Bu axşam evə gəldiyimdə, həyat yoldaşım axşam yeməyi üçün süfrəni hazırlayırdı. Əlini tutdum və ona deyəcəyim sözlər olduğunu söylədim. Stulda əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Və gözlərində o qorxunu hiss etdim. Bir anda sıxıldım, ağzımı aça bilmirdim, amma düşüncələrimi söyləməliydim. Və: "Mən boşanmaq istəyirəm" dedim. Əsəbləşmədi. Sözlərimə qarşılıq vermədi, sadəcə səbəbini soruşdu. Bir cavab verə bilmədim və buna çox əsəbləşdi. Əlindəki çəngəl və bıçaqları yerə tulladı. Mənə qışqırdı və adam olmadığımı söylədi. O, axşam tək bir kəlimə belə olsun danışmadıq. Həyat yoldaşım bütün gecə ağladı. Onu anlayırdım, amma ona təsəlli edəcək bir şeylər söyləyə bilməyəcəkdim. Çünki, mən Nərminə aşiq olmuşam və həyat yoldaşımı sevmirəm artıq.
Bu vicdan əzabı ilə bir evlilik müqviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir zamanda baxdı və cırıb atdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun sərf etdiyi zaman və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim, Nərminə çox asiq olmuşdum. Sonra hıçqıra-hıçqıra ağlamağa başladı. Bu mənim gözlədiyim davranış idi. Onun ağlaması mənim rahatlanmama səbəb olmuşdu. Çoxdandır ağlımdan keçirirdim boşanmağı. Bu fikir mənim beynimə girmişdi və indi bu duyğunu daha da güclü hiss edirdim və doğru qərar idi. Bir sonrakı axşam evə gec gəlmişdim və həyat yoldaşımı yazı yazarkən gördüm. Çox yorulmuşdum və axşam yeməyini yemədən yatmağa getdim. Nərmin ilə keçirdiyim saatlar məni yormuşdu. Bir ara oyandım və onu hələ də yazı yazarkən gördüm. Amma bu mənim vecimə deyildi və başımı çevirib yatmağa davam etdim. Ertəsi səhər mənə şərtlərini yazılı şəkildə təqdim etdi. Məndən heç nə istəmirdi. Sadəcə boşanmamızı elan etməmək üçün 1 ay möhlət və bu zamanda normal bir ailə kimi davranmamızı istəmişdi. Bunun səbəbi oğlumuzun 1 ay sonra imtahanlarının olması və bu zamanda ona bu acını yükləməmək idi. Bunu qəbul edə bilərdim. Amma bir şey daha var idi. Evlilik gecəsində onu qapıdan içəriyə qucağımda necə apardığımı xatırlatmışdı və məndən onu 1 ay boyunca hər səhər yataq otağından qapıya qədər qucağımda aparmağımı istəmişdi. Dəli olduğunu düşündüm, amma son günlərimiz yaxşı keçsin deyə qəbul etmişdim. Sonra bu şərtlərdən Nərminə danışdım. Yüksək səslə gülüb, bunun ağılsızlıq olduğunu və sonunda boşanmağı qəbul etmək məcburiyyətində qalacağını söylədi. Həyat yoldaşımla boşanma mövzusunu açdığımdan bəri, fiziki yaxınlığımız olmamışdı. Bu səbəbdən ilk gün onu qucağıma alıb qapıya apardığımda qəribə bir duyğu yaşadım. Oğlumuz arxamızda durmuşdu və alqışlamağa başladı: "Atam anamı qucağında aparır". Bu onu çox sevindirmişdi. Yataq otağından evin qapısına kimi 10 metr qucağımda apardım. Həyat yoldaşım gözlərini yumdu və qulağıma: "Oğlumuza boşanmağımızdan danışma" deyə fısıldadı. Mən də, başımı önümə əyərək: "oldu" dedim və daxilimdə bir üzüntü hiss etdim. Onu qapı önünə buraxdım. Həyat yoldaşım avtobus dayanacağına getdi və onu işə aparacaq avtobusu gözlədi. Mən də, tək başıma işə getdim. 2-ci gün bu oyunu oynamaq bir az daha asan gəlmişdi. Həyat yoldaşım başını sinəmə qoydu və onun qoxusunu duydum. Birdən həyat yoldaşıma uzun zamandır baxmadığımı anladım. Və onun evləndiyimiz zamanki qədər gənc olmadığını gördüm. Üzündə incə qırışlar yaranmış və saçlarına ağ düşmüşdü.
4-cü gün onu qucağıma aldığımda, özünə inam duyğusu yaşadım. Bu mənə həyatının 10 ilini hədiyyə edən qadındı. 5-ci gün bu özünə inam duyğusu daha da böyümüşdü. Bu barədə Nərminə danışmadım. Günlər keçdikcə, onu daşımaq daha da asanlaşmışdı. Bir səhər onu, nə geyinəcəyini düşünürkən izlədim. Üsyan edərək hər gün paltarlarının bir az daha gen gəldiyini söylədi. Birdən onun nə qədər incə olduğunu və arıqladığını gördüm. Onu hər səhər daha da asan daşımağımın səbəbi bu imiş. Bu qədər acını və kədəri qəlbində daşıyırdı. Özümdən asılı olmayaraq başını sığalladım. Bu an oğlumuz da gəldi və: "Ata anamı aparmalısan" dedi. Bu həyatımızın bir parçası olmuşdu. Həyat yoldaşım oğlumuzu çağırdı və onu bərk-bərk qucaqladı. Mən başımı çevirdim. Son anda qərarımı dəyişmək istəmirdim. Onu qucağıma aldım və yataq otağından qapıya qədər apardım. Əlini çiynimə qoymuşdu və mən onu bərk-bərk tutmuşdum. Eyni ilə evləndiyimiz gün kimi. Artıq narahat olmuşdum bu qədər arıqlamasından. Son gün onu qucağıma aldığımda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və həyat yoldaşıma, həyatımızdakı yaxınlığın necə də əksik olduğunu söylədim. İşə getdim, qapını bağlamadan maşından düşüdüm. Bunun üçün zamanım yox idi. Hər anın qərarımı dəyişdirməsindən qorxurdum və pilləkanlardan yuxarıya doğru qaçdım, yuxarı çatanda Nərmin qapını açdı. Ona həyat yoldaşımdan boşanmayacağımı söylədim. Təəccüblü bir ifadə ilə, əlini alnıma qoydu və: "Sənin temperaturun var?" deyə soruşdu. "Məni bağışla Nərmin, amma mən boşanmaq istəmirəm" dedim. Evliliyimizin rəngsiz qalması, sevgi əksikliyindən deyil, bir-birimizin dəyərini unutduğumuzdandı. İndi xatırladım ki, evləndiyimiz gün qapıdan içəri apardığımda ona, ömrümün sonuna kimi sədaqət andı içdiyimi... Nərmin vəziyyəti başa düşəndə üzümə sillə vurdu və qapını bağlayaraq ağlamağa başladı. Dərhal aşağı düşüb, yaxınlıqdakı ilk gül dükanına gedib, həyat yoldaşıma bir buket gül aldım. Üzərinə də, "Səni hər səhər həyatımın sonuna qədər daşıyacağam" yazılı bir kart yerləşdirdim. Evə çatdığımda üzümdə təbəssüm yarandı, əlimdə güllərlə yataq otağına getdim və həyat yoldaşımı yatağın üstündə ölü tapdım. Həyat yoldaşım aylardır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı və mənim başım Nərmin ilə məşğul olduğundan bunu anlamamışdım. Daha çox yaşamayacağını bildiyi üçün məni, oğlumun mənə qarşı neqativ davranışlarından qorumaq istəmişdi. Ən azından oğlumun gözündə yaxşı bir həyat yoldaşı kimi qalmağımı istəmişdi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müge Anlı onları geridə qoydu
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Azərbaycanda orijinal toy dəvəti - FOTO
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
Dəbli pencəklər
30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Bakıda elə isti olacaq ki...
Koronavirusla bağlı SON STATİSTİKA
Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib
Günün ulduz falı
Qan dövranını sürətləndirən qidalar
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq
“Avroviziya-2019”un keçiriləcəyi məkan açıqlandı
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Bu gün “Üç aylar” başlayır
Şahzadə Mustafanın ölümünün tarixi miniatürü yayıldı
Birlikdə yaşaya biləcəyiniz romantik anlar
Kiçik mətbəx üçün dekorasiya modelləri
Leksika - 3
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Smartfonda vaxt nəyə sərf olunur?
Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb
Konfransda Leninin ruhu ilə danışdılar
Məktəblilərin ağır çantaları: nə etməli?
Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Dünya bu adamdan danışır
Bu bayraq Ginnesin Rekordlar Kitabına düşə bilər
Dekorasiyada yaşıl rəng trendi
Buraxılış imtahanlarının siyahısında dəyişiklik edilib
Azərbaycan böyük təhlükə qarşısındadır
Con Kerrinin "unutduğu" Qarabağ
68 il birgə yaşayan cütlük bir gün fərqlə öldülər-FOTO
Vegeterian turistlər üçün ən yaxşı şəhərlər müəyyənləşdi
Zaman heç nəyin dərmanı deyil!
İncə telli saçları necə həcmli etmək olar?
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA
Zolaqlı pəhriz - Rahat arıqlama
Şəffaf və plastik dəb
Ezgi Mola ərə gedir?
B12 vitamininin "səyahəti"
Boyun düzləşməsi əlaməti
Aciz ölmək istəməyən qadın gülümsəyərək getdi
Antalyada birinci xanımların şərəfinə nahar verilib
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Dəbli çantalar
Azərbaycan çaylarının suyu azalıbmı?
2020 qarderobunuza ilham olacaq məşhurlar
Azərbaycan əczaçılıq sahəsində Macarıstana müştərək müəssisə yaratmağı təklif edir
- ŞƏRHLƏR