Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Sən mənim ömrümə sığışmadın ki...

Sən mənim ömrümə sığışmadın ki...

Sən mənim ömrümə sığışmadın ki, bir oturaq söhbət edək....

...Səhər ildırımın çaxmasına oyandım. Bir tərəfdə ayaqqabımın bir tayı, bir tərəfdə gödəkçəm, corabımın biri ayağımda, biri çarpayımın altında. Yarıya kimi şəxsiyyət, yarıya kimi sərxoş... Ayağa qalxmaq istədim, elə əlimi stula uzatmışdım ki, üzü üstə dəydim yerə. Qalxmağa bir daha cəhd elədim. Qalxdım. Başımı dik tuta bildiyim an ilk gördüyüm, divardakı sənin çox sevdiyim gülümsəyən şəklin oldu. Allah bəlamı verməsin, bu halıma gülməmək də olmazdı, səni də qınamıram. Heyf çox yüksəklikdəydin, yoxsa səni bağrıma basıb öpəcəkdim. Əlim çatmadı sənə... Adətim üzrə eyvana çıxdım. Qapı da üzümə sərt açıldı. Sanki mənimlə savaşırmış kimi, bir az süpürləşdik. Çox incitdim deyəsən onu, həmişə nəfəsimin istisiylə sildiyim şüşəsini, qırdım. Bilsəydim, bayırda bu qədər boran, tufan var, heç səni incitməzdim. Mən nə bilim?! Elə bildim tərsdiyinə salmısan. Bağışla məni, deyərdim, amma artıq gecdir sən sınmısan...

Sən mənim ömrümə sığışmadın ki...

Üzümü tutub səmaya qoşuldum, onun göz yaşına. O nəyə ağlayırdı, bilmirəm, mən sənin gülüşünü evdə asılı qoyub, ağlayan gəlişinə ağlayırdım... Göy üzünə baxıb, toplanmış buludlarda səndən nəsə bir əlamət axtarmaq adətim idi həmişə. Bir gün anladım ki, yüksəkliklər gedənlər üçün deyil... Bir siqaret də yandırıb çəkdim. Tüstüsünü səmaya uçurtsam da, o yerə hopmağa məcbur idi. Saf olmayan heç bir şey səmaya qalxmır... Evə keçdim, lənətə gəlmiş divarımın digər küncündə, "mənim divarımda yüksəklikdən asılan qadın, mənim ürəyimdə ondan da yüksəklikdədir" tablosu dəydi gözümə. Gic gülmək tutdu məni. İlahi, mən nə zaman ayıldım ki, bunu yazdım?! Bəlkə, bəlkə heç ayıq deyildim nə bilim. Ayıqlıq səni xatırlamaq qədər əzab verici olmalı... Başımı götürüb çıxdım küçəyə. Hə başımı. Onu evdə qoyanda sən darıxırsan. Gic-gic etiraflar edir sənə... Mən də gəlib görürəm ki, dalaşmısınız, bütün şəkilləri yerlə bir edib ağlaşırsınız, heç üzün də gülmür şəkillərdə. Divardan da elə nifrətlə baxırsan ki, heç üzünü görmək istəmir adam. Sənə soyuq olacaq bilirəm, qapını qırmışam. Təki o soyuqluq fəsillə gəlsin. Bax bir az dözəcəksən, açılacaq günəşli sabahlar. Bir az toz hopacaq, bir az qırışlar gülüşünə. Nə tozunu silən olacaq, nə gülüşünı gülən. Əsas odur ki, əsas qapını bağlayıram, ömür boyu səni oğurlayan olmayacaq. Açarı da dənizə atıram. Cibimdədir biləsən. Ola bilər, evdə darıxıb məzarıma gələsən... Darıxanda gəl barı, orda sən mənim ömrümə sığışmadın ki, bir oturaq söhbət edək..

 

Turkon Xalil

Səslərin sayı: 3
3
1497
loading...
Şərhlər
Offline
Tər Naz Elm Nur
Maraqlı yazıdır təşəkkür edirik davamı olsun
23 aprel 2017 15:07
Offline
Iceberg
birinci sekil cox maraqlidir
25 iyul 2016 12:59
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Maraqlı və təsirli yazıdır, davamını gözləyirik.
24 iyul 2016 16:18
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış