Mətbəx ancaq qadınlara məxsus olan, məhz onların əmrlərinin keçdiyi yeganə məkandır. Bəlkə də elə bu səbəbdəndir ki, biz qadınlar mətbəximizi qoruyur, oraya kiminsə müdaxilə etməsini sevmirik. Hər qadının əlinin öz spesifik dadı var. Bir neçə qadının bişirdiyi eyni xörək heç vaxt eyni dada malik olmur. Ancaq hər halda mətbəximizi də həyatımıza uyğun şəkildə qurmalıyıq. Əksər qadınların işlədiyi müasir dövrdə mətbəx, həqiqətən də, böyük problemdir. Bu baxımdan, işinizi yüngülləşdirmək istərdinizmi?
Evdar qadınların mətbəxlə, demək olar ki, problemi yoxdur. Səhər erkəndən üzərində fikirləşdiyi "Bu gün nə bişirim" sualına cavab tamaq üçün onların kifayət qədər vaxtı var. İşgüzar qadınları isə bu cəhət daim narahat edir. Buna görə də, indi verəcəyimiz məsləhətlər, əsasən, işgüzar qadınlara aiddir.
İlk öncə, imkan daxilidə ailə bazarlığında özünüz də iştirak etməyə çalışın. Evə nəyin lazım olduğunu qadınlar kişilərdən daha yaxşı bilirlər. Bazara istirahət günündən bir gün öncə getsəniz yaxşıdır. Beləliklə, sabahı gün həm istirahətə, həm də gələn həftənin menyusunu hazırlamağa vaxt taparsınız. Həftə ərzində gərəyiniz olacaq ərzaqları əvvəlcədən alın. Məhsulları yarımfabrikat və yaxud yarım bişmiş vəziyyətdə saxlamalısınız. Məsələn, nə bişirəcəyinizdən asılı olaraq, əti doğramaq, çəkmək, sümüyündən isə bulyon hazırlamaq olar. Duru yeməyin gündəlik qida rasionunda böyük əhəmiyyət kəsb etdiyini, yəqin ki, bilirsiniz. Soyuducuda hazır bulyon olduqda çox qısa müddətdə müxtəlif yarma və lapşalardan (düyü, yulaf, makaron, əriştə) şorba hazırlaya bilərsiniz. Beləliklə, hər gün süfrənizdə başqa bir şorba olacaq.
Göyərtini təmizlədikdən sonra soyuq suda isladılmış dəsmala büküb saxlasanız o, uzun müdət təzə qalar, siz isə hər gün göyərti almaq və təmizləmək problemindən qurtularsınız.
Toyuğu sobada diri bişirmək fikriniz yoxdursa, onu da əvvəlcədən doğrayıb hazır saxlayın. Toyuq asan bişən ət məhsuludur və ondan xörək hazırlamaq çox vaxt tələb etmir.
Həftədə bir-iki dəfə ətsiz xörək bişirin. Xolesterin və artıq çəkidən əziyyət çəkənlər bunu daha tez-tez edə bilərlər. Üstəlik, tərvəz ətə nisbətən tez bişir. Qaynadıldıqdan sonra süzülüb soyuducuda saxlanılan əti bir neçə gün sonra da bişirmək olar. Langetlik əti əvvəlcədən döyün. Meyvə və tərəvəzi soyuducuda saxlamaq lazım deyil. Soyuducu onların tərkibindəki vitaminləri öldürür.
Çəkilmiş əti də bişirəcəyiniz yeməyə görə hissələrə bölün və əlavələrini qarışdıraraq saxlayın. İşdən evə gələndən sonra ət çəkmək, çəkilmiş ətdən hissə ayırıb ona əlavələr etmək probleminiz olmasa, bircə saatın içində Azərbaycan ailələrinin çoxunun sevimli xörəyi olan dolmanı hazırlaya bilərsiniz.
Əgər evə sizdən tez gələn, lakin yemək bişirmək imkanı olmayan ailə üzvləriniz, məsələn, uşaqlarınız varsa, yeməyi bir gün əvvəl bişirib soyuducuda saxlayın.
Etiraf etmək lazımdır ki, işdən qayıtdıqdan sonra nə bişirəcəyini fikirləşmək xeyli vaxt aparır. Buna görə də həftəlik menyünü qabaqcadan hazırlasanız yaxşıdır. Menyüyə mütləq duru xörək də daxil edilməlidir. Uşaqlarınız azyaşlıdırlarsa, həftədə bir-iki dəfə mütləq şirniyyat bişirməlisiniz. Unutmayın ki, uşaqların qidasında şəkər ən əhəmiyyətli qida məhsuludur. Evdar qadınların bu baxımdan, heç bir çətinliyi yoxdur. İşdən gəldikdən sonra isə şirniyyat bişirmək... həqiqətən də problemdir. Sizin üçün ən asan çıxış yolu tez hazırlanan oladilər, yağda qızardılan peçenyelərdir. Yarımfabrikat şəkilində satılan və bir neçə dəqiqəyə hazır olan şirniyyat növlərindən də istifadə edə bilərsiniz.
Qadınlar evdarlıqla yanaşı, qənaət etməyi də bacarmalıdır. Hətta kiçik ailənin də normal qidalanması üçün müəyyən vəsait lazımdır. Unutmayın ki, xarab olan hər bir ərzaq sizin büdcənizə dəyən ziyandır. Qənaət etməyi isə heç kimə öyrətmək olmaz. Hərə öz qabiliyyətinə uyğun hərəkət etməlidir.
XƏBƏR LENTİ
Bədən dilini öyrənmək
Tənbəlliyə qarşı təsirli həb
Türkiyə silkələndi - TƏŞVİŞ
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Kəs və yapışdır-10
Dekabrın 31-də daha çox işləyəcəklər
İşsizlərin müavinəti 30-40% artırılacaq
Dünyada yenə yad planetlilər tapıldı
Kişilər üçün ondan yaxşısı?
HAVA necə olacaq?- 1 MART
Şəhzadə Diananın zinət əşyaları
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
Evinizdə bahar enerjisini artırmağın yolları
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO
Kiyev kotleti (foto resept)
Fransız qadınlarının sevimli trendləri
Günün ulduz falı
Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Faydalı daşlar - Oniks (damarlı əqiq)
HAVA necə olacaq?-23 Avqust
Təzə əncir şirniyyatı (foto-resept)
Fərqli kotlet (foto resept)
Tez uzanan və güclü saçlar üçün 7 maska
Kral ailəsinə məxsus oturacaqlar hərracda fantastik qiymətə satıldı
Türkiyə sənətkarlarının tarixi şəkilləri
Daha 162 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Dünyanın ən gözəl 12 körfəzi
Körpələrdə qaz sancısı necə aradan qaldırılır?
Qar uçqunu 216 adamı öldürüb
Möcüzəvi meyvə - nar
Südlü buğda şorbası (foto resept)
Saqqız çeynəmək olarmı?
Braziliyada beynəlxalq film festivalı başladı
Yunanıstanda üsyan başladı
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
14 yaşlı azərbaycanlı model birinci oldu
Kuril adalarında güclü zəlzələ olub
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
“Ginnesin Rekordlar Kitabı”na düşən evlilik təklifi
Bayram şirniyyatları
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Könüllü həbsxananı seçən ahıllar
Rusiya rublunu kim xilas edəcək?
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
Zövqlü don modelləri
İştah artıran vasitələr
- ŞƏRHLƏR