İnsanlar ilk evliliyə başlayarkən sözsüz ki, bu evliliyin sona qədər davam edəcəyini düşünürlər. Ancaq həyatda bəzi insanların talehi gətirmir və istəməsələr də ilk evliliklərini sonlandırmaq məcburiyyətində qalırlar. Bəs bu insanların ikinci dəfə ailə qurmaqları və davam etdirməkləri nə qədər uğurlu olur. Amerikada Cherlin tərəfindən aparılan araşdırmalara əsasən, ikinci evliliklərin ilk 5 ildə bitməsi birinci evliliklərə nisbətən daha çoxdur. Ancaq ikinci evlilikdə 5 il keçirsə, ailənin dağılma ehtimalı birinci dəfə qurulan ailələrə görə demək olar ki, çox aşağıdır.Bəs ikinci dəfə qurulan ailələrin dağılmasına səbəb nə olur? Arşdırmalara görə bunu aşağıdakı kimi qeyd edə bilərik.
Birinci səbəb kimi ən çox ilk evlilikdən olan uşaqlarla düzgün münasibətin qurulmaması göstərilir. Əgər ilk evlilikdən uşaq varsa, ögey ana və ata ilə əlaqəli yaşanan problemlər çox olur.
İkinci olaraq ən əsas səbəb kimi hələ də birinci ailə qurduqları həyat yoldaşları ilə aralarında davam edən münaqişə və problemlər göstərilir.
Üçüncü səbəb kimi isə maddi vəziyyətin aşağı səviyyədə olması və buna görə yaşanan sıxıntılar ailənin dağılmasına gətirib çıxarır.
Bunları nəzərə alaraq ikinci evliliklərdə nələrə daha çox diqqət edilməlidir ki, qurulan ailə daha sağlam və münasibətlər daha uğurlu olsun. İlk olaraq insanlar istər istəməz birinci ailələri uğursuz olduğu üçün ikinci addımı atarkən çox tərəddüd edirlər. Çünki düşüncələrinin bir tərəfində həmişə qorxu hissi olur. Onlar tez-tez “bacara bilərəm ya yox” ,”ikinci ailəm uğursuz olsa, ətrafımdakı insanların mənə qarşı reaksiyası necə olacaq” və s. kimi düşüncələri beynindən uzaqlaşdıra bilmir. Buna görə ilk olaraq düşüncə xətalarına yol verməmək və bu mənfi düşüncələri özündən uzaqlaşdırmaq lazımdır. İkinci olaraq birinci evliliyimizin nəyə görə bitdiyini özümüz yaxşı analiz etməliyik. Bunu yaxşı analiz etməyi bacarsaq və öz səhvlərimizi görsək ikinci ailə həyatımızda nələrə daha çox diqqət etməli, ünsiyyət və münasibətlərimizdə nəyi dəyişdirməli olduğumuzu daha yaxşı bilərik. Bundan əlavə olaraq heç vaxt ikinci evlilikdə tələsmək lazım deyil. Mütləq tərəflər bir-birlərini yaxşı tanımalı və qabaqcadan yaşanacaq problemləri oturub müzakirə etməyi bacarmalıdırlar.Əgər birinci evlilikdən uşaq varsa, uşaqla qurulacaq ünsiyyət və davranış qaydaları mütləq şəkildə müzakirə olunmalı və qərarlar qəbul edilməlidir.
Bəzi hallar istisna olmaqla, unutmamalıyıq ki, bizim evliliyimizin normal getməsi qarşımıza yaxşı və yaxud pis insanın çıxması ilə tam da əlaqəli deyil.Həmin insanla qurduğumuz ünsiyyət və münasibətin formasından asılıdır.
Elvira Kərimova
XƏBƏR LENTİ
Bu dəfə səsi ilə heyran etdi - VİDEO
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Cəbhə xəttində təxribat
Türkiyəli məşhurların bayram paylaşımları
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Rus dili - РњРј
Qız uşaqları üçün geyimlər
Yeni formalar gəlir
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Mobil qurğularda zərər artacaq
Axtarışda olan şəxs dövlət yaratdı
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Günün qoroskopu: kredit götürməyin!
Fahriyeylə Burakın oğlunun ilk FOTOsuna 2 milyon verirlər
İbrətamiz dərslər
HAVA necə olacaq?
Qəhvənin faydaları və zərərləri
"Bizim Tarla" - Kürü məhsulları
TQDK düzgün cavabları açıqladı
Uşaqların sosial-psixoloji inkişafı-18
19 yaşlı gəncin istedadı
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
İspaniya hökumətindən geri addım: Çimərliklər yenidən bağlanır
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Bu gündən məktəblilərin payız tətili başladı
Sandra Ballak itlərə 100 min dollar bağışladı-SƏBƏB
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qüsurlu uşaqlarda psixoloji travmanın qarşısını necə almaq olar?
2014-cü ilin dəbli çimərlik çantaları
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
ŞOK iddia: "Qızıl top"un qalibi artıq seçilib
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Hava haqqında
Avtomobil idxalı azalıb
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
Həzmi çətinləşdirən 4 qida
Ana və qızları
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
Ət piroqu(foto resept)
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Nokia-larda Android olmayacaq
Sağlamlıq məsləhətləri
Ən sürətli internet haradadır?
- ŞƏRHLƏR