Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-1

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-1

Yusif Nuruzadə havada olan xoş ətirdən zövq alaraq küçədə yeriyirdi. Bu ətir həfif küləklə birlikdə ona vətəni xatırladırdı. London, şübhəsiz, gözəl şəhərdi, ancaq onun doğulub böyüdüyü yeri əvəz edə bilmirdi. Hər gün gecə gəzintilərinə çıxmaq və köhnə zamanlar haqqında düşünmək ona xoş gəlirdi.

Həmişəki kimi təmamilə qara rəngə bürünmüşdü: qara köynək, qara dəri gödəkcə, qara şalvar, qara ayaqqabı və hətta qara tapança. Saçları və saqqalı belə qara rəngdə idi. Yeğanə ağ rəngdə olan onun dərisinin rəngi idi. Ortaboylu və orta bədən ölçülü olsa da, yanından ötənlər tapançasını görməsələr belə bu qapqara görünüşündən qorxurdular. Lakin onu tanıyanlar, hər zaman mövqeyi ilə razılaşmasalar da, iti ağlı, fərqli düşüncəsi və müşahidə qabiliyyəti ilə başqalarından fərqləndiyi üçün onu sevir və hörmət edirdilər. O eyni zamanda aşırı inadkar və qəribə davranışları ilə məşhur idi. İyirmi doqquz yaşı olmasına baxmayaraq, həyatda çox şey görə bilmişdi.

Yusif evinə yaxınlaşmağa az qalmış, qonşusu Henri Flinnin evinin yanından keçərkən, birdən kimsə qəflətən həmin evdən özünü çölə atdı və arxasına baxmadan qaçdı. Yusif cəld tapançasını çıxardı, ancaq ondan istifadə etmək laızm olmadı. Naməlum şəxs kimsəyə zərər vermədən gözdən itdi. Yusif gördü ki, evin qapısı açıq qalıb. O, qapıya astaca yaxınlaşdı və onun arxasında heç kimin olmadığından əmin olduqda hələ də əlində tapança tutaraq yenə astaca və sakitcə içəri daxil olanda.

Bütün otaq alt-üst olmuşdu. Döşəmədə bir şəkil, yanında bir neçə paket pul, bir neçə sənəd və yaqutlarla bəzədilmiş qızıl boyunbağı vardı. Yuxarıda divarda açıq bir seyf var idi. O təmamən boş idi, görünüşə görə şəklin yanında olanlar seyfdə idi, şəkil özü isə seyfi gizlədirdi. Pəncərə altında televizorun uzaqdan idarəedicisi və içində çəhrayı səhləb çiçəkləri olan qırılmış saxsı qab vardı. Balkon yaxınlığında televizor, qarşı tərəfdə isə divan, daha doğrusu ondan qalanlar idi. Divanın yastıqları yırtılmış və hər tərəf tük içində idi. Otaqda daha heç nə yox idi. Divarlar tünd idi və yanmış lampaya görə yaranan zəif işıqlandırma bütün baş verənlərə sirli bir rəng qatırdı.

Yusif cəld Mister Flinnə sarı sıçradı. Nəbzi vurmurdu. Vaxt itirmədən təcili yardıma zəng etdi və sonra onu yoxlamağa başladı. Heç bir güllə və bıçaq yarası yox idi, boynunun arxasında isə zərbə yarası vardı. Təcili yardım gələnə qədər Yusif onu özünə gətirməyə çalışdı. Bir-iki masaj sonrası o bir neçə saniyəlik ayıldı. Mister Flinn gözlərini açdıqda başının üstündə tanış üz görüb sevindi. Ona danışmaq çətin idi, zaman da az idi, özündə güc taparaq zəif səslə dedi:

– Onu qoymayın...

– Onu qoymayın? Kimi? Bu nə deməkdir? – Yusif soruşdu.

– ... bunu etsin, – Mister Flinn dedi və bir neçə saniyə sonra gözlərini yumdu. 

– Yox, yox, gözlərinizi yummayın. O kimdir? "Onu qoymayın, bunu etsin", nə deməkdir? Xahiş edirəm, gözlərinizi açın, – Yusif dedi və barmağını boynuna qoydu, nəbzi vurmurdu. Onu yenidən şüurlandırmağa cəhd etdi, lakin alınmadı. Bir neçə dəqiqə sonra təcili yardım maşını gəldi, polis maşını da həmçinin.

Cinayət yerinə detektiv Stiven Deverin heyəti gəldi. Bu gün o, tərəfdaşsız idi. O, orta boylu və canlı idi. Otuz yeddi yaşı olmasına baxmayaraq bəzi yerlərdə saçları ağarmışdı. Əynində ağ köynək və qara pencək vardı. Onun xeyli bağlanmamış işləri olsa da, o özündən çox razı idi.

– Cənab, mən detektiv Devərəm. Sizə bir neçə sual verməliyəm. Təcili yardımı siz çağırmışdız?

– Bəli, mən çağırmışdım.

– Bunu kimin etdiyini gördünüzmü?

– Xeyr. Ancaq mən bir nəfərin evdən çölə qaçdığını gördüm. Arxası mənə tərəf olduğu üçün üzünü görə bilmədim.

– Cənab Nuruzadə, deyin görüm sizdə tapança hardandır?

– Nə? Bunun nə dəxli var? Ümumiyyətlə tapançanın nə dəxli? Siz qurbanda bir dənə də olsun güllə yarası görürsünüzmü?

– Bu iş üçün dəxli olmaya bilər, yenə də sizdə silah var və...

– Eləcə də ona və onun daşınmasına lisenziya da var, – Yusif Deveri qabaqlayaraq dedi.

– Yaxşı, – Dever narazı halda dedi, – siz bu iş haqqında nə deyə bilərsiniz?

– Danışdıqlarımdan başqa? – Yusif qəribə yumorlu üz ifadəsi ilə soruşdu.

– Bəli, – səbrsiz və qəzəbli halda Dever cavab verdi.

– Təcili yardım gələnə qədər onun nəbzini bir neçə saniyəlik geri gətirə bilmişdim və bu qısa zaman içərisində o mənə bir şey deyə bildi, – Yusif cavab verdi.

– Nə dedi? – Dever səbrsizcə soruşdu.

– Dedi ki, "Onu qoymayın bunu etsin", – Yusif razı üz ifadəsi ilə cavab verdi.

– Bu nə deməkdir ki? – Denver təəccüblə soruşdu. 

– Təsəvvür belə etmirəm, – yenə razı üz ifadəsi ilə Yusif cavab verdi.

– Qurban barədə nəsə danışa bilərsiniz?

– O astrofizika üzrə alim idi, – Yusif cavab verdi. – Bu sahədə onun bilikləri qüsursuz idi, həmçinin digər sahələrdə. Mən ona ikinci Eynşteyn deyirəm.

– Üzr istəyirəm, siz nə edirsiniz? – Dever təəccüblə soruşdu.

– Görmürsüz? Evə baxıram, – Yusif sakitcə cavab verdi. 

– Nə üçün? – Dever təəccüblə soruşdu. 

– Adətən kriminalistlər kiçik detallara diqqət etmirlər, ancaq mən yox. Mən hər zaman onlara fikir verirəm və ilk baxışda əhəmiyyətsiz görünən həmin detallar sonralar əsas açar rolunu oynayır. Amma, görünür, bu həmin hallardan deyil. Burda istintaqa kömək ola biləcək faydalı heç bir şey yoxdur.

Bu zaman onlara məhkəmə tibb eksperti yaxınlaşdı və bildirdi:

– O başından aldığı zərbədən ölüb, bu hadisəyə qədər qurbanla cinayətkar arasında mübarizə gedib.

– Aydındır, bəs... – Dever nəsə demək istəyirdi, lakin Yusif yenə onun sözünü kəsdi:

– Demək olar, hamısı doğrudur. Amma qurban başına aldığı zərbədən ölməyib. Əksinə, başı şkafa dəyərək ölüb.

– Bunu hardan çıxardınız? – Dever təəccüblə soruşdu.

– Servantın uc hissəsinə baxın, – Yusif dedi, – qan görürsüz? Onun başı tam bura dəyib. Cinayətkar servantı götürüb qurbanın başına vura bilməzdi. Çox güman ki, mübarizə zamanı onun başı dəyib.

– Deyəsən siz haqlısız, – Dever istəmədən boynuna aldı, – belə çıxır, öldürmək cinayətkarın planlarına daxil deyildi, o sadəcə evi soymaq istəyirdi, bu zaman ev sahibi ona mane olmağa çalışdı və bütün bunlar faciəvi bitdi.

– Bəli, yenə də demək olar ki..., – Yusif bildirdi.

– Üzr istəyirəm? – Dever etiraz etdi.

– Bu soyğun deyil, – Yusif razı üz ifadəsi ilə cavab verdi.

– Bunu hardan çıxartdız? – Dever əsəbi halda soruşdu.

– Siz doğrudan da detektivsiniz? – istehzalı gülüşlə Yusif soruşdu. – Məgər görmürsünüz ki, bütün pullar və qiymətli əşyalar döşəmədədir?

– Bax burda siz bütün şəkli görə bilməmisiniz, – Dever özünəinamlı şəkildə Yusifin elə də həssas olmadığını düşünərək qeyd etdi, – o, özü ilə apara biləcəyi qədər aparıb.

– Yaxşı görək, – Yusif gülümsədi.

– Nədir ki? – təəccüblə Dever soruşdu.

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-1

– Birincisi, seyfin ölçüsünü nəzərə alaraq deyə bilərik ki, ona döşəmədəkilərdən çoxu sığmaz. İkincisi, əgər bu soyğun olsaydı, soyğunçuya təkcə daş-qaşları götürüb getmək kifayət edərdi. Siz hələ bu gözəlliyə baxın. Hansı soyğunçu bunun qarşısında dayana bilərdi? O təmiz ağ qızıldandır, üzəri də yaqutlarla doludur, qiyməti hardasa on milyon olar, bu isə nağd pulla heç cür seyfə sığmaz. Bəlkə də qiyməti daha çoxdur. Siz deyirsiz ki, soyğunçu on miyonu burda buraxıb qalan apara biləcəyini götürüb gedib? O uzaqbaşı bir və ya iki milyon apara bilərdi, hansının ki bu seyfə sığması mümkünsüzdür. Bundan başqa, o qaçanda əlləri boş idi.

– O haqlıdır, – Dever düşündü. Dever elə düşünürdü ki, bu vəziyyətdən necə çıxsın, polis zabitlərindən biri otağa daxil oldu və necə deyərlər, onu "xilas etdi":

– Detektiv Dever, burda daha bir şahid var, o sizi küçədə gözləyir.

– Yaxşı, gəlirəm, – Dever cavab verdi, – qoy hələlik burda kriminalistlər işləsinlər, bəlkə faydalı dəlillər tapa bilərlər.

Dever şahiddən müsahibə almaq üçün küçəyə çıxdı, Yusif isə sakitcə onun ardınca getdi.

– Mən evin yaxınlığından keçirdim, – şahid danışmağa başladı, – ancaq evin digər tərəfindən keçirdim və birdən səslər eşitdim. Mən təəccübləndim, çünki cənab Flinn tək yaşadığı üçün onun evindən heç vaxt heç bir səs gəlmirdi.

– Missiz Sallivan, siz onların nə danışdıqlarını eşitmədiniz? – Dever soruşdu.

– Onlar danışmırdılar, bağırırdılar, – israrla şahid dedi, – amma nə haqqında bilmirəm, mənə bu yaşda eşitmək çətindir. Mən cəmi bir-iki söz eşidə bildim, o qədər.

– Bir-iki söz? – sevincək Dever soruşdu, - və nə eşitdiniz?

– Kiminsə cənab Flinndən "bəyaz səhləb çiçəyi haradadır?" deyə soruşduğunu eşitdim. Mən hətta təəccübləndim. Əgər ona səhləb çiçəyi lazım idisə, niyə sadəcə çiçək mağazasına getmirdi?

– Doğurdan da, – niyə sadəcə çiçək mağazasına getmədi?

– Siz hələ də burdasınız, cənab Nuruzadə? – əsəbi halda Dever soruşdu.

– Mən sizə demişdim axı bu soyğun deyil, – gözləri parlayan Yusif cavabladı.

Dever çaşqınlıq içində ona baxdı.

– Cinayətkarın başqa səbəbi vardır – ona "bəyaz səhləb çiçəyi" lazım idi! – təntənəli şəkildə Yusif dedi, – amma nə üçün, bilmirəm.

– Bəlkə bizə mane olmayasınız, Mister Nuruzadə, – Dever yenə əsəbi dedi.

– Mən burda sizə kömək edirəm, və bu sizin təşəkkürünüzdür? – narazı və eyni zamanda istehza ilə Yusif bildirdi.

– Təşəkkür, ancaq biz sizsiz də öhdəsindən gələrik, – Dever cavabladı.

– Yaxşı, necə istəyirsiniz, – Yusif özündən əminliklə dedi və dönüb uzaqlaşdı.

– Nəhayət ki, indi işləmək olar, – Dever fikirləşdi. Beləliklə, "Onu qoymayın bunu etsin" və "Bəyaz səhləb çiçəyi", bunlar bir-biri ilə necə bağlıdırlar, – o düşündü. Bu iş nisbətən qarışıq idi, ona bu cür sirli qəribə cinayətlərin üstünü açmaq nəsib olmamışdı, onun onsuz da onun bağlanmamış işləri çox idi və birdən belə bir iş.

Yenə də Dever qərara gəldi ki, Yusifdən kömək alsın və könülsüz olaraq Yusifi çağırdı:

– Cənab Nuruzadə, yaxşı, biz sizdən kömək qəbul etməyə razıyıq.

– Əla, – Yusif sevindi və ona yaxınlaşdı. Mən onsuz da istintaqı davam etdirəcəkdim, ancaq indi polislərin götürdüyü dəlilləri ələ keçirmək üçün cəhd etməyə gərək qalmayacaq.

– Deyin görək, "onu qoymayın bunu etsin" və "bəyaz səhləb çiçəyi" nə deməkdir?

– Düzünü desəm, təsəvvür belə etmirəm, – Yusif cavab verdi, amma bunu aydınlaşdırmaq üçün sizin əlinizdə olan bütün dəlilləri görməliyəm. Bizim hazırda bir dəlilimiz var: cinayətkar və qurban tanış idilər.

– Hardan bildiniz? – Dever təəccübləndi.

– Evə təcavüz əlamətləri yoxdur, – əminlik və təbbəssümlə Yusif cavabladı.

Ardı var... 

Müəllif: Kənan Rəcəbli (2016)

Rus dilindən tərcümə: Ceylan Mumoğlu

 Orijinalı Yüklə: "Белая орхидея" 

Səslərin sayı: 5
9
2014
loading...
Şərhlər
Offline
Kənan Rəcəbli
Şəri Babayeva
elə isə orijinaldan oxumaq üçün heç bir maneə yoxdur :) buyurun
12 sentyabr 2016 23:38
Offline
Şəri Babayeva
Kənan Rəcəbli,
Bəli rus dilini bilirəm. Təşəkkür edirəm.
12 sentyabr 2016 21:39
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Kənan Rəcəbli
Şəri Babayeva oxuyub bəyəndiyiniz üçün təşəkkür :) rus dilini bilirsizsə gözlməyə ehtiyac yoxdu, lap axırda rus dilində olan varianta istinad edilib, orda bütövdür
7 sentyabr 2016 19:46
Offline
Şəri Babayeva
Mən əksinə Yusif obrazını bəyəndim. Ardını gözləyəcəm. Təşəkkürlər.
6 sentyabr 2016 21:02
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Kənan Rəcəbli
Aviana Sophie
çünki ikinci prototipdə də müəyyən qədər belə bir xarakter var, ikisini də bir nəfərdə cəmliyəndə belə bir şey alındı :) opravdanie kimi hesab etmiyin, sadəcə doğurdan da tak bılo zadumano :)
29 avqust 2016 12:34
Offline
Aviana Sophie
Kənan Rəcəbli,
Şerlok Holmsu tanıyıram, Yusifi isə şişirtmisiz, Şerloku ötüb keçib o tərəfə pardon
29 avqust 2016 12:26
Offline
Kənan Rəcəbli
Aviana Sophie, təşəkkür edirəm :)

Yusif xarakterini bəyənmədim, özündən çox razıdır. - belə də olmalı idi, çünki bu personajın iki prototipi var, onlardan da biri Şerlok Holmsdu, bilmirəm əsəri oxumusuz ya yox, ama Dr. Vatson onun özündən razı olmasından şikayət edir əsər boyu :)
29 avqust 2016 12:15
Offline
Aviana Sophie
Yusif xarakterini bəyənmədim, özündən çox razıdır.
Hekayə maraqlıdır, müəllifə uğurlar. hi
29 avqust 2016 12:10
Offline
Ceylan Mumoğlu
Hekayəni tərcümə etdikcə özüm də həyəcanla davamını oxumaq üçün tələsirdim. Gənc qələm Kənan bəyin ilk hekayəsi olsa da, uğurlu alınıb mənə görə. Yaradıcılıq uğurları arzu edirəm və yeni-yeni nailiyyətlər gözləyirik.
İlk hekayəniz mübarək!
29 avqust 2016 12:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış