Bizim işəgötürən sahibkarların savadlı kadr axtarışı zamanı onları tapmamasında əsas səbəblər kimi onu göstərə bilərəm ki, hər hansı vakant yer üzrə işçinin görməli iş, vəzifə üzrə öhdəliklər haqda biliklərin olmaması, vəzifə təlimatlarının düzgün yazılmaması və vakant yer barədə elanda tələblərin düzgün qoyulmamasıdır.
İctimaiyyətlə əlaqələr -satışla məşğul olmur, əsasən media, pr ilə məşğul
olmalıdır, maliyyəçi - debet, kredit, müxabirləşmə etmir, bunun üçün mühasib var, maliyyəçi mühasib deyildir, təlimçi satış meneceri deyildir, təlim mövzusu üzrə müştəri yığmamalıdır və s.
Işverən əslində işəgötürəndir. Sadəcə el arasında başqa mənada işlənir. Bir yandan baxanda, qınamaq olmur. İşverənlərə iş verilir, işverənlər iş verir... Sadəcə verdiyi işin məqsəd, mənbə, təyinatı və mətni başqadır...
Bəzən də elə olur ki, insanlar qanunun onlara verdiyi hüquqlardan istifadə edə bilmir, iş yerində... Adı olur demaqoq, işverən. Halbuki qanunun pozulmamasını tələb edir. Qanun əmək müqaviləsini tələb edir. Lap yaxşı... Bir çox işəgötürənlər bu müqaviləni bağlamır ki, vergi və sosial ödənişlər üzrə xərclərini azaltsın, işçilər önündə olan sosial öhdəlik və məsuliyyətdən yayınsın...
Digər tərəfdən də əmək müqaviləsini bir çox hallarda işəgötürənin xeyrinə olan maddələrlə dolu şəkildə bağlayırlar... İşəgötürülən qalır havada, səsini çıxarda bilmir... Halbuki işəgötürən sosial güzəşt, maddi və qeyri-maddi motivasiya üzrə qanunun tələb etdiyi tədbirləri görməlidir.
Əmək müqaviləsi bağlansa da, bir çox şirkətlər həmkarlar ittifaqı yaradılsa da, qanunun tələbləri sərt olsa da, bunu nəzərə alan yoxdur. İşəgötürən və onun yüksək və orta menecmenti vəzifəsindən sui-istifadə edir. Kobudcasına işə götürülən işçinin hüquqları pozulur.
Bir neçə problemi araşdıraq və təhlil edək:
1. Elan: Yerləşdirilən elanlarla bağlı problemlər çoxdur. Məsələn, elan vaxtının köhnə olması, yenilənməməsi, bəzək üçün yerləşdirilməsi, elanla müsahibə və imtahana çağırılma ehtimalının aşağı olması, əmək haqqının şişirdilərək göstərilməsi, iş stajının və yaş həddinin düzgün göstərilməməsi və vakansiya üzrə görüləcək işlərin yanlış göstərilməsi. Bu o deməkdir ki, işəgötürən işə götürmək işinə baxanları və elan yazanları səhv olaraq işə götürüb və məlum olur ki, hansı parametr və tələblərə əsasən götürmüşdür. Əslində elanın mətnindən tutmaq olur, şirkətin vəziyyətini, maliyyə durumunu... Eyni vəzifə üzrə elanlar tez-tez, qısa müddət ardıcıl olaraq təkrarlanırsa, maaş isə getdikcə ya artıb, ya da azalırsa, bu şirkətdə işləməyə dəyməz. Ya kollektiv zaydı, ya rəhbərlik. Rəhbərlik zay olan yerdə kollektivin zay olmaması ehtimalı azalır.
2. Qanunpozuntusu: Qanun pozunutuları elanda belə özünü göstərir. Məsələn, iş üçün yaş həddi, tələblər qoyulduğu zaman. İş üzrə vakansiya elanında 18 yaşdan - 25 yaşadək işçi istəyən işəgötürən, ona iş təcrübəsi kimi 2 il iş stajı tələb edirsə, hələ bu ağır əmək şəraitində həyata keçiriləcək, görüləcək işdirsə, birbaşa qanun pozuntusudur, 16 yaşlı işçiləri ağır əmək şəraitində işə götürmək qanunla qadağandır, bu yaşda işçi ilə əmək müqaviləsi bağlanması, sosial qeydiyyatdan keçirilməsi ehtimalı çox aşağıdır. Deməli, bu yaşda işçinin bütün növ əmək hüquqları və əmək təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur. İş tələbində ancaq qızlar üçün, ancaq xoş görkəmli qızlar üçün tələb də birbaşa gender siyasətinə ziddir və konstitusiyanın pozulmasına səbəb olur. İş elanlarında həftədə 1 dəfə istirahət, və ya 6 gün işləmək belə şübhə doğurur. Çox zaman əlavə iş saatlarına görə ikiqat ödəniş edilməli və əmrlə rəsmiləşdirilməlidir. İstirahət hüququ pozulmamalıdır. Bu isə birbaşa pozulur və qanunaziddir. Qanuna uyğun olaraq, “ay üzrə iş saatlarının cəmi” anlayışı və həddi var, işdən sonra işçi işə cəlb edilirsə, əlavə ödəniş edilməli və bu şərtlər əmək müqaviləsində əks etdirilməlidir.
Ardı var...
XƏBƏR LENTİ
Möcüzələrə inanırsınız?
Azərbaycana qar yağdı
"Kəpənək" qurabiyəsi (foto resept)
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?
Kişiləri heyran edən qadın xüsusiyyətləri
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Meyvə buketləri
Günün ulduz falı - 16.09.2013
Yeni nəsil şahzadələr
Boşanmanın uşaqlar üzərində təsirləri
Qeyri adi ayaqqabılar-2
"Çipsi" necə yarandı və tərkibi
Android üçün yeni servis olacaq
"Facebook"u bağlayan ölkələr
Bakıda gecə işləmək
HAVA necə olacaq?-19 İyul
Məşhur aktrisa gözlənilmədən öldü-FOTO
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
"Eurovision"da münsiflərimiz müəyyənləşdi
XXI əsrin ən uzun Ay tutulması yaşandı– CANLI
Makiyajla "Disney" qəhrəmanları oldu!
Neftimiz yenə ucuzlaşdı
"İbo Show"yenidən ekranlara qayıdır
Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər
36 il əvvəl ilk CD...
Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Raxitlik xəstəliyi
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
Yeni ildə sakitlik olacaq?
Azərbaycanda ailələr niyə dağılır?
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Monqol mətbəxindən "Buuz" (foto resept)
Bəyaz brauni "Blondi" (foto resept)
Ay bu yükün yiyəsi
Cennifer Lopez fanatını sevindirdi-FOTO
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
Yaponiyanın ən uzun müddətli Baş naziri
Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı artır
Rusiya əcnəbi məzunlara vətəndaşlıq verir
Noutbuku hara qoymaq olmaz?
Sızanaqlı dəriyə səhv qulluq
7 min dollara 3 təkərli avtomobil
Britaniyada Avropa tarixində ən iri xəzinə tapılıb
Sabah 26 dərəcə isti olacaq
"WhatsApp‍"da yeni funksiya: Təcili aktivləşdirmək lazımdır, yoxsa... - ŞƏKİLLİ İZAH
Sevən kişinin xüsusiyyətləri
Günün ulduz falı
8 apreldə Ay çəhrayı rəngdə görünəcək
- ŞƏRHLƏR