Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

7 addımda daha uzun ayağa sahib ol

7 addımda daha uzun ayağa sahib ol

Uzun incə ayaqlar yəqin ki, hər bir qadının arzusudur. Lakin heç də hamının bu arzusu reallaşmayıb. Amma problem yoxdur. Bir necə sadə yolla kiçik boylular belə uzun ayaqlı görünüşə sahib ola bilərlər. 

1. Sadə rənglər seçin 

Ayaqlarınız qısadırsa çalışın geyindiyiniz rənglərə nəzarətdə saxlayasınız. Çox rəngli geyimlər bədəni vizual olaraq hissələrə ayırmış olacaq, nəticədə ayaqlarınız daha qısa görünəcək. Çalışın sadə və eyni rənglərlə diqqəti ayaqlardan uzaqlaşdırır. 

2. Qısa ətək 

Mini ətəklər uzun ayaq effekti yaradır. Mini uyğun olmayan yerlərdə isə midiyə üstünlük verin. Amma uzun ətəkdən uzaq dayanmağa çalışın. 

3. Topuqdan bağlanan ayaqqabı 

Topuqdan bağlanan ayaqqabı ayağı bölür və olduğundan qısa göstərir. 

7 addımda daha uzun ayağa sahib ol

4. Hündürdaban həyat qurtarır 

Hündürdaban ayaqqabı əsl xilaskardır. Hündürdabanı gizlətmək istəsəniz ətəyi uzun olan geyimlərdən istifadə edə bilərsiniz. 

5. Hündür bel 

Çanaqdan olan şalvar və ətəklər ayaq ölçüsünü vizual olaraq qısaldır. Qısa ayağı olanlar beli hündür olan geyimlər seçsələr bu problemi aradan qaldıra bilərlər. 

7 addımda daha uzun ayağa sahib ol

6. Dar şalvardan uzaq durun

Dar geyimlərinizi boru formalılarla əvəz edin. 

7. Maksi don 

Maksi donlar nəinki ayaqlarınızı ümumi boyu uzadacaq və sizi daha zərif göstərəcək. Diqqət etmək gərəkən bir məqam var — paltar yerlərdə sürünməsin.

Səslərin sayı: 0
4
1346
Loading...
loading...
Şərhlər
Offline
Iceberg
Topuqdan bağlanan ayaqqabı ayağı bölür və olduğundan qısa göstərir.
24 sentyabr 2017 00:34
imza: shafaabdulla.blogspot.com
Offline
S U S E N _BACI
ღ Elif.... •.♥.•°ღ, HE DUZDU BUNLAR DOGUSDAN UZUN

COX SAGOLUN MESLEHETE GORE
1 sentyabr 2016 13:23
Offline
°elif •.°
Bulara inanmiram men
25 avqust 2016 01:58
Offline
Ceylan Mumoğlu
Diqqət etmək gərəkən bir məqam var — paltar yerlərdə sürünməsin.

İndiki maksiləri elə tikirlər ki, yerlə sürünməməsi mümkün deyil, gərək aldıqdan sonra ətəklərini kəsdirəsən)
23 avqust 2016 10:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır