"Psixoemosional sferada problemi olan insanlar praktik sağlam insanlara nisbətən kəskin hava dəyişkənliyinə adaptasiya ola bilmirlər. Ən çox da temperatur və rütubətliliyin yüksək olması belə şəxslərdə stress, yorğunluq, halsızlıq, həyəcan hissi, yüksək qıcıqlanma kimi hallara səbəb olur, xəstələr çox vaxt başağrısı və yuxu pozulmasından şikayət edirlər".
Milli.Az bildirir ki, bunu report-a həkim-nevroloq, Azərbaycan Tibb Universiteti (ATU) Nevrologiya və tibbi genetika kafedrasının assistenti, ATU Tədris Terapevtik Klinikanın nevroloqu Nuran Əmənullayev deyib.
Nevroloq bildirib ki, havada baş verən dəyişikliklər nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər: "Təbiətin pis havası yoxdur" deyilsə də, bəzi meteohəssas insanlar üçün bu deyim uyğun gəlmir. Hava şəraiti göstəriciləri insan orqanizminə güclü təsir edən faktorlardır. Çox zaman tək bir yüksək temperatur deyil, həmçinin havanın rütubətliliyinin yüksək olması, külək, siklonlar, atmosfer təzyiqi dəyişkənliyi, günəş aktivliyinin yüksəkliyi, maqnit burulğanı və s. amillər birlikdə insan orqanizmində ciddi dəyişikliklərə, müxtəlif xroniki xəstəliklərin kəskinləşməsinə, eləcə də nevroloji xəstəliklərin həm gedişinə, həm də yaranmasına səbəb ola bilər. Çox isti hava və günəş şüalarının birbaşa baş nahiyəsinə təsiri nəticəsində insanda istilikvermə və tərləmə artır. Bu isə orqanizmdə maye itkisinə, beyin qan damarlarının genişlənməsinə, qan dövranının mərkəzləşməsinə, günvurmaya səbəb olur. Belə hal uzun müddət davam edərsə, trombəmələgəlmənin artmasına və nəticədə ağır nevroloji xəstəlik olan insulta gətirib çıxarır".
N.Əmənullayev bildirib ki, isti hava şəraitində hər bir insan, xüsusən arterial hipertenziya, şəkərli diabeti olan xroniki xəstələr, eləcə də yaşlılar günün çox qızmar olduğu saatlarda havada olmamalı, lazımi qədər maye qəbul etməlidirlər. Həkim qeyd edib ki, günəşdən qorunmaq üçün gün eynəkləri, baş örtükləri və açıq rəngli geyimlərdən istifadə olunmalıdır.
Milli.Az
XƏBƏR LENTİ
10 ən pis lunatizm faktı
Yerin Günəş sistemində mövqeyi
Nokia Lumia 520 lider oldu
Bu şəhər və rayonlarda sərt karantin rejimi davam edəcək
100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Ronaldonun transfer qiyməti - 200 MİLYON
Bekhemin 5-ci övladı olacaq - FOTO
Sərinlədən soyuq şorba (foto-resept)
Dünyanın ən qorxulu gölü oradır?
Tələbələrə bunu geyinmək qadağan olundu!
Xəstələnməmək üçün bunları edin
İşinə yaxın olsun deyə, ABŞ-ın ƏN BAHALI evini aldı-FOTO
Saç üçün yumurta maskaları
Aprelin 27-dən bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur - SİYAHI
Şeyma Subaşı Itır Esenə bu cür CAVAB VERDİ
Qış aylarında qaza necə qənaət etməli?
Almaniyadan böhrandan çıxmaqla bağlı təklif: İş həftəsi dörd günə endirilsin
Ən pis parol hansıdır?
15 sentyabr Bilik günüdür!
Boşanmış qadınların probleminə son, kişilərin hüququ isə...
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
Kristina Aqilera Yeni İmicdə-FOTO
Bayram da gülmək gərək
İstirahət gününün HAVAsı
"Bilik günü" ərəfəsində ailələr sevindirildi
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Daşıyıcı analıq
Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi
Düşünməyi sevənlərə özəl (2)
Məşhur aktyor restoran üçün 4 milyon xərclədi
Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı
Xəzər dənizində zəlzələ oldu
Özgü Namaldan gözlənilməz addım
Şah yeməyi (foto resept)
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Asiyada minlərlə müsəlman məscidlərə axışdı
Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA
Klonomaniya (2-ci hissə)
Toyuq əvəzinə aptek yeyirik?
Venesuelada hökumət istefa verdi
Bu Avropa ölkəsində ictimai nəqliyyat pulsuz oldu
Yanvarın 22-si iş günü olacaqmı?
Əliyev məşəli alovlandırdı
İnstagramda Yenilik!
“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu - VİDEO
Çimərlik kombinləri
30 saniyəlik oğurluq gerçəkləşdi
Azərbaycanda yeni turizm-kurort zonaları yaradılacaq