II hissə
– Sabahınız xeyir, cənab Nuruzadə, çoxdan burdasınız? – Yusifi sahədə belə erkəndən görən Dever təəccüblə soruşdu.
– Hər vaxtınız xeyir. Elə də çoxdan deyil, bir saat olar, – Yusif sakitcə cavabladı.
Dever daha çox təəccübləndi, lakin heçnə demədi.
Bir neçə dəqiqəlik sükutdan sonra Deverə kriminalistlərin hesabatını gətirdilər.
– Nəhayət ki! – Dever sevindi, – bizdə dəlil var, qatilin barmaq izlərini tapıblar. Onlar qurbanın qardaşı Tomas Flinnə aiddir. Və bizdə onun ünvanı var. Gedirik ora.
Dever polis dəstəsi ilə ora yola düşdü. Yusif də təbii ki, onlarla birlikdə getdi.
– Tomas Flinn, polisdir, qapını açın! Bizdə sizin həbsiniz üçün qərar var, – Dever qışqırdı.
Ancaq mənzildən heç bir səs gəlmədi.
– Qapını sındırırıq, – Dever əmr etdi.
Polislərdən biri qapını ayağı ilə qırdı, hər kəs içəri daxil oldu və Tomas Flinnin meyidi ilə qarşılaşdı. Bu dəfə də evin altı üstünə çevrilmişdi.
– Bu nə deməkdir?! – Dever təəccüb içində dedi.
– Detektiv Dever, – Yusifin səsi eşidildi, – bura baxın.
Dever arxaya döndü və açıq seyf gördü, döşəmədə isə şəkil və pullar var idi.
– Tomas Flinn öz qardaşını öldürməyib, – Yusif cavab verdi, – kimsə sirli "bəyaz səhləb çiçəyi"nin axtarışı üçün onların ikisini də öldürüb. Amma bu dəfə, görünür, o qəsdən öldürüb. Henri Flinnin evində onun qardaşının barmaq izlərinin tapılması faktı təmamilə məntiqlidir, axı onlar qardaşdırlar. Yəqin qardaşlar bir-birilərini ziyarət edirdilər.
– Bəs niyə görə hansısa səhləb çiçəyinə görə belə bir iş törədilsin? – Dever düşüncəli halda dedi.
– Hansısa səhləb çiçəyinə görə deyil, ağ səhləb çiçəyinə görə, – Yusif zarafatla cavabladı.
– Mən ciddiyəm, – Dever dedi.
Bu an məhkəmə tibbi eksperti onlara yaxınlaşdı və bildirdi:
– Qurbanı doqquz kalibrli tapança ilə öldürüblər, atəş düz ürəyə açılıb. Görünüşə görə qatil peşəkar imiş. Bundan başqa mən qurbanın cibində maraqlı bir şey tapmışam, – və tapdığı dəlili Deverə uzatdı.
– Bu ki... İngiltərənin Gizli Kəşfiyyat Xidmətinin vəsiqəsidir, - təəccüblü baxışlarla Dever dedi.
– Görünür, Tomas Flinn Mİ-6 agenti olub, – Yusif heyranla təsdiqlədi.
– Heç nə başa düşə bilmirəm, – təəccüblə Dever dedi, – "onu qoymayın bunu etsin", "ağ səhləb çiçəyi", hələ üstəlik də Mİ-6 agenti. Bəyaz səhləb çiçəyinə görə amansız qətlləri törədən bu manyak kimdir və bütün baş verənlərlə Mİ-6-nın nə əlaqəsi?
– İki manyak, deyə Yusif onun sözlərinə düzəliş etdi.
– Necə yəni iki? – Dever çaşqınlıqlar soruşdu.
– Bu qardaşları müxtəlif şəxslər qətlə yetirib. Henri Flinni onu tanışı qətlə yetirib, özü də istəmədən. Tomas Flinni isə peşəkar qətlə yetirib. Olar bilər ki elə o da Mİ-6 agenti olub və ya hələ oranın agentidir. Nəticə etibarilə bunların kimliyindən asılı olmayaraq, hər ikisi eyni şeyi – ağ səhləb çiçəyini axtarırlar.
– Hər kəsə salam! – bir neçə günlük icazə almış Deverin ortağı detektiv Maykl Torrens şən halda dedi.
Öz ortağından fərqli olaraq, Torrens şən adam idi. Onun otuz beş yaşı vardı. O, orta boylu, nisbətən kök idi, detektivdən çox professora oxşayırdı. Saçlarının rəngi tünd qəhvəyi, geyindiyi damalı kostyum da tünd qəhvəyi idi, ayaqqabıları da həmin rəngdə idi, və adi ağ köynəyi vardı. Əllərində hər zaman nəsə yeməli bir şey olurdu, əsasən də kökələr. Onun bağlanmamış işlərinin demək olar ki, Deverinki kimi idi.
– O, salam, ortaq! – Dever cavab verdi, – görüşümüzə şadam, bizdə bir qəribə iş var ki, sənin dəqiq xoşuna gələcək.
– Açılması çətin olan qarışıq işdir? – Torrens soruşdu.
– Dübbədüz, – Dever təsdiq etdi.
- Belə işləri sevirəm, - Torrens şadyanalıqla bildirdi, - ancaq bilmirəm nə üçün, yenə də biz onları aça bilmirik, adi işləri güclə-güclə açırıq.
– Elədir, – Dever cavab verdi, – amma bu dəfə bizim cinayət işini açmaq şansımız daha çoxdur, çünki bizim Cənab Nuruzadə kimi məsləhətçimiz var. Yeri gəlmişkən, Cənab Nuruzadə, bu mənim ortağım, detektiv Torrensdir.
– Tanış olmağımıza şadam, – Yusif dedi və Torrensə əl uzatdı.
– Qarşılıqlıdır, – deyə Torrens dostca cavabladı.
Sonra onlar işin təfərrüatlarını Torrensə izah etdilər, daha sonra da mozaykanın hissələrini bir bütün halına gətirməyə çalışdılar.
– "Onu bunu etməyə qoymayın... Axı nə? Ağ səhləb çiçəyi ilə nə etmək olar ki? Və niyə məhz ağ? Bütün bunlar nəyi bildirə bilər? Bu işlə Mİ-6-nın nə əlaqəsi var?", – Dever şifahi olaraq bunları düşünərək bir tərəfdən o biri tərəfə addımlayırdı.
Bu zaman zabitlərdən biri ona yaxınlaşdı və bildirdi:
– Detektiv, Henri Flinnin qətli barədə hələ heç bir məlumat yoxdur, cənab Nuruzadənin sözlərinə görə, sadəcə məlumdur ki, o qatillə tanış imiş, amma onun bütün tanışları ya vəfat ediblər, yaxud da ölkədən gediblər. Onun qardaşının qətli barədə isə məlumat var. Biz Tomas Flinnin evinin yanında zibil qutusundan səsboğucu ilə silah tapdıq, ballistika ekspertizası təsdiq etdi ki, atəş həmin silahdan açılıb.
– Səsboğucu ilə?! – Yusif sevincək soruşdu.
– Bəli, – zabit təəccüblə cavab verdi.
– Gördünüz, mən demişdim atıcı peşəkardır, – Yusif dedi.
– Düşünürəm ki, tam belə deyil, – zabit dedi, – onun üzərində əl izləri tapılıb, izlər onun qonşusu Con Rayana məxsusdur.
– Ola bilməz, – Yusif təəccüblə soruşdu.
– Yaxşı, o zaman gedib onu həbs edək, – Dever bildirdi.
Con Rayanı həbs etdikdən sonra Dever, Torrens və Yusif onu dindirilmə otağında pəncərə vasitəsilə izləyirdilər.
– O dəqiq qatil deyil, heç özü də bilmir, onu niyə həbs ediblər, çox güman ki onu bada veriblər ki, dəlilləri gizləsinlər, – əminliklə Yusif dedi.
Bir neçə dəqiqədən sonra Dever sorğu-sual üçün otağa daxil oldu. O, otuz yaşlarında, açıq rəngli saçları olan arıq gənc müəllim idi. Atasından qalmış bahalı qol saatı və eynək taxmışdı. Əynində köhnə göy rəngli köynək, açıq rəngli şalvar və gödəkçə, eləcə də qəhvəyi rəngdə ayaqqabıları vardı.
– Cənab Rayan, bu sizə tanışdır? – Dever içində tapança olan paketi onun qarşısına qoydu.
Bu tapança səsboğucusu olan adi "Qlok-19" modeli idi.
– İlk dəfədir ki, görürəm, – Rayan cavabladı.
– Amma onun üzərində sizin barmaq izləriniz var, – Dever dedi.
– Ola bilməz, mən bunu ilk dəfədir görürəm, həm də heç zaman əlimdə nəinki real, heç oyuncaq silah da tutmamışam.
– O haqlıdır, – Yusif pəncərədən səsləndi, – onun jestlərinə, gözlərinə, üz ifadəsinə, əllərinin titrəməsinə bir baxın, bu aktyorun süni oyunu deyil, bu təqsirsizlik əlamətləridir, o günahkar deyil.
– Zəhmət olmasa, deyin, dünən siz harda..., – Dever soruşmaq istədi.
– Dünən mən bütün günü evdə olmuşam, şagirləri hazırlaşdırmışam, onların adlarını sizə verə bilərəm, təsdiqləyərlər, – Rayan Deveri qabaqlayaraq dedi.
– Nə olar, biz yoxlayarıq, – Dever dedi.
Conun alibisi təsdiq edildi və onu buraxdılar.
Amma bu sadəcə Rayan üçün yaxşı oldu, detektivlər isə başladıqları yerə geri döndülər, çünki başqa dəlillər yox idi.
– İndi nə edəcəyik? – Dever ümidsizliklə soruşdu.
– Sənədlər, – qətiyyətlə Yusif dedi.
– Necə, – təəccüblə Dever soruşdu.
– Henri Flinnin seyfində həm də sənədlər var idi, ekspertlər onlarda heç bir iz tapmadıqları üçün yararsız hesab etmişdilər, – Yusif cavab verdi, – bəlkə o sənədlərdə ekspertlərin əhəmiyyətsiz hesab etdikləri şeylərdə bizim tapmacanın açarı var? O sənədlər hardadır? Baxmaq istəyirəm.
– Onlar dəlillər otağındadır, indi deyərəm ki gətirsinlər, – Dever cavabladı.
Sənədlər gətirildikdən sonra Yusif bir saat onlara baxdıqdan sonra birdən qışqırdı:
– Evrika!
– Nə baş verdi? – deyə Dever yerindən sıçradı.
– Mən burda geyim mağazasından on il əvvəl verilmiş bir qəbz tapdım, – Yusif cavab verdi.
– On il əvvəl? Bizə on il əvvəlki çek necə kömək edə bilər? – Torrens təəccüblə soruşdu.
– Ay sağol! Niyə on il müddətində cəmi bir neçə yüz dəyəri olan alış-veriş qəbzləri seyfdə saxlanılsın? – Yusif cavabladı.
– Ümid edirəm, sizdə bu suala ağlabatan bir cavab var, – Dever soruşdu.
– Bəli, onun əks tərəfi, – Yusif təbəssümlə cavab verdi.
– Siz zarafat edirsiniz? Orda axı heç nə yazılmayıb, – Torrens dedi.
– Bəli, bəli, əgər qəbzin öz dəyəri yoxdursa, əks tərəfində də heç nə yazılmayıbsa, deməli əslində əks tərəfində nəsə yazılıb, ancaq adi mürəkkəblə deyil, gözəgörünməz mürəkkəblə, – Yusif cavab verdi, – və onu ancaq ultrabənövşəyi şüaların altında oxumaq mümkündür.
Dever bir nəfərdən xahiş etdi, ultrabənövşəyi lapma gətirdilər. Onlar lampanı qəbzin arxa tərəfində tutdular və orda yazı gördülər:
Professor Flinn, xahiş edirik, Mİ-6-ya geri dönəsiniz. Agent Fray.
– Deməli, Henri Flinn də Mİ-6-da işləyirmiş, – Dever dedi, – nəhayət ki, dəlillərlə sübut oluna biləcək əlaqə tapdıq.
– Maraqlıdır, bəs niyə bunu ondan şəxsən deyil, belə bir tərzdə istəyiblər? – düşüncəli şəkildə Yusif soruşdu.
– Mən bilmirəm, amma bizim Mİ-6-nı ziyarət üçün əlimizdə güclü bir səbəb var.
– Detektiv Dever, – təngnəfəslə zabitlərdən birinin səsi bütün sahəni götürdü, – problem var! Vacib dəlil yoxa çıxıb – tapança.
Ardı var...
Müəllif: Kənan Rəcəbli
Rus dilindən tərcümə: Ceylan Mumoğlu
Orijinalı Yüklə: "Белая орхидея"
XƏBƏR LENTİ
Qış üçün borş hazırlığı (foto resept)
Prezidentlər savaşdı
2 milyondan çox insanı xilas edən şəxs-FOTO
Şöbə müdiri işdən qovuldu
Mən quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirəm!
İrandakı duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Günün ramazan təqvimi (6 iyul)
Oqtay Kaynarca 25 yaşlı sevgilisiylə - FOTO
Qadınlar nədən qorxur?
Azərbaycanın məşhur həkimi vəfat etdi
Xəyanətin 5 güclü səbəbi
Nazirlikdən əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
Toxunma geyimlər
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Borclarınız varkən evlənməyin
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır
Pensiya artımı kimlərə aiddir?
Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB
Sadə dekorasiya modelləri
Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO
İlk mavi gözlülər harda yaşayıb?
Günün qoroskopu: Mübahisə etməyin!
Azərbaycana Hollandiya və Fransadan keçilər gətirilib
Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO
Bakıya yağış yağacaq
Cavabları vacib suallar
Moskvalı miqrantın çəkmələrini sildi - Video
Məhşurların uşaqlıq şəkilləri
Günün qoroskopu:Qətiyyətli olun!
Bakıda 10В°- dək isti olacaq
Tanış olun: 2 milyon dollarlıq lüks maşın
Bakı və Abşeron yarımadasında içməli suya olan tələbat artacaq
Oğlan uşaqları üçün yataqlar
"Best model of Azerbaijan" qalibi dəyişdirildi-FOTO
Burak Özçivit "Diriliş Osman" serialına çəkilir-FOTO
Putindən Ərdoğana koronavirus peyvəndi barədə təklif: Müqavilə imzalandı
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Dollar və avro ucuzlaşdı
Dəri geyimlər
Çingiz Abdullayev "Neftçi" üçün Olimpiya stadionunu istədi
Sabahın HAVAsı
Rəqqasə sürücü oldu MƏŞHUR OLDU - FOTO
Qadin.Netlə birlikdə hamiləlik (XXIII həftə)
Adriana Lima qızlarından danışdı-FOTO
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Bu ölkədə ən kiçik məktəb 12 kvadratmetrdir
Azərbaycanda "Formula-1" 2015-ci ilin payızında keçiriləcək
Bülent Ersoy klipi çəkdi - VİDEO
Duen Conson dəmir darvazanı sındırdı- FOTO
- ŞƏRHLƏR