Bakıda nəqliyyat sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi vətəndaşların işə gəlmə və çıxma vaxtlarının fərqli edilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərib.
Nəqliyyat Agentliyi təklif edir ki, iş vaxtları saat 08:00-dan 17:00-a və saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Yəni hamının eyni vaxtda - saat 18:00-da işdən çıxması ilə bağlı müəyyən dəyişiklik edilərsə, yaranan tıxacların qarşısını da müəyyən qədər almaq olar.
Day.Az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə deyib ki, Birinci Avropa Oyunları vaxtı bir müddət bu cür növbəli iş sistemi tətbiq olundu, ancaq Bakı Nəqliyyat Agentliyi bunun daimi tətbiq olunmasını təklif edir.
Milli Məclisin deputatı Musa Quliyev də bu təklifi zəruri hesab edir.
M.Quliyev Trend-ə bildirib ki, bu məsələ hələ iki il bundan öncə də Milli Məclisdə qaldırılmışdı: "Bakıda tıxacların aradan qaldırılmasının bir yolu da iş vaxtlarının, o cümlədən dərslərin müxtəlif saatlara təyin edilməsidir. Vacib deyil ki, hər yerdə iş saat 09:00-da başlasın, bütün məktəblərdə dərslər saat 08:00-da, yaxud 08:30-da başlasın və eyni vaxtda da qurtarsın. Elə yerlər var ki, iş saat 07:00-da, elə yer var 09:00-da, 10:00-da başlaya bilər. Dünya ölkələrində də bu cür təcrübədən geniş istifadə olunur".
O əlavə edib ki, bu cür təcrübənin tətbiq edilməsi nəqliyyat tıxaclarını azaltmaqla yanaşı, şəhərdə insan sıxlığının da azalmasına səbəb olar.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bu təklifin səmərəli ola biləcəyini düşünür.
Ə.Hüseynov Trend-ə bildirib ki, bu cür təcrübə dünyanın bir çox yerində, Bakı kimi böyük şəhərlərdə tətbiq edilir: "Aydın məsələdir ki, tək bununla tıxac problemini tam aradan qaldırmaq olmaz, çünki tıxacı yaradan səbəblər çoxdur. Ancaq iş saatlarını müəyyən qədər fərqli etmək mümkün olarsa, hamı birdən kütləvi şəkildə yola çıxmayacaq və pik saatlarda yollarda gərginlik xeyli azalacaq".
Ekspert hesab edir ki, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı və bu istiqamətdə ciddi təbliğat aparılmalıdır: "Bu ideya könüllü olmalıdır. Özəl şirkətlərdə iş qrafikini inzibatçılıq yolu ilə müəyyən etmək olmaz. Ona görə də təbliğat işləri aparılmalıdır ki, özəl şirkətlər də bu təklifə müsbət yanaşsınlar".
XƏBƏR LENTİ
Azərbaycanda hava şəraiti dəyişəcək, qar yağacaq
Dəbli ayaqqabılar
Elektron siqaretlərdə virus tapıldı
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Təzminat üçün 19 milyon ödəyəcək-FOTO
Məşhur aktyor infarkt keçirdi
Dəbli geyimlər
Alimlər Venerada okean izləri tapıblar
Burak və Özgenin 150 minlik tətili-FOTO
Prezident İlham Əliyev Salyan və Biləsuvar rayonlarında səfərdədir
Yetər ki, qərar verin!
SportAlm-dan 2010 idman stilli geyimlər
Ərdoğan məşhur aşpazın qonağı oldu
Hava haqqında
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Hövsələnizin sərhədi haradadır?
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Məşhurların makiyajsız halı
Emin konsert verdi-FOTO
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
HAVA necə olacaq? 28-yanvar
"Neft Daşları" yatağında yeni quyu istismara verilib
7 addımda gözaltı torbalardan xilas olun!
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Prezidentlər görüşəcək
La Liqa: Arda Turan coşdu, "Barsa" 3 qolla rəqibi üzdü
"Dərs vaxtı"nın 22 sentyabr cədvəli AÇIQLANDI
Bakının təkrar mənzil bazarında vəziyyət necədir?
Bakıya girişi bağlayırlar
İsti havalarda dərimizi necə qorumalıyıq?
Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Afina küçələrində sənətkarlıq nümunələri
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
Kağız planşet oldu
Ən kök adam 250 kq arıqladı - FOTO
Xəyallarımızdakı evlər
Matcha çayı ilə arıqlamaq
Məşhur aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
Azərbaycanın təhsil müəssisələrində yeni akkreditasiya sistemi yaradılacaq
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Ledi Qaqa geyimi ilə diqqət çəkdi-FOTO
İşinə yaxın olsun deyə, ABŞ-ın ƏN BAHALI evini aldı-FOTO
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Polislərdən gedişhaqqı alınsın! - "Baku Bus"dan göstəriş
Balotelli: "Messi və Ronaldu da..."
Məşhur serialların yeni uğuru
Beyazıt Öztürk villasını bu qiymətə satır