Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Milli.Az bildirir ki, TQDK-dan Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub.
İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlan (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızdır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.
Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Milli.Az
XƏBƏR LENTİ
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Xaricdə oxuyan tələbələrə şad xəbər
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Şok qiymət artımı siqnalı
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
Engin Altan Düzyatan yeni serialla efirlərə qayıdır
Havalar isti keçəcək!
15 yaşlı girov geri qaytarılıb
Makiyaj etmədən də gözəl görünə bilərsiniz
Neçə müəllim çöldə qalacaq?
Instagram öz messencerini sınaqdan keçirməyə başlayır
Saat nağılı
Bakıda dəniz üzərindən yeni körpü
Cəbhədə növbəti təxribat
Qızardılmış kartof ruleti(foto resept)
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
Qeyri-sağlam vərdişlər
Kosmetikamızı özümüz hazırlayaq
"Gəlin barmağı" tortu (foto resept)
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Bu ərazilərdə QAZ olmayacaq!
Çin dünya ticarətinin liderinə çevrildi
43 dinozavr yumurtası tapıldı
Facebook daha bir yeniliyi sınayır
BERMUD ÜÇBUCAĞI
İspanaqlı börək (foto-resept)
Qıvrım saçlı xanımların diqqətinə
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Kombayn sürən azərbaycanlı qadın-FOTO
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Fahriye Evcen yeni şəkillər paylaşdı
"Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir
Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət - VİDEOREPORTAJ
İstanbul su altında
Şəhid polkovnik Şükür Həmidovun atası: “Dəfələrlə bildiriblər ki, heç kimin yerini deməyin” - VİDEO
Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi
Millimiz sonuncu oyunda da uduzdu
Əvəzedilməz qadın olmağın sirləri
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 5-də Kiyevdə görüşəcəklər
Bakıya qar yağacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Xocalı faciəsinin 9 yaşlı şahidi: “Xocalı mənim uşaqlıq nisgilimdir” - VİDEO
Güləşçimiz Macarıstanda medal qazandı
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Meqan Markl haqqında yeni FAKTLAR üzə çıxdı
Hündürdaban ayaqqabılar
İlin vacib tədbiri başlayır - ilk qonaqlar gəldi