvvəl quru olur, sonralar çəhrayı rəngli köpüklü bəlğəm ifrazı ilə müşayiət olunur, bu isə ağciyərlərdə ödem inkişaf etdiyini göstərir. Nəbz sıx, adətən, gərgin və bəzən aritmik olur.
İlk yardım - tibb bacısı xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir, oksigenlə müalicəyə başlayır və təcili olaraq həkimi çağırır. Həkimin təyinatı üzrə dərialtına morfin və ya omnolon vurur, venaya yavaş-yavaş natrium-xlorid və ya qlükozanın 20 ml miqdarında izotonik məhlulunda strofantin və ya korqlikon yeridilir; eyni şprislə venaya furasemid (laziks) məhlulu daxil edilir. Bu preparatların və eufillin məhlulunun müvafiq birləşdirilmiş halda venaya yeridilməsi yaxşı effekt verir. Bəzən 500 ml-ə qədər qanburaxma da təyin edilir. Çox vaxt qanburaxma əvəzinə ətraflara turna qoyulur. Bu zaman tibb bacısı fikir verməlidir ki, turna ancaq venaları sıxsın, arteriyalarda isə nəbz yaxşı əllənsin: turnaları ətrafların hamısından bir vaxtla açmaq olmaz.
Müəllif tibb elmləri namizədi B.L. Borodulin
XƏBƏR LENTİ
Türkiyədə matəm elanı
Azərbaycanda istirahət günü hava necə olacaq?
Övladlığa uşaq götürən xarici məşhurlar
Fransada təcili yardım xidmətləri ödənişli olacaq
Kiçik evlər üçün səliqəli dekorasiya nümunələri
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır - ŞƏRTLƏR
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Traktorun çömçəsindən suya kəllə vurmaq üçün istifadə etdilər - VİDEO
Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?
Körpələrdə barmaq sorma və qəbizlik
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Ving Çun
Bakı Şərqlə Qərbin qapısı sayılır
"Bunun qarşısını ala bilməyəcəyik"
Toy bataqlığından necə qurtulmaq olar?
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Ərdoğan sərt xəbərdarlıq etdi
Oxu dəbdədir
“McDonald's”lar bağlandı
Robert Jurakın əl işləri
Məşhur markaların sahibləri kimlərdir?
Sadəcə sevgi...
Ətin qiyməti düşdü, alan qaçdı
Mövsüm dəbi
QASIRДћA ABŞ-a yaxınlaşdı
Körpələrə vurulan peyvəndlər
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
"Oskar"-2015
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
1-ci sinfə gedənlər üçün
Bu gündən karantin rejimi sərtləşdirilir
Banklar dollar kreditlərində bizi necə aldadır?
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
İlham Əliyev və Mehriban Əliyeva AXC-nin 100 illiyinə həsr edilən konsertdə olublar-FOTO
Heyvali piroq (foto resept)
Günün ulduz falı
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Balerina (rəqqasə) pəhrizi
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Qırmızı şərabın faydaları
Ermənilərdən yeni oğurluq
Yumşaq tort keksi (foto resept)
"Alf" serialının ulduzu vəfat etdi
Nazirdən təhsillə bağlı əmr
Hamiləlik dövründə qidalanmağınıza diqqət edin