Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

"Yaxşı"nın fəlsəfəsi

 

"Yaxşı"nın fəlsəfəsi

 

“Yaxşı” sözü hardandı, nədən əmələ gəlib, çoxumuz bilmirik. Bilmək üçünsə "yaxşı"nı bilməyən Anadolu türkcəsi dadımıza çatır. Bu dildə «yaraşıqlı» anlamında «yakışıklı" sözü var, «yakışıklı» «yaxışıqlının» bir tayıdır. Deməli, «yaxşı» yarayan anlamı ilə bağlıdır (yəni «yakışıqlı» «yaraşıqlı» deməkdirsə, eləcə də «yaxışıqlı»ya uyğundursa, deməli, hamısının kökündə «yar-arlı»nın kökü var).

"Yaxşı nədir?" sorusunu birinci Sokrat qoyub və cavab verib: nəsnə öz amacına «cavab verirsə, yaxşıdır”. Örnəyin, qalxanın vəzifəsi döyüşçünü qılıncdan, toppuzdan qorumaqdır. Ona görə də qızıl qalxan yaxşı deyil, çünki qorumaq vəzifəsini yetərincə görə bilməz, dəmir qalxan isə möhkəmliyinə görə yaxşııdır.

XVII yüzildə Kant bu problemə qayıdıb söylədi: o nəsnələr ki, bizim gərəklərimizi (tələbatımızı) ödəyir, yaxşıdır. İndi biz deyə bilərik ki, Sokrat və Kantın "yaxşı" haqqında fəlsəfə ilə çıxardıqları bizim "yaxşı" sözündə bilincsiz, yəni şüurun xəbəri olmadan gizlənib: yaxşı "yararlı" deməkdir və Anadolu türklərinin yaraşıqlı mənasında «yakışıqlı" sözü onu da göstərir ki, "yaxşı"da yaraşıq gətirmək mənası gizləinb.

Niyazi Mehdi 1994-cü il 

Səslərin sayı: 0
0
603
Loading...
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır