Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.
Şuranın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş hadisələri birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.
ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.
Milli.Az
XƏBƏR LENTİ
Xristian müəlliminə namaz qılmağı öyrətdi - VİDEO
Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı xarakter alıb
Azərbaycanda magistrant və doktorantlara hərbi xidmətdən möhlət verilməsi məsələsi müzakirə ediləcək
Tütünçəkmədən imtina üzrə xüsusi kabinetlər yaradıla bilər
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər - SİYAHI
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Koronavirus kişilərdə sonsuzluq yaradır?
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
Məşhur aparıcının yeni sevgilisi məlum oldu-FOTO
Hava haqqında
Zaqatalamızın sərvətləri
Körpələr musiqini necə anlayır?
''Balaca çoban''
Münasibətinizin qeyri-sağlam olduğu göstərən hallar
İvana Sert hicabda-FOTO
100 yaşını həbsxanada keçirəsi oldu - FOTO
2019-un trend aksesuarları
Noyabr ayının qalibləri!
Məmurlara iPhone-dan istifadə qadağan edildi
BÜRCLƏR bizə nə vəd edir? - 10 MART
Azərbaycan-Türkiyə sənədləri imzalanıb - YENİLƏNİB
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bananlı keks (foto-resept)
Nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri necə qorunmalıdır?
Qadınların nə istədiyi bilindi
Kişilərin ağladığı anlar
Tək ayaqlı güllə əsgər
"Kaş ki..." deyən Qadın.Netlilər
Dünyanın ən qəribə adətləri
Saakaşvili saxlanıldı
Murad Aslıya Surpriz etdi
Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur
Badamlı şirniyyat (foto-resept)
"Barselona"nın ulduzu karyerasına son qoyur
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusa yoluxan rus müğənni komaya düşdü
Azərbaycana 19 sm hündürlüyündə qar yağdı
İsmə aid biliklərin yoxlanılması
Qaşların və kirpiklərin rənglənməsi uzadılması(1)
Şuşa şəhərinin baş planının hazırlanmasına start verilib - RƏSMİ
"Birinci ledi" lərin geyim stilli
Yuxuda çevrilmə hallarının səbəbi
Sobada pendirli badımcan (foto-resept)
"Ordumuz çox itki verdi"
Birinin sizdən xoşu gəldiyini göstərən 4 işarə
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Geyim kombinasiyaları
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Milyarderlərin sayı rekord həddə çatıb
2019-cu ilin ilk TRENDİ