Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Qarağatlı tort (foto resept)

Tərkibi:

Un - 350 - 400 q.

Şəkər tozu - 200 q.

"Best Cow" kərə yağı - 200 q.

Yumurta - 4 ədəd

Qabartma tozu - 2 ç. q.

Kakao - 6 x. q.

Vanilin - 2 ç. q.

Qarağat - 400 q.

Krem üçün:
 Şəkər tozu - 250  q.
 Qaymaq - 500 q. 30 - 35 %
Hazırlanması: 

İlk öncə  şəkər tozu ilə vanil və yumşaq yağı mikserlə yaxşı qarışdırırıq.

Sonra yumurta əlavə edilir və yenə çalınır. 

Kakao əlavə edirik.

İndi isə ələnmiş un və qabartma tozu əlavə edib, yavaş-yavaş qarışdırın.

Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.

180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, soyumağa qoyuruq.

Soyumuş biskviti 3 - 4 yerə bölün. 

İndı isə keçirik kremin hazırlanmasına:

Qaymağı mikserlə yaxşıca çalıb, üzərinə şəkər tozu əlavə edin. 

İndi soyudulmuş biskivitin birinci qatı kremlənir.

Sonra kremin üzərinə meyvə düzün. 

 Sonra meyvənin üzərinə yenə krem çəkin.

Kremin üzərinə ikinçi biskivit qoyulur.

Eyni qayda ilə biskvitin 2 -ci və 3 -cü hissələrini də kremləyin. 

 

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Sonda tortun üzərinə meyvə düzürük.

Və hazir tortu bir neçə süaatlıq soyuducuya qoyuruq. 

 

Dadlı tortumuz hazırdır.

Nuş olsun!
  (Tərcümə edilib)
Səslərin sayı: 3
1
2047
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Çooox dadlı görünür. Hər dəfə bir möhtəşəm reseptlə bizi valeh edirsiz give_ros
30 iyul 2016 12:41
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış