Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 2.0862 AZN

Dadlı ad günü tortu (foto resept)

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 4 ədəd
Şəkər tozu - 150 q.
Un - 500 - 550 q.
Qabartma tozu - 3 c. q.
Vanilin - 2 c. q.
"Best Cow" kərə yağı - 150 q.
Kofe - 200 ml. (yəni 3 ç. q. quru kofe və 200 ml. qaynar su)
 Şokolad - 200 q
Krem üçün:
 Şəkər tozu - 200  q.
 Qaymaq - 700 q.  35 - 40 %
Üzəri üçün: 
Rəngli konfetlər və rəngli ulduzlar

Hazırlanması:

 

İlk olaraq xəmir üçün 1 stakan kofe hazırlanır:

3 çay qaşığı quru kofe üzərinə 1 stəkan qaynar su əlavə edib, qarışdırın.

Sonra bu kofenin üzərinə 200 q. şokolad əlavə edin, vam odda möhkəm qızdırın, qaynara düşəndə altını söndürün, soyusun. 

Başqa bir qabda kərə yağı ilə şəkər tozunu və vanilini mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Yumurta əlavə edib yenidən çalırıq.

İndi, bu qarışıma soyudulmuş şokoladlı kofe əlavə edin.

Un və qabartma tozunu da əlavə edirik, yavaş - yavaş qarışdırırıq.

Xəmiri üç hissəyə bölürük.

Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 15 - 20 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Biskivitləri bıçaq vasitəsi ilə, hər birini iki hissəyə bölürük.


İndı isə, keçirik kremin hazırlanmasına. 

Soyuq qaymağı mikserlə yaxşıca çalın, üzərinə şəkər tozu əlavə edin. 

Kremdən bir qədər götürüb biskvitə çəkin.

Eyni qayda ilə biskvitin 2 - ci, 3 - cü, 4 - cü, 5 - ci və 6 - ci hissələrini də kremləyirik. 

İndi isə, biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni rəngli ulduzlarla bəzəyirik.

Tortun üzərinə isə, rəngli konfetlər düzürük.

Budur, ad günü tortumuz hazırdır!

Nuş olsun!

(Tərcümə edilib)

Səslərin sayı: 2
1
7015
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Rəngli konfetlərlə bəzəmək maraqlı olub. Alpay bala onları çox xoşlayır, əngəlləməyə çalışırıq belə şeyləri çox yeməsin.
19 avqust 2016 11:42
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )