Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9570 AZN
13:17Xəyalə Murad Gözəl gününüz olsun,Pəri xanım! Hər şey sizin üçündür 11:36Sima salam canlarim nece varsiz 11:24PERI ne gozel xeberler var bugun 11:23PERI salam necesiz 10:43Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
39338

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

Kişilər yalan deməyi sevir və ümumiyyətlə, uşaq kimi anı qurtarmağa istiqamətli, böyük bir bacarıqsızlıqla yalanlar söyləyirlər. Bu faktı bilməyən az idi və Cem Yılmaz sağ olsun artıq öyrənməyən qalmadı. Bəs, görəsən, bir çox kişi tərəfindən istifadə olunan, sadə və gün kimi aşkar yalanların ən çox işlənəni hansılardır? Sizin üçün apardığımız əhatəli iş ilə onları ortaya çıxardıq:

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

1. "Gözlərim səndən başqasını görmür ..."

Kişi baxır, dostum! Kişinin hansı vəziyyətdə olduğunun bu mövzuda heç bir əhəmiyyəti yoxdur. İstər dəli kimi aşiq olsun, istər can dərdində olsun, istərsə də iki əli qanda olsun gözəl bir qadın gördükdə belə süzər. Bu, sanki doğuşdan gələn bir refleks kimidir, sevgili dostlar. Uşağının təhlükə altında olduğunu görən bir atanın uşağın önünə atlaması kimidir. Çox da şişirtməyək yaxşı, amma məsələnin təməli budur. Onun bu refleksi birlikdə olduğu adamı sevmədiyi ya da başqalarını düşündüyü mənasına gəlməz. Bu meyl kişilərin təbiətində var, biz isə əhəmiyyət vermərik.

2. "İntim filmlər? O nədir ki?"

"İntim mövzusunda film izləməyən kişi yoxdur" deyib bir ümumiləşdirmə etməyək. Həyatdı bu, ola bilər, amma yoxdur. Kişilərin bu yalanı demə səbəbi isə, seksin mexaniki quruluşundan deyil, yalnız eşqlə reallaşan seksdən həzz aldığı və bunu mənalı olduğunu bildirməkdir.  

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

3. "Sizinkilər möhtəşəmdir. Ailənlə çox yaxşı vaxt keçirirəm..."

Ailənin quruluşunun ya da ana atanın şəxsiyyətinin bu mövzuda heç bir təyinedici rolu yoxdur. Kişi sevgilisinin ailəsi ilə vaxt keçirməkdən zövq almaz. Mürtəce bir vəziyyətdir, çünki kişi özünü bir təcrübə siçanı kimi hiss edər, hərəkətlərinin davamlı izlənildiyi və nəzarət edildiyi hissinə qapılar, atanın etdiyi eyhamlara göz yummaq məcburiyyətindədir və sair və ilaxır. Bu mövzuda deyilən yalanlara cəmiyyət olaraq laqeyd yanaşmaq və qadınların "anamla çay içməyə gedəkmi?" kimi tövsiyələrini məhdudlaşdırılmasaq da azaltmaq lazımdır.  

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

4. "Yalnız işləri bir az ağırdan almaq istəyirəm..."

Bu yalanı və deyilmə səbəbini bilməyən hər-halda yoxdur, sevgili dostlar. Kişi sizinlə əlaqə qurmaq istəmir, yalnız müəyyən çıxarlar istiqamətində sizi həyatında tutmaq istəyir. Bu yalan əslində hər iki cins tərəfindən də deyilir, ancaq məqsədləri fərqlidir. Qadın, boş vaxtlarında özünü pis hiss etməmək üçün özünə heyranlıq duyan birinə ehtiyac duyar. Kişinin məqsədi isə yenə tamamilə mexanikidir.

 Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

5. "Səninlə vaxt keçirmək çox maraqlıdır..."

Kişi tam bir azadlığa ya yalnız tək vaxtı, ya da kişi yoldaşlarıyla birlikdəykən çata bilər. Bunun xaricində qalan bütün birlikdəliklər davamlı uyğunlaşmaqdan ya da belə göstərmə səyi içində keçər. Ona görə də bəli, cütlər yaxşı vaxt keçirə bilər, amma bunun bir sərhədi vardır və o sərhəd kişinin dostlarıyla vaxt keçirdiyi zaman sona çatar.

6. "Sevgilim, zəng edə bilmədim, çünki başımı qaşıyacaq vaxtım yox idi..."

Kişinin "mexaniki" bir həyat anlayışının olduğunu lap əvvəldən demişik. Onun arxasınca qaçdığı şey xüsusiyyət deyil. Təkamül müddəti ərzində kişinin məqsədi genlərini mümkün qədər çox və fərqli yoldaşa paylaya bilməkdir. Nəysə, uzatmayaq. Çünki həqiqətən də başını qaşıyacak vaxtı olmaya bilər, dostlar. Nəticə etibarilə arxasınca qaçdığı iş sıx bir səy tələb edir.  

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

7. "Yox, əzizim, heç elə şey olar? O qız mənim çox yaxın dostumdur..."

Sırf qadınlar deyil, kişilər də özlərinə heyran olunmalarına şiddətli bir şəkildə, arzulanmayan ehtiyac duyarlar və bu onların da qürurunu oxşayar. Bu yolda edilən davranışların sərhəddini isə əlbəttə ki, əlaqənin içində olan cütlər təyin edir. Yəni, qısqanclıq harada başlayır, harada qurtarır bunlar nisbi anlayışlardır.

8. "Həyatda ən çox əhəmiyyət verdiyim şey dürüstlüktür..."

Yalaaaaaaaaaan! Çox böyük və çox məşhur bir yalandır. Buna hələ də inanan varsa vay halına. 9. "Sevgilim, bu gün etdiyin makaron çox dadlı idi, həyatımda belə ləzzətli yemək yeməmişəm..." Nə edirsinizsə edin, lakin ana yeməklərinin standartlarına yüksələ bilməzsiniz. Bunun vərdişlə əlaqəsi var, bacarıqla deyil. Kişi buna öyrəşib və sizdən bunu gözləyəcək. Anasının bişirdiyi yeməyi "mən bişirmişəm" deyib yedirsəniz belə qane olmayacaq. Cəhd etmək gərəksiz olduğu kimi, boş bir mövzudur. 

Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)

10. "Yox, arıqlamağını tələb edəcək bir vəziyyət yoxdur məncə..."

Bəli, kişilər belə deyərlər, amma əgər həqiqətən arıqlamağınızı istəyirlərsə o zaman bunu dolayı yolla və üstü bağlı bir şəkildə ifadə edərlər. Əgər o üstü bağlı ifadələri sezib və "Eşqim, sən mənə kök olduğumu demək istəyirsən?" desəniz də, "Yox canım, haradan ağlına gəldi?" deyə sual verib özünü müdafiə edər. Belə olan halda diqqət etmək lazımdır.

Ardı var...

Səslərin sayı: 2
2
3717
loading...
Şərhlər
Offline
Arzu
Kisilerin yalanindanda kisilerin ozlerindende artiq bezmisem
5 yanvar 2017 14:29
Online
Xəyalə Murad
Yalan deməyən insan görmədim bu yaşıma kimi. Nə kişisi, nə qadını fərq etməz. Hər kəsdə yüngül də olsa yalan üzə çıxartdım. Üzə vurduğumu vurdum, vurmadığımı özümdən uzaqlaşdırdım.
15 oktyabr 2016 10:07
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )