Bakıda hava 25°
USD 1.7012 AZN
EUR 1.9856 AZN
24 iyul 18:09GÜLÇİN Axşamınız xeyir olsun!
37515

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz
Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?
Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır. 
İçimizə atdığımız hər şey yığılaraq irəlidə daha ağır ziyanlara səbəb olar. Sonra məcbur edir orqanları. Ən başda beynimizi, ürəyimizi, mədəmizi sonra psixologiyamızı, insanlığımızı və daha bir çox şeyi...
İçinə atmaq nədir?
* Qaşlarımızı çatmaq lazım olarkən gülə bilmək
* Duyğularını tam olaraq izah edə bilməyən, içini olduğu kimi qarşısındakına açıb tökə bilməyən kəslərin bilmədən etdikləri şey...
* Dəfələrlə danışıb sözü aydın ola bilməmiş insanın bezməyidir. İfadə etməkdən bezdirənlərin yaratdığı nəticədir. Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir...
 İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz
* Söylədiyimizdə dəyişən bir şey olmayacaq ya da tamamilə itirməkdən qorxarıq. Buna görə ən çox söyləmək istədiyimiz şeyləri içimizə atarıq. 
* "Deyiləcək o qədər çox söz vardı ki, tək kəlmə belə deyə bilmədim" deyərkən izah edilən vəziyyətdir bəzən də.
* Özünü izah etməkdən yorulanlar üçün tək qaçış yoludur. 
Duyğuları, düşüncələri rahatlıqla qarşı tərəfə söyləyə bilməyib, qarşınızdakı adama ürəyinizi tam aça bilməyib bütün hisslərinizi, beyninizi qucaqlayan bütün detalları ürəyinizin bir küncünə yığmaqdır. O künc get-gedə böyüyür və bütün ürəyiniz söyləyə bilmədiklərinizlə örtülməyə başlayır. 
Ağlaya bilməzsiniz belə, bir növ öz-özünlə paylaşmağa öyrəşmək halıdır. Gözləməkdir əslində. Qarşı tərəf bir an gəlsin görsün susqunluğu istənər. Görülmədikcə yandırar, qovurar. İncikliklərin, hirsin və hüznün xaricə vurulmayıb fərdi qutuya gizlənməsidir.
Səslərin sayı: 0
4
821
Loading...
Şərhlər
Offline
nihatmehtizadə
Bəzən olur insanda.Uzaqlaşırsan hər şeydən,hər kəsdən......
10 noyabr 2016 13:57
Offline
Ceylan Mumoğlu
Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar.

Bu yaşıma qədər yaşadıqlarımdan anladım ki, çoxluq çox zaman özünü haqsızlığa uğramış kimi görür, sözün həqiqi mənasında əziyyət çəkənlər, pərdə arxasında qalanlar isə güclü insanlardır. Belələrinin dəyəri itirildikdən, yaxud öldükdən sonra üzə çıxır.
1 sentyabr 2016 13:38
Offline
°elif •.°
Allah komeyi olsun
1 sentyabr 2016 13:00
Offline
S U S E N _BACI
allah haminin isini avand elein ixis yolu var hemise girl_ang
1 sentyabr 2016 12:44
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!