Adı, soyadı: Fatma Məmmədova
Doğum tarixi: 17 Aprel (45 yaş)
Saytda qeydiyyat tarixi: 8 may 2010 17:12
İlk xəbəri: Səni sevirəm - http://qadin.net/index.php?newsid=2259
İlk şərhi: 23 may 2010 ci il (PSD formatında zərif qadın platyaları)
Yaşayış yeri: Azərbaycan, Bakı
Ailə vəziyyəti: Ailəlidir, 2 övladı var
Shoko: Salam!
İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik...
Başlayaq ?! )))
Fatma: Başlayaq...
Shoko: Özünüzü təqdim edin.
Fatma: Sadəcə Fatma Məmmədova
Shoko: Bizi necə tapmısız, yadınızdadırmı? )
Fatma: Əlbətdə ilk gündən Selcan xanım demişdi ki belə sayt yaradıblar
Shoko: Fatma özünü burada necə hiss edir?
Fatma: Öz ailəm kimi
Shoko: Sizin fikrinizcə bizi digərlərindən fərqləndirən nədir?
Fatma: Səmimiyyət ,burda ikiüzlülük yoxdu,ona görəki bu bizik
Shoko: Fatma” üçün çatışmayan nədir?
Fatma: İnsan olan yerdə qüsür olur amma hal -hazırda bilmirəm
Shoko: Bu sualı birdən-birə vermədim. Çünki adətən insanlar nədənsə narazı olur həmişə...
Fatma: Vallah səmimi deyirəm narazı deyiləm
Shoko: İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paşlaşmaq daha xoşdur və ümumiyyətlə həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?
Fatma: Həmsöhbət olduğum insanın savadlı yəni həyatı baxışdan savadlı olması önəmlidi çünki səni başa düşür
Shoko: Yəqin elə insanlar da varki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?
Fatma: Məni hər adam həvəsdən sala bilməz çox tərsəm öz dediyim olmalıdı
Shoko: Bəs burda necə, dostlarınız çoxdur yoxsa sevmədiyiniz xasiyyətdə olan insanlar?
Fatma: Hamını çox istəyirəm xasiyyətini sevmədiyim adamın da xəbərinə şərh yazmıram,amma sağ olun mən burda kı hörməti heç yerdə görməmişdim
Shoko: Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmaga məcbur edən amillər hansılardır?
Fatma: Elə nüansları öz-özümə danışıram ,susmağa məcbur edəndə sakit olmağı sevməyimdi.keçmişi yada salmağı sevmirəm
Shoko: İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
Fatma: Yaxşı obraz çox azdır yadda qalanı isə övladlarımın dünyaya gəlməsidi
Shoko: Pərvanə bilirdi şəm onu yandıracaqdır...
Şəmsə əriyib qüssədən hey ağlıyacaqdır...
Bilə-bilə özünü odlara atmaq!... Bu sevda, bu qədərmi vaz keçilməzdir?! )
Fatma: Bu yaşımda olmasaydım deyərdimiki düzdü amma indi bilirəmki boş şeydi insan istəsə hər şeydən of demədən vaz keçər
Shoko: Siz indi mətiqlə cavab verdiniz bəs ürək
Fatma: Ürək ət parçasıdı onu beyin idarə edə bilir
Shoko: Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyirlər?
Fatma: Valideyn deyəndə anamı güclə xatırlayıram amma atam çox sərt insan olduğu üçün onnan çox qorxurduq deyə danışmırdıq amma indiki öz ailəmdən çox razıyam yoldaşım məni hər addımda dəstəkliyir
Shoko: Ümumiyyətlə valideynlərin evladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu gələcəkdə yarana biləcək hər-hansı problemlər üçün stimul ola bilərmi?
Fatma: Əlbətdə övlada hər cəhətdən dəstək olmaq lazımdı Allahıma min şükr olsun övladlarım hələki yalnış heç nə etməyiblər amma həyatdı olsa onlar üçün canımdan keçərəm of demərəm, övladla dost olsan problem olmaz
Shoko: Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?
Fatma: Burda hamı mənə hörmət edir sağ olsunlar 2 həqiqi dostum var ki burda biri Zəri o biri Selcandı yəni onlarla çox sirrimiz sözümüz var
Shoko: Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?
Fatma: İnan hamını ən çox səni ,Tormento , Gülşən və Nazulettanı
Shoko: İstədiyim yar idi, yetirdi Pərvərdigar! Sizdə də belə oldu? )))
Fatma: Hamıya elə ailə başçısı, elə təmiz insan arzulayıram və doğurdan da özü gəlib çıxdı
Shoko: Yəqinki müsahibələrdə, qarşılıqlı söhbətlər zamanı tez-tez eşitmisənki bəzən suallara belə cavablar gəlir: “Nə bilim, Ola bilər, Bilmirəm, Bəlkədə və s.” Bu nədən irəli gəlir, cavab vermək çox çətindir yoxsaki, susub razılaşmağın başqa bir formasıdır?
Fatma: Yox elə adamlar çox bilmiş olur onda o adamın gözünün içinə bax gör nə qədər qurdlar var elə adamlardan aralı gəzmək lazımdı
Shoko: “Kaş ki, ...................” Fatma bu cümləni necə tamamlamaq istəyərdi?
Fatma: Kaş ki indiki ağlım bir az cavan olanda olardı ən azı Ali təhsilli olardım, oxumağı çox sevirım
Shoko: Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün deyirlərki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...
Fatma: Yaxşı qadın evinin qulluqçusu, uşaqlarının anası, yoldaşının xanımı, ictimayyətin insanı olmalıdı, dediyin fikir mənlik deyil məni də allah yaradıb kişini də
Shoko: Teleseriallar çoxmu vaxt alır? ))
Fatma: Yox istəyəndə baxıram istəməyən də yox amma hamısından xəbərim var, kompyuterda oturmaq vaxtımı çox apapır
Shoko: Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə həmiyyətlidir?
Fatma: Oy təhsil hamıya vacibdi savadsızlıq ən böyük xəstəlikdi hələ dərmanını tapmayıblar
Shoko: Fatmanın həyatında incə teli, sarı simi...
Fatma: Əlbətdə övladlarım incə telim sarı simimdi, onlar mənim varlığımdı
Shoko: Ayrılıq, Göz yaşı, Həsrət... Bəs sonu?
Fatma: Sonu sonsuzluq
Shoko: İnsan hər dəfə itirdiyində, həyata baxışında yeni, fərqli bir pəncərə açılır. Sonda isə bizə qalan peşmançılıq olur. O addımları biz atırıq, o səhvləri də biz edirik. Niyə axı peşman olaq?
Fatma: Sonra ki peşmançılıq fayda vermir, nə qədər çalışsan da itirdiyini tapmırsan
Shoko: “Arzuya çatanlar vaxtsız qocalmaz” – qocalmamısanki hələ? ))
Fatma: Yox ürəyim çox cavandı lap körpə uşaq ürəyi kimi ,amma yaşım qocalır yavaş-yavaş
Shoko: Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi? ))
Fatma: Yox onu desəm gərək da yaşamayam
Shoko: Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni? ))
Fatma: Yox çox dadlı söhbət oldu
Shoko: Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən? )
Fatma: Hə görmək istədiklərimin içində Leyla da var bayaq unutdum
Shoko: Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...
Fatma: Arzu edirəm bu saytın yaşı çox olsun, şikayətim yoxdu və sizin hamınızı çox istəyirəm!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aktrisa 22 aya 90 kiloqram arıqladı - FOTO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Dünya liderlərinin ən sevimli içki və təamları
Labirint-9
Makaronu necə bişirək?
Limonlu yaşıl çay detoksu
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Amerika salatı (foto resept)
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
Yer kürəsi bu tarixdə məhv olacaq - DƏQİQ VAXT
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma
Oktyabr ayında HAVA necə olacaq?
Cəbhədə silah səsləri
Azərbaycanda hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Kəsmikli, qaymaqlı tort (foto resept)
Ronaldo Yeni İmicdə-FOTO
Qeyri-adi görünüşə malik tortlar
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
DÇ-2018-nin loqotipi təqdim olundu
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
İntiharların 15 ümumi səbəbi (1)
Love you forever
Heyvanlar daha böyük olsaydı...
Hava haqqında
Qatığın faydaları
Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Qadin.Netlilərlə səyahət(Son)
Hər 40 saniyədə bir nəfər intihar edir
Məşhur aktyor sərxoş halda qəza TÖRƏTDİ
Sensasiya: Marsda həyat tapıldı
İstirahət gününün HAVAsı
Holland pendirli spagetti (foto resept)
Məzəli şəkillər
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Qadınlar üçün xüsusi icadlar
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Sobada souslu toyuq qanadı (foto resept)
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
Kilimancaro dağının ətəklərində təbii həyat
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Molla Nəsrəddin demişkən
Ziyafət geyimləri
Can Yaman "Diriliş Osman"a qatılır?
Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?
- ŞƏRHLƏR