Yeni tədris ilinə sayılı günlər qalır. Məktəbyaşlı uşaqları olan ailələrdə bu günlərdə əsas mövzu sentyabrın 15-nə hazırlıqdır. Kimi məktəbli formaları almaq üçün mağazalara üz tutarkən, kimi də digər ləvazimatların qiyməti ilə maraqlanır.
Hələ iyun ayından məktəbli formalarının qiymətinin qalxması xəbəri valideynlərin kefinə soğan doğramışdı. Bəs məktəbli ləvazimatlarında vəziyyət necədir? Bunu öyrənmək üçün bu mağazalara baş çəkdik. Diqqət çəkən məqam hələ bu bazarda qızğınlığın müşahidə edilməməsidir. Satıcılar sentyabrın 5-dən sonra vəziyyətin dəyişəcəyini düşünür. Alıcılar az olsa da, satıcılar yeni qiymətləri çoxdan hazırlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzi və nisbətən kənar ərazilərdəki mağazalarda qiymət fərqi hiss olunur. Qiymətlərin fərqləndiyi digər məqam məhsulların idxal edildiyi ölkələrlə bağlıdır. Məsələn, Rusiya istehsalı olan karandaş dəsti 6-7 manatdırsa, Çin istehsallı bu məhsul 1.5-2 manat arasında dəyişir. Yerli məhsul olaraq isə bazarda "Oyal" şirkətinin məhsullarını ala bilərsiniz. Qiymət baxımından Çin istehsalından baha, Rusiya və digər ölkələrdən ucuz olan bu şirkətin məhsullarının keyfiyyəti sual altındadır. Satıcılar şirkətin məhsullarının xaricdən gətirdiyini deyir. Amma hələ ki, məhsulların harada və necə istehsal edilməsi barədə hər hansı məlumat yoxdur. Bu vaxta qədər keyfiyyətinə şübhə etdiyinə görə Çin malı almaqdan çəkinən valideynlərin bu şirkətin məhsullarına marağı çox deyil. Bunu satıcılar deyir. Onların sözlərinə görə, uşağının sağlamlığını düşünən valideynlər imkanı çatdığı qədər xarici və keyfiyyətli məhsula üstünlük verir.
İndi isə ayrı-ayrı məhsullar üzrə qiymətlərlə tanış olaq.
Çanta: Hazırda məktəbli ləvazimatları mağazalarında çantalar 20 manatdan başlayır. Ancaq bu çantaları yaxından incələyənlər onu almaq fikrindən elə oradaca imtina edir. Nisbətən davamlı və uzunömürlü təəssüratı yaradan çantalar isə 30-40 manatdan başlayır. Əlbəttə, 100 manata və daha bahalı çantalar tapa biləcəyiniz istisna olunmur.
Dəftər: Digər məhsullarda olduğu kimi dəftərlərdə də yerli və xarici məhsullarda fərq var. Bu mənada dəftərlərin ölçüsü, səhifələrin sayı və vərəqin keyfiyyətindəki fərqi gözlə görmək mümkündür. Məsələn, 24 vərəqli Rusiya istehsalı dəftər nisbətən enlidir və vərəqləri daha qalındır, qiyməti 50 qəpikdir. Yerli məhsullarda isə 20 vərəqli dəftərlərin eni nisbətən balaca, vərəqin qalınlığı da fərqlidir, qiyməti 25-30 qəpikdir. Yerli 12 vərəqli dəftər 15-20 qəpik, 40 vərəqli dəftər 40-50 qəpik, 60 vərəqli dəftər 60, 100 vərəqli dəftər 90 qəpik 1 manatdır. Xaricdən gətirilən dəftərlər isə bundan 20-30 qəpik bahadır. Ümumiyyətlə, satıcılar bütün məhsullarda bu il azı 20 qəpik fərq olduğunu deyirlər. Nisbətən bahalı məhsullarda fərq daha çoxdur. Xatırladaq ki, ötən il 12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər 20, 60 vərəqli 40, 100 vərəqli 60 qəpik idi.
Digərləri:
Qələm 20 qəpikdən 1 manatadək, yazı lövhəsinin qiyməti 25 manatdan 150 manata qədərdir. Penallar 3-9 manat arası dəyişir. Ən ucuz sirkul 1.5 manatdır. Su qabları 8-10 manatdan başlayır, xətkeş 80 qəpikdən 4 manatadək, qayçı 80 qəpikdən 2 manata qədərdir. Pozan 20 qəpik 1 manat arası, plastilin qiyməti 1.2 manatdan 10 manatadək dəyişir, şəkil albomu 2 manat, karandaş dəstləri 3 manatdan başlayır. Yapışqan 30 qəpikdən başlayır 3 manata qədərdir, qələm yonanların qiyməti 30 qəpiklə 2 manat arasında dəyişir. Dəftər üzləri 20-30 qəpikdirsə, kitablar üçün üzlüklər 80 qəpikdən başlayır.
Ötən il isə qələm 20 qəpikdən 1 manatadək, tək karandaş 10 qəpikdən 40 qəpiyədək, karandaş dəstləri 1 manat 20 qəpikdən 7 manatadək, xətkeş 20 qəpikdən 50 qəpiyədək, pozanın qiyməti isə 20 qəpiklə 1 manat arasında təklif edilirdi. Şəkil albomları 1 manat 50 qəpik - 3 manat arasında olub.
Satıcılar deyir ki, hər ailəyə görə məktəb xərci dəyişə bilir. Belə ki, bəzi ailələr ən ucuz qiymətə olanı alır, bəziləri isə ancaq keyfiyyətli və baha olanları seçir. Amma bu fərq yalnız sentyabrdakı xərclərdə olur. Daha ucuz və keyfiyyətsiz mal alanlar bir neçə ay sonra yenisini almaq üçün təkrar mağazaların yolunu tutur.
Rəqəmlərdən belə bəlli olur ki, Orta səviyyədə 1 uşağın məktəb hazırlığı 100-150 manat civarındadır. Əlbəttə, təkcə çantanın qiyməti 100 manat olmazsa...
Milli.Az
XƏBƏR LENTİ
Sevgililər günündə makiyaj necə olmalıdır?
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Sözün tərkibi və söz yaradıcılığı - 1
Sabah Qanlı Ay olacaq
Qeyri-adi fincanlar
7 günlük qatıq pəhrizi
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini aktivləşdirmək barədə razılığa gəliblər
Ana namizədlərinin duyğularının körpəyə təsiri
WhatsApp-a girişə qadağa qoyuldu
Leyla Əliyevadan yeni şeir
Atasını saymayan oğul
Hava haqqında - 10.10.2013
Selena Qomez filmə çəkilir - FOTO
Cəbhədə silahlar susmur
Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma
Xurmanın saça faydası
Təhlükəli yollar
Leyla Əliyeva xəstəxanada uşaqlarla görüşdü - FOTO
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Əməkdar artistin yeni imici-VİDEO/FOTO
Temperatur 22 dərəcəyə yüksələcək
Saçlarınız gözəl olsun
Xoşbəxt evlilik üçün tövsiyələr
Uzun və gur kirpiklərə sahib olun
Mobil operatorlara xəbərdarlıq olundu
Metyu Brayza “Haber Global”da erməni təxribatından danışdı
Bülent Ersoyun dişi töküldü
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Marsda insan başı tapıldı
Çilidə sunami: ölənlər var
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Körpələr bunları ana qarnında öyrənir
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 133 yeni yoluxma
Azərbaycanda zəlzələ olub
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur modeldən qalmaqallı açıqlama
“Barbie” gəlincikləri əlil arabalarında - VİDEO
Çay evlərində ömrünüzü çəkirsiniz?..
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
Azərbaycanda gediş haqları 10% artırılır - RƏSMİ
"Şellak" sonrası dırnaq bərpası
Tibb tarixində bir ilk-FOTO
Çətirlər
Holland pendirli spagetti (foto resept)
Uğursuz alınmış selfilər
Nusretin restoranını bağladılar - FOTO
ETİRAFLAR:-"Məni görməsi üçün daha nə edim?"
Aleyna Tilki xəstəxanalıq oldu