Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

Cazibədarlığın xəritəsi

 

Cazibədarlığın xəritəsi

 

Ayaqlar

Çox uzun və ya çox qısa ayaqlar estetik cəhətdən gözəl görsənmir. Bütün dünyada aparılan araşdırmalar onu göstərir ki, avropalılara daha uzun ayaqlara sahib olan qadınlar xoşlarına gəlir. Qısa ayaqların sahibələrinə isə vizual olaraq ayaqların hündür və gözəl görsənməsinə hündürdaban ayaqqabılar kömək edir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun ayaqlar düzgün inkişaf və normal qidalanmaya işarə edir. Uzun ayaqlar həm də insanın uzunömürlü olduğunu da göstərir. Lakin fərqli millətlərdə gözəllik standartları da fərqlidir.

 

Cazibədarlığın xəritəsi

 

Bel

İncə bel bir çox kişilər tərəfindən cazibədarlıq rəmzi kimi qiymətləndirilir. Kişilərin 90 faizi üçün ideal ölçü belədir: belin ölçüsü çanağın ölçüsünün 70 faizini təşkil etməlidir. Kişilər nəinki belə bədənə baxanda zövq alır, belə bədənə toxunmaq da onlara həzz verir. Tədqiqatlar həm də onu göstərir ki, zahirən nə qədər də insan gözəl olsa, onun daxili aləmi özünü bürüzə verir. Odur ki, ilk növbədə daxili gözəlliyə fikir vermək lazımdır.Cazibədarlıq isə heç də həmişə gözəllik demək deyil...

 

Cazibədarlığın xəritəsi

 

Gözlər

İnsanın üzünün ən ifadəli hissəsidir. Çox vaxt insanlar sözlə deyə bilmədiyini gözləri ilə deyir. Genişlənmiş göz bəbəkləri insanın həyacanlandığını göstərir. Əgər yanınızda əks cinsin nümayındəsi dayanıbsa və sizi heç bir təhlükə gözləmirsə, onun göz bəbəklərinin genişlənməsi sizdən xoşlandığına işarə edir. Onda anlayın ki, sizdən xoşu gəlir. 
Ən ifadəli və cazibədar gözlər göz bəbəklərinin xarici dairələrinin rənginin kəskin fərqləndiyi gözlər hesab olunur. İnsan sağlam və gənc olduqca göz bəbəyinin xarici dairəsi tünd və daha aydın olur. Təəsüf olsun ki, zaman keçdikcə göz bəbəklərinin xarici dairələrinin rəngi solur, qalınlığı isə nazilir.

Səs

Bir qayda olaraq gözəl xanımların səsi də gözəl və mehriban olur. Gözəl səs həm də qadının təravətli olduğuna da işarə edir. Gözəl səs qadının cazibəsini daha da artıraraq əks cinsin nümayəndələrinin diqqətini cəlb edir.

 

Cazibədarlığın xəritəsi

 

Üz

Sağlam, təravətli görünən üz gözəl simanın göstəricisidir. Yanaqlarda qızartı isə sağlamlıqdan, cavanlıqdan və cazibədarlıqdan xəbər verir. Simmetrik cizgilərə sahib üz daha gözəl sayılır. Cizgilərdə assimetriyanın olması isə üzü eybəcər göstərir.
Üz cizgilərinin incəliyi xanımı daha zərif göstərir. Məsələn, balaca çənə, bir qədər nəzərə çarpan almacıq sümükləri, balaca burun. Dolğun dodaqlar, mənalı gözlər isə qadını çox cəzbedici edir.

Dodaqlar

 Təbəssüm üz cizgilərini yumşaldaraq mehriban təəsurat oyadır. Dolğun dodaqlar isə qadını daha cazibədar göstərir. Tədqiqatçılar fotomodel və adi insanların dodaqlarını müqayisə edib nəticəyə gəliblər ki, modellərin üst dodağı başqa adamların üst dodağına nisbətən 1,3 dəfə böyükdür. Eləcə də modellərin dodaqları orta ölçüdən böyük olur.

Aynurə Məmmədova

Səslərin sayı: 0
4
1582
Loading...
loading...
Şərhlər
Offline
Iceberg
Gözəllik sağlamlığa söykənir, sağlam saç, diş, dəriyə sahib qadın gözəldir
22 sentyabr 2017 15:37
imza: shafaabdulla.blogspot.com
Offline
°elif •.°
Super xeberdi :) .........
25 avqust 2016 02:05
Offline
S U S E N _BACI
Cox sagol minnetdaram xeber ucun
24 avqust 2016 18:31
Offline
°elif •.°
Maraqlı xeberdi teşekkür
23 avqust 2016 00:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır