Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Hər döş xəstəliyi xərçəng deyil

 

 

Qadınların çoxu tez-tez döş ağrılarından şikayət edir. Çox qorxulu olan döş ağrılarının xərçəng xaricində də xeyli çox səbəbi ola bilər.  Prof. Dr. Abdullah İğci, döş ağrılarının növlərini və bu ağrıların  qarşısını necə  ala biləcəyinizi aşağıdakı kimi izah edir.

 

Döş ağrısı, qadınlarda ən çox şikayətlənən ağrılardan biridir. Ağrı bir və ya iki döşdə fərqli dərəcələrdə ola bilər. Bu ağrıların ancaq 15-20%-nin müalicəyə ehtiyacı vardır. Döşdə ağrı şikayəti ilə həkimə müraciət edən xəstələrin ən böyük qorxusu xərçəng olma ehtimallarıdır. Əslində döş ağrısı ilə xərçəng arasında birbaşa əlaqə yoxdur.  Döşdə  ağrının səbəbi, döşün özündən qaynaqlanan patologiyalar olduğu kimi döş ətrafındakı əzələ, oynaq və sümüklərdə yaranan xəstəliklər də ola bilər.

 

Döşdə dövrü (menustrasiya ilə əlaqəli) və qeyri-dövrü (menustrasiya ilə əlaqəsi olmayan, davamlı) olmaq üzrə iki tip ağrı meydana gəlir.

Dövrü ağrı

Döş hormonları həssas bir ağrıdır. Aybaşı dövrlərindən (menustrasiya) sonra yumurtalıqlardan sekresiyalanan östrojen (Östrojen hormonu qızlarda boyun uzanmasına, qadın tipinin meydana gəlməsinə və döşün böyüməsində iştirak edir. Səsin incə olması, dodaqların böyüməsi və qadın tipi omba meydana gəlməsini östrojen təmin edir. Qızlarda qol altı  və genital orqan ətrafındakı tüklənmə yumurtalıqdan sekresiyalanan kişi tipi hormonlar (androjenler) sayəsində olar. Östrojen hormonu qadınları ürək xəstəliyindən qoruyar və qan xolesterolunu azaldar) və progesteron hormonu, (Progesteron bədəndə maye yığılması və qabarıqlıqların əhəmiyyətli bir səbəbidir. Bunun səbəbi düz əzələlərdə boşalma və bağırsaqlarda bu səbəblə qaz meydana gəlməsidir), döşü süd verməyə hazırlayar. Bu hormonlar, döşdəki süd kanallarının və süd yaradan hüceyrələrin böyümələrinə və çoxalmalarına səbəb olur. Bu səbəbdən menustrasiyadan əvvəl, döşdə su yığaraq və döşün həcmini artıraraq gərginliyə səbəb olur. Menustrasiyanın başlamasıyla birlikdə döş içində yaranan strukturlar təkrar normal ölçüsünə geri dönər. Döşdəki bu hüceyrə çoxalmaları və döş formasının həcminin böyüyüb kiçilmısi nəticəsində fibrokistik strukturlar (ağrı, yanma hissi və döşdə kütlələrin ələ gəlməsi ilə özünü göstərən fibrokistik dəyişikliklər) meydana gələr. Aybaşıdan əvvəlki dövrdə döşdə gərginlik və ağrı normaldır. Menustrasiyanın başlamasıyla birlikdə ağrı və gərginlik itər. Bəzən ağrıların şiddəti arta bilər. Döş ağrılarının 70-80%-i bu şəkildə hiss olunur. Ümumiyyətlə 30-40 yaşlarında daha çox görünən dövrü ağrıların səbəbləri arasında hormonal (ostrojen və progesteron) dəyişikliklər, aybaşı nizamsızlıqları, prolaktin hormonunun artması (kişilər cinsi əlaqə zamanı  orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən prolaktin adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq cinsi əlaqə zamanı prolaktin hormonu ilə bərabər cinsi istəyi artıran oksitosin hormonu da ifraz olunur), doğum idarə edən həblər, klimaks dövründə hormon replasma müalicəsi (doğuş qabiliyyətinin itdiyi 48-55 yaş arası dövrə "klimaks" adı verirlər), stres, kədər, duzlu yemək, çox kofe içmək və yağlı yeməklər iştirak edər.

 Ağrıyla əlaqədar tövsiyələr:

 

  • Döşü altdan dəstəkləyən uyğun büsthalter istifadə etmək,
  • Duzlu yeməyi azaltmaq,
  • Kofe içməyi azaltmaq,
  • Yağlı yeməyi azaldaraq lifli qida və meyvə yeməyi artırmaq,
  • Kökəlməmək, çox gəzmək və idman etmək.

Dövrü ağrının müalicəsi:

 

 Döşdə yaranan aybaşı əvvəli dövrü ağrılarının 20%-ni dərmanla müalicəyə ehtiyacı vardır. Aspirin, parasetamol və ya antifilojistik dərmanlar (yanğını və qızdırmanı azaldan), ağrının azalmasında təsirli olarlar. B1, B6 və E vitamin preperatları və mahud çiçəyinin yağı (evening primrose oil), döşdə rahatlığı təmin edir. Bromokriptin, danazol kimi dərmanlar da çox lazımlı olduğu zaman istifadə edilər ancaq bu cür dərmanların çox ciddi yan təsirləri vardır.

 

Qeyri-dövrü ağrı (nonperiyodik)

 

Qeyri-dövrü ağrı  ağrı, döşdə aybaşı dövrlərilə əlaqədar olmadan meydana gəlir. Ağrı, döşün müəyyən bir bölgəsində hiss edilər və ümumiyyətlə 40-50 yaşlarda görülər. Ağrı bəzən qolda, çiyin və ya qol altında da hiss edilər. Ayrıca çiyin, qol və ya əzələdə yaranan xəstəliklərdəki ağrı da döşdə hiss edilər. Zədə, döşdə sürətli böyümüş makrokistlər, fibroadenom, döş iltihabları, süd kanalı ətrafında yaranan iltihablar və stres döşlərdə yağ neyrozu meydana gəlməsi döşdə ağrıya gətirib çıxarar. Ayrıca əzələ ağrısı, çiyin oynağındakı revmatizma xəstəliklərdən qaynaqlanan ağrılar döşdə də hiss edilər.

 

 Qeyri-dövrü ağrının müalicəsi

 

Müalicələr ağrının tipinə görə dəyişilər. Böyümüş kistlərin aspirasyonu, (Tənəffüs yolundakı nəfəs borusu yaxud ağciyərdəki maye və ya qatı bir maddənin əmilməməsi) döş içində böyüyən kütlələrin əməliyyatla çıxarılması, döş içində və ya süd kanalı ətrafındakı iltihabların antibiotik dərmanlarla qurudulması, stresin gətirib çıxartdığı ağrılar üçün anksiyolitik dərmanlar alınması (Canlılarda stresslə yaranan əlamətləri aradan qaldıran dərman), əzələ ağrısı və ya revmatizma səbəbləri ilə bağlı döş ağrılarında  istiqamətli müalicə edilməsi bunlardan bəziləridir.

Səslərin sayı: 26
68
80544
loading...
Şərhlər
Offline
איסון ממדוב.
Allah uzaq elesin insallah
11 fevral 2015 20:36
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
nihatmehtizadə
Mən öyrənmişəm belə ağrılara.Allah özü qorusun biz qadınları.Amin.Təşəkkürlər. give_ros
21 yanvar 2015 15:37
Offline
Pərvanə
Bu aralar bu xəbərlər mənə lazımlıdı.
5 yanvar 2015 01:57
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Deniz N-va
Faydali xebere gore tesekkur
28 aprel 2014 16:16
Offline
Rzayeva Guler
Coxsaqolun melumatlara gore
13 sentyabr 2013 19:00
Offline
xalilova munavvar
tsk biraz qorxumu azaltdi
8 may 2013 21:18
Offline
DENIZ
allah uzaq etsin xesdeliklerden bizi
9 fevral 2013 22:17
Offline
PƏRVANƏ ƏLİYEVA......
AY ALLAH SEN UZAQ ELA HAMIMIZI BU PIS XESTELIKLERDAN.XEBARA GORA COX SAQOL BACIM..
11 yanvar 2013 18:12
Offline
Her fesil gozledim....
Allah haminizi bu pis xestelikden uzaq elesin.AMIN
11 yanvar 2013 18:07
Offline
gulay medetova
mende fibrodeonama var mualceynen balacalanmiwdi,heyecanlanmiwdim agrim dehwet coxalib hemde cox boyuyub ele qorxuramki.ALLAH her kese komey olsun
11 yanvar 2013 18:03
Offline
cemile.model
gunay ibrahimova,
allah komey olsun anana ve sene mende bele elametler vardi analiz .ora bura axri zob cixdi o imis butun aqrilari qaldiran
8 yanvar 2013 21:53
Offline
yqarayeva
her hansi bir agri olduqda en yaxsi vasite hekimle meslehetlesmekdi. bu bizleri her hansi bir tehlukeden daha erken qoruyar cox sag olun melumatlariniza gore smile
6 dekabr 2012 19:59
Offline
BELLA
bizi melumatlandirdiginiz ücün cox sagolun.
30 oktyabr 2012 00:58
Offline
♥ TƏRİŞ .H. ♥
mensturasiyadan qabaqda sonrada agrilar olur,bilmirem hekime getmeye deyer yoxsa yox.
18 oktyabr 2012 16:54
Offline
............
En cox aybashi zamani agrim olurdi agirlashirdi sinem indi 15 gun aybashi dovrune var amma men agri ve agirliq hisseliyirem
3 oktyabr 2012 23:45
Offline
ALLAHI SEVEN
xahis edirem menim sualima cavab yazasiniz.oglumun 2 yasi tamam olacaq.men onu 1aydirki sudden kesmisem.amma doslerimde agri var.en cox 1 dosumdedir.sudude yaxsi cekilmeyib.o meni cox incidir.deyirler sud yigintisi olar.bu mumkundurmu.cox cox xahis edirem mene cavab yazasiniz.evvelceden tesekkurler.
2 iyul 2012 23:39
Offline
Nura Abbasli
Salam !evvela sizden xais edirem menim suallarima bu gu cavab yazasiniz.Menim anamin 5-6 gun olar doshu shishib qizarib.Yeqinki Indi sizde oxudugum Qeyri-dövrü ağrı olan(nonperiyodik) xestelikdir ya da bunun kimi bir shey.biz uziye dusmusuk orda shis ashkarlanib.ama elametlerine gore bu xerceng deyil.sizden cox xahis edirem bize meslehet veresiniz biz bunun deqiq muayinesini ve mualicesini hansi klinikada ve ya xestexanada apara bilerik.Evvelceden tesekkur
13 aprel 2012 11:11
Offline
sema davudova
mende bele agrilar cox olur aybasidan sonra cekilir bir de eseblesende olur
16 mart 2012 21:01
Offline
Narmin Aliyeva
ALLAH hamimiza komek olsun amin
4 yanvar 2012 19:08
Offline
Gunel Alizade
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
28 dekabr 2011 16:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır