Prezidentli respublikada prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır. O baxımdan da prezidentlik müddətinin 7 il olması tamamilə qanunauyğundur və burada hər hansı bir fikirdən söhbət gedə bilməz.
Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Hazırda dünyanın 30-a yaxın ölkəsində prezidentlik müddətinin 7 il olduğunu nəzərə çatdıran S.Novruzov qeyd edib ki, Azərbaycanda yeni prezidentlik müddətinin irəli sürülməsi bir sıra amillərlə şərtlənir: "Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Bələdiyyə, parlament və prezident seçkiləri. Hər bir siyasi təşkilat, o cümlədən də seçki ilə məşğul olan qurum bir il öncədən bu seçkilərə hazırlaşır və onu yekunlaşdırır. Beləliklə, 3 il müddətində ölkədə müxtəlif qurumların fəaliyyəti ancaq seçkilərə yönəlir. Digər amillər sırasında iqtisadiyyat və idarəçiliklə bağlı məsələləri göstərmək mümkündür. Burada sosial problemlərin həlli, abadlıq-quruculuq işlərininin aparılması, yeni iş yerlərinin açılması məsələləri var. Bu baxımdan prezidentlik müddətinin 7 il olması dövlət başçısının qarşıya qoyduğu proqramı tam şəkildə yerinə yetirməsinə şərait yaradır".
S.Novruzov əlavə edib ki, Azərbaycanın həm beynəlxalq aləmdə təmsilçiliyinin genişlənməsi, həm də respublikada ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar dövlət aparatının təkmilləşdirilməsinin aktuallığının artması vitse-prezidentlik institutunun yaradılmasını gündəmə gətirib. Onun sözlərinə görə, birinci vitse-prezident və vitse-prezidentlər ayrı-ayrı sahələrə rəhbərlik etməklə yanaşı, həmçinin prezidentin tapşırığı əsasında dövlət əhəmiyyətli beynəlxalq sənədlərin imzalanması və digər məsələlərdə də yaxından iştirak edəcəklər.
Seçkilərdə yaş həddi ilə bağlı qadağaların aradan qaldırılmasına da münasibət bildirən S.Novruzov bu dəyişikliyin nədən irəli gəlməsinə də aydınlıq gətirib: "Bilirsiniz ki, bizdə müxtəlif yaş hədləri müəyyənləşdirilib və bu yaş hədləri ilə əlaqədar seçkilərdə iştirak məsələsi ortaya çıxır. Biz istəyirik ki, seçmək və seçilmək hüququ olan insan, Konstitusiya tərəfindən bu hüquq verilmiş şəxs heç bir məhdudiyyətlə rastlaşmasın. Belə hallar dünyanın bir çox ölkələrində, demək olar ki, ümumiyyətlə, mövcud deyil".
Onun sözlərinə görə, məhdudiyyəti götürməklə 5 milyondan çox insana bütün seçkilərdə namizəd kimi iştirak etməyə şərait yaradılır.
Milli.Az
XƏBƏR LENTİ
Panço tortu (foto resept)
Gəncə də ağ örpəyə büründü
Geyiminə görə tənqid olundu-FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Badımcanlı, pendirli pide (foto-resept)
Hava haqqında
Gündəlik geyimlər
Cəbhədən son xəbər
Nostradamusun 2019-a dair SENSASIYALI PROQNOZU
Ukrayna nüvə enerjisinə keçir
Manat nə vaxt ucuzlaşacaq?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Dünyanın ən yaxşı cütlük şəkilləri
Bakıda ən bahalı torpaq haradadır?
Huawei yeni smartfonu göstərdi
Qovurmalı Quesadilla (foto-resept)
Yay üçün dəbli ətəklər
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
2014 - Yeni iliniz mübarək!
Bu romanlar insanı sağaldır
Gəlinlik saç düzümləri
Saç tökülməsinə qarşı ərik
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Cəbhədə son vəziyyət
10 yaşı var, amma çəkisi 144 kiloqramdır
Meyvə-tərəvəz buketləri
Azərbaycanda tikintiyə icazə ilə bağlı YENİ TƏLƏB
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
Bakının istedadlı şagirdləri seçilir
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Cüdoçumuz Avropa çempionu oldu
Gimnastlarımız Lissabondan medalla qayıdıblar
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Məşhur yazarın fikirləri QALMAQAL yaratdı
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Lənətlənmiş sərdabə açıldı - FOTO
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
Qubalıların zəfər sevinci - VİDEO
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Şəkərli diabet xəstələri üçün dövlət hansı güzəştləri nəzərdə tutur?
Şokoladlı keks (foto-resept)
Ramazanın 26-cı gününün duası
Ən qatı dırnaq boyaları
Natalie Suarez
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Üz dərisinə qulluq
Məsamələri kiçildən 3 təbii maska
Azərbaycanda özəl detektivlər lazımdırmı?