Vyanada növbəti dəfə Avropanın məşhur "Fashion for Europe" moda festivalı keçirilib. Vyana Dövlət Operasında təşkil edilən beynəlxalq tədbirdə ölkəmizi tanınmış rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova təmsil edib.
Milli.Az bildirir ki, Avropanın müxtəlif ölkələrindən brend və dizaynerləri bir səhnədə birləşdirən festivalın əsas hədəfi moda rəngarəngliyini nümayiş etdirmək olub. "Moda ilə körpülər quraq" devizi ilə keçirilən festivalda Avropanın tanınmış dizaynerlərinin hazırladıqları geyimlərdən ibarət kolleksiyalar nümayiş etdirilib.
Festivala ikinci dəfə qatılan rəssam-modelyer Fəxriyyə Xələfovanın təqdim etdiyi kolleksiya həm tamaşaçılarda, həm də moda ekspertlərində böyük maraq doğurub. Azərbaycanlı modelyer F.Xələfova təqdim etdiyi maraqlı geyim kolleksiyasına görə beynəlxalq festivalın təsis etdiyi "European Fashion Award 2016" mükafatına layiq görülüb.
Fəxriyyə Xələfovanın kolleksiyası mətbuatın xüsusi diqqətinə də səbəb olub, festivalın mükafatçısı kimi Avstriya Teleradiosu (ORF) ondan xüsusi müsahibə alıb. Azərbaycanlı dizayner uğur düsturunun nədən ibarət olması sualına belə cavab verib: "Uğurlarımın sirri işimə əzm və xüsusi məsuliyyətlə yanaşmağımdadır, çünki yaradıcılığımda əsas diqqəti hazırladığım geyimlərlə Azərbaycanın geyim mədəniyyətini yüksək səviyyədə tamaşaçılara çatdırmağa yönəldirəm. Geyimlərin nümayişi zamanı bütün şou bir vəhdət şəklində təqdim olunur. Bu zaman çalışıram ki, təqdim etdiyim kolleksiya həm tamaşaçıların, həm də moda ekspertlərinin zövqünü oxşasın".
Azərbaycanlı dizaynerin kolleksiyasının təqdimatı zamanı uğurlu musiqi kompozisiyası da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bəstəkar Eldar Mansurovun "Humayun" kompozisiyası geyimlərdəki milli üslubla uğurlu ahəng yaradaraq moda ekspertlərinin marağına səbəb olub.
Vyana Dövlət Operasının foyesində F.Xələfova üçün ayrılmış stenddə onun geyimləri, eləcə də müəllifi olduğu ətirlər, xüsusilə "Caspian Rose" ətiri böyük maraqla qarşılanıb.
Festivalın qalibi olaraq Fəxriyyə Xələfova ilin sonunadək Avropada keçiriləcək moda festivallarına fəxri qonaq qismində dəvət alıb.
Milli.Az
XƏBƏR LENTİ
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı
Xəstəliklərin dəf olunması (1)
Zəncirli və daşlı bilərziklər
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabahın HAVAsı
Sağlam olmağın alternativ yolları
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Şakiranın yeni FOTOları
Dolu xanımlar üçün donlar
Sadə geyim modelləri
Fərqli əlcəklər
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi - FOTO
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Məndən imtina etmə, ana!
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
"Qalatasaray" Bakıya gəldi
Seçimlərdən ən çətini…
Hamam dekorasiyasını rəngləndirmək üçün nümunələr
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Çaynikdə qalan çayı atmayın
Mağaza - şirniyyatlar
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Günün qoroskopu:Səbrli olun!
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Sabahın HAVAsı
Hansı valideynlərin uşaqları ağıllı olur?
Gəlin gülləri(2)
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
Qarğıdalı çörəyi (foto-resept)
Mətbəx əşyaları
Ebunun konset bileti neçəyədir?
Kişilər nə istəyirlər? 2-ci hissə
Çiyələk yağının dəriyə faydası
Gəncə parkları abadlaşdırılır
Ələddinin sehrli çırağı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Bakıda pulsuz çörək paylanır
Outlook yeniləndi
Tələbələrin təqaüdləri artırıldı
Bakıda yaşlı qadın çinli zənn etdiyi əcnəbini qovmağa çalışdı - VİDEO
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama