Şəkildəki şəxsin adı Fillip Petitdir. Fillip 14 avqust 1949-cu ildə Fransada anadan olmuşdu. 11 yaşında ikən Fillip qəsəbələrində baş tutan sirk şousunu izləməyə getmişdi. 11 yaşlı uşaq möhtəşəm sirk şousundan çox təsirlənmişdi. Bu şou Fillipin o qədər xoşuna gəlmişdi ki, o sirk ustalarını ozünə nümunə olaraq qəbul etmiş və daima öz xəyyalarını gerçəkləşdirmək üçün planlar qurmuşdu. Tez-tez sirkə gedən Fillip, evlərinin həyətindəki iki ağaca ip bağlamış və onun üzərində yeriməyi öyrənmişdi. Təbii ki, ip üzərində yerimək onun xeyli vaxtını almışdı. Fillip artıq yeniyetmə idi və iki ağaca bağlanmış ipi bir az daha yüksəyə qaldırmışdı. Onun atası oğlunun bu hərəkətlərindən narahat idi. Fillipin atası onu danlayır və özünə düzgün bir iş tapmağı, normal bir sənətin xəyalını qurmağı məsləhət görürdü. Amma Fillip arzularından heç vaxt əl çəkmədi. O, ipi daha yüksək yerlərə bağlayaraq onun üzərində yeriməyin xəyalını qururdu. Fillip tez-tez şəhərin mərkəzində şoular göstərir və bunu qanunsuz etdiyi üçün polis tərəfindən tez-tez saxlanılırdı.
Fillip azadlığa buraxıldıqdan sonra daha yüksəklərə çıxmağı qarşısına məqsəd qoyurdu. Nəhayət o, 1971-ci ildə Parisdə yerləşən Məryəm Ana kilsəsinin iki qülləsi arasına öz ipini bağlamağı bacardı. Bu işdə ona bir dostu kömək etdi. Gecə ikən kilsənin iki qülləsinə dırmaşan dostlar ipi hazır etdilər. Səhərin ilk saatlarında isə Fillip öz şousuna başladı və ipini üzərinə çıxdı. Səhər saatlarında həm turistlər həm də Paris sakinləri bu hadisəni həyəcanla izlədilər. Təbii ki, Fillip ipdən düşdükdən sonra yenə həbs olundu. Azadlığa buraxılan Fillip növbəti xəyalını qurdu. Onun əlinə New-Yorkda tikintisi davam edən məşhur "Əkiz Qüllələr"in fotosu düşdü. O, həmin qüllələrin ən yüksək nöqtələrinə ip bağlayaraq onun üzərində gəzməyi qarşısında məqsəd qoydu. Fillip Petit, 1974-dü ildə ona dəstək olan dostları ilə birlikdə New-Yorka getdi. Fillip burada daha bir neçə nəfərlə tanış oldu və məqsədini onlara izah etdi.
Həmin şəxslərin etibarını qazandıqdan sonra dostlar bu qanunsuz əmələ ortaq oldular. Dostlar, bir müddət tikintisi hələ də davam edən bu nəhəng tikili haqqında məlumatlar öyrəndilər və xeyli şəkil çəkdilər. Lazım olan ləvazimatları gizli olaraq 110-cu mərtəbəyə necə qaldıracaqlarını düşündülər. Uzun çəkən hazırlıqdan sonra 1974-cü ilin avqustun 5 də, axşam saatlarında dostlar 2 qrupa bölündü və ləvazimatları binaların damına yığa bildilər. Gecə boyu bütün hazırlıqlar görüldü. Səhər saatlarında Fillip Petit bütün hazırlıqlarını gördü və ipin üzərində yeriməyə başladı. Bu həyəcanlı anları minlərlə insan aşağıdan izləyirdi. Bir neçə dəqiqə sonra artıq polislər də gəlmişdi. Polislər hər iki binanın damında idi.
Fillip Petit, 45 dəqiqə ərzində 411 metr yüksəklikdə, heç bir təhlükəsizlik tədbiri almadan 8 dəfə bir qüllədən o birinə gedib gəldi. Şounu izləyən polislər də şoka düşmüşdülər. Fillip göstərdiyi şounun sonunda həbs olundu. Məhkəmənin qərarı isə qəribə oldu. Belə ki, hakim Fillipin Mərkəzi Parkda insanlar üçün pulsuz şou göstərməsi ilə bağlı qərar verdi.
"Əkiz Qüllə"nin səlahiyyətli şəxsləri isə Fillipə icazə kartı verdilər. Fillip həmin kartla sonsuza qədər, istədiyi vaxt binaların damına çıxa bilərdi.
Fillip Petit qurduğu xəyalı geçəkləşdirdi. Verdiyi açıqlamaların birində isə o bunları dedi: “Ölüm də həyata daxildir. Həyatımda nələrin olacağı, hara gedəcəyim, nələr hiss etdiyimlə bağlı heç bir fikrim yoxdur. Həyat çox qısadır. Düşündüyümüzdən daha qısadır. Ola bildiyi qədər həyəcanla yaşamalıyıq bu həyatı.”
Qeyd edək ki, məşhur “Əkiz Qüllələr” 11 sentyabr 2001-ci ildə terrorçular tərəfindən partladılıb.
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR