Bakıda hava 27°
USD 1.7022 AZN
EUR 1.8999 AZN
12:32Xəyalə Murad Səninlə bahəm, Dəniz 12:08Aysel İ. Sabahınız xeyir. Gözəl həftə keçirməyiniz diləyi ilə... 10:58Xəyalə Murad Gününüz aydın, işiniz avand olsun, Əziz Qadin.Netlilər! 10:04Iceberg salam qadin.netliler necesiz
37287

Deyirlərsə, inanma…

 

Deyirlərsə, inanma…

 

Deyirlərsə, göz yaşlarının rəngi olmaz… İnanma…

Var rəngi göz yaşlarının… Ağrının, içindəki yaranın, kədərin, ölümün və məhv olmuş ümidlərin, yox olmuş etibarın, doğrulmamış etimadın, bitmiş sevginin, sönmüş ehtirasın və axan görünməz qanın, darıxmağın, həsrətin, qaranlığın qarışıq rəngidir göz yaşının rəngi… Ona görə axdığında dərhal seçilir… Ona görə axdığında yandırır dərini… Ona görə qurusa da, yenə bərpa edilir…

Deyirlərsə, zaman hər yaranı sağaldır… İnanma…

Yara sağalmır, sadəcə müəyyən müddətə ağrımaz qalır, bir az unudursan, unudulursan… Keçmiş qayıdanda isə yaranın üstü yenidən açılar… Yenidən ağrıyar, yenə keçər deyə zamana bağlayırsan ümidlərini…

Deyirlərsə, ümid sonda ölür… İnanma…

İlk ölən ümid olur… Özünü aldatmaq istəmirsənsə, gerçəkliyi anlayıb qəbul edirsənsə, ümiddən də üzürsən əlini…

Deyirlərsə, hər şey bu həyatda qarşılıqlıdır… İnanma…

Sən saydıqca, sevdikcə, anladıqca, insanları, buraxdıqca yaxına, dəstək olduqca onlara, daha çox zərbələr alırsan, olursan pis insan… Aldıqca, alırlar, sənə heç nə qalmır özündən… Sənsə, verirsən, almadan…

Deyirlərsə, səbr et, hər şey düzələcək… İnanma…

Səbr etməklə, düzəlmir nəsə, həll edilmir problemlər, qayıtmır itkilərin geriyə, keçmiş vurulan zərbələrin izi, silinmir yaddaşdan anlar, xatirələr, gerçəkləşməkdən havada qalan xəyal və arzular… Düzəlmir heç nə oturub səbr etdikcə, gözlədikcə… Əlavə bir itkin də olur, səhhətin, vaxtın… Onlarsa dönməz geriyə…

Deyirlərsə, nə olursa, hər şey yaxşılığadır… İnanma

Deyildir yaxşılığa… Pislik də var baş verənlərdə… Neqativ də var… Niyə özümüzü aldadaq ki… Həyat isə davam edir… Ölmək istəsən də… İtkilərin yaxşılığına ola bilməz… İtkilərdən insan üzdə möhkəm, güclü olar, içində zəif, həssas, sınmış insan…

Boş – boş danışırlar əslində çox adam… Sanki özləri edirlər öz dediklərini, məsləhət bildiklərini… Düşünmürəm, əsla!

Səslərin sayı: 2
2
1718
Digər yazılar
Şərhlər
Offline
E.R_•.
Tanış olmaga şadam .....kiss
3 dekabr 2016 14:00
Offline
Ellada Babayeva
Deyirlərsə, hər şey bu həyatda qarşılıqlıdır… İnanma…

Sən saydıqca, sevdikcə, anladıqca, insanları, buraxdıqca yaxına, dəstək olduqca onlara, daha çox zərbələr alırsan, olursan pis insan… Aldıqca, alırlar, sənə heç nə qalmır özündən… Sənsə, verirsən, almadan…
12 sentyabr 2016 16:02
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər!

    Onun iyini sevmirəm deyə qəti işlətmirəm. Sulu olan dərmanı isə nadir hallarda istifadə edirəm.
  • Kombi və radiatorlar ucuzlaşdı

    Hər il yayda ucuzlaşır. Normalda belə olmalıdır.
  • Sistemləri dəyişdirən ideyalar

    Bu mövzunun geniş izahı, təsviri, nümunələri və bu problemdən çıxış yolları bir çox universitet və biznes məktəblərində ətraflı olaraq araşdırılır
  • 16:29 - Müəllif: Xəyalə Murad
    Qeyri-adi yataqlar (1)

    Qeyri-adi yataqlar

    Çox maraqlı və olduqca fərqli yataq otağıdır. Çarpayıların çoxunda yatmazdım. Hələ döşəməsində işıqlar yanan çarpayı qorxuncdur)0
  • Makiyajla yatmağın zərərləri

    Makiyaj təmizlənəndə dəliklər gecə boyunca bağlanmış qalır. Bu da dərinin nəfəs almasına mane olur. Dərin nəfəs almaması dərin bərpa olunmamasına, sızanaqlara, qara nöqtələrin çoxalmasına və tez qocalmağa səbəb olur.
  • 13:09 - Müəllif: Emma Svon
    Onu özünə aşiq et! (2)

    Onu özünə aşiq et!

    Tanış olduğunuz insan daim əllərinə baxıb, əlləri ilə oynayırsa, bu insan utancaq və həssas biri ola bilir. Əlləriniz görünən formada tutun, masanın üzərinə və ya dizinizin üstünə qoymaq kimi.
  • Dağ kəndindəki uşaqlar M.Qorkinin kitabına qovuşdu

    O uşaqların içindən gələcəyin yazıçısı, şairi, həkimi, müəllimi, ustası, aşbazı, vəkili, bağbanı və s. peşələrin sahibləri yetişəcək. Hər şey isə kitab oxumaqdan başlayır.
  • Gül kələmli alfredo (foto resept)

    Gül kələmini sevirəm, ancaq kabakı yox. Görünüş gözəldir. Məncə əlavə qızartmağa gərək yoxdur. Vitaminlər təbii qalsa yaxşıdır.
  • 12:45 - Müəllif: Xəyalə Murad
    Onu özünə aşiq et! (2)

    Onu özünə aşiq et!

    Maraqlı xəbərdir. Ancaq məsləhət bilərdim ki, səmimi olsunlar. İlk növbədə özləri olduqları kimi görünsünlər. Hər kəs həyata bir dəfə gəlir. Öz həyatını qeyri-səmimi biri ilə keçirmək istəməz.
  • Makiyajla yatmağın zərərləri

    Makiyaj etməyi sevirəm. Ancaq makiyajla yatmıram. Bəzən çox yorğunolarsan tuş qalır bəzən. O zaman da səhər oyandıqda gözlərim ağrıyır. Ona görə də maximum dərəcədə makiyajla yatmamamğa çalışıram.
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!