Bakıda hava
USD AZN
EUR AZN
08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41216

Ceylan Mumoğlu –"Aydınlanma səyahəti"

Ceylan Mumoğlu –"Aydınlanma səyahəti"

FB-da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər” qrupunun növbəti kitab layihəsi janrına görə öncəkilərdən fərqlənir. Bu haqda mətbuata eyni adlı hərəkatın həmtəsisçisi Fariz Bayramov xəbər verib:

“Bu yaxınlarda oxucu dairəsinə təqdim olunacaq bu kitabın müəllifi Azərbaycanın ilk qadın portalı Qadin.Net saytının həmtəsisçisi və baş redaktoru Ceylan Mumoğludur. Layihə Kitabsevərlər Hərəkatı ilə Qadin.Net saytının müştərək işi kimi ərsəyə gəlib.” “ “Aydınlanma səyahəti” insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub”- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib. Tezliklə kitabın təqdimat mərasimi də gerçəkləşəcək. Bu haqda ictimaiyyət məlumatlandırılacaq. Qeyd edək ki, Kitabsevərlər Hərəkatı bundan öncə də müxtəlif səpkili 11 kitab nəşr etdirib. Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.
"Aydınlanma səyahəti" kitabının tanıtım çarxı

Səslərin sayı: 4
15
2183
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Ellada Babayeva,
Çox sağ ol, əziz Ellada. Bəyənməyinə şad oldum.
Aha qaldı oxuyub təhlil etməyiniz. Onu da mən gözləyəcəm artıq. smile
23 iyul 2016 01:00
Offline
Ellada Babayeva
Bir daha təbrik edirəm sizi. Videonuda ilk baxandan bəyəndim.Qaldı kitabı oxumaq. give_ros
23 iyul 2016 00:58
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ceylan Mumoğlu
ღ ღElif Eliyeva•.♥.•°ღ,
Pərvanə,
Təşəkkürlər, dəyərli sayt üzvləri.
21 iyul 2016 14:33
Offline
Pərvanə
Xeyirli uğurlu olsun inşallah.
21 iyul 2016 14:29
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
°elif •.°
Tebrıkler xanım devamlı olsun
20 iyul 2016 21:09
Offline
Ceylan Mumoğlu
Dəniz84,
Çox sağ ol, Ayselcim, Allah razı olsun.
18 iyul 2016 15:49
Offline
Aysel İ.
Təbriklər Ceylan xanım. Uğurlarınız daim olsun.
18 iyul 2016 15:11
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Suada...ζ ø√ξ •٠·˙˙,
Təşəkkür edirəm, sizi də təqdimata dəvət edirik. Saytdakı dostlarınızla buyura bilərsiniz, 14 avqustda kitabevim.az da olacaq.
18 iyul 2016 12:55
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Ceyla xanım tebrik edirem başarılar

Ceyla xanım tebrik edirem başarılar
18 iyul 2016 12:19
Offline
Iceberg
Ceylan Mumoğlu,
gözəl seçimdir

"Gravity" filmindən eşitmişdim.

linkin atarsan filmin, zəhmət olmasa
18 iyul 2016 09:51
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Çox sağ ol, əziz Xəyalə Murad. Sənin də dəstəyini hər zaman hiss etdim yanımda, Allah razı olsun, kömək edən hər bir xeyirxah insana. kiss
18 iyul 2016 00:12
Offline
Xəyalə Murad
Ceylan Mumoğlu,
Bir daha təbrik edirəm. Kitabınızı oxuyacağım anı səbrsizliklə gözləyirəm. Çarxı da çox sevdim. Bir kitabsevər olaraq 12-ci körpəni də qucağa almaq diləyi ilə))


adamin ruhunu sakitlesdirir bu video, ela alinib

"Gravity" filmindən eşitmişdim. Amma on dəqiqə düşündükdən sonra tapdım.
17 iyul 2016 19:35
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Iceberg,
Musiqi seçimi kitabın redaktoru "Sükutun səsi" kitabının müəllifi və Kitabsevərlər qrupunun rəhbəri Səbuhi Şahmursoyundur. Mən də bəyəndim, Şəfa. smile
17 iyul 2016 17:18
Offline
Iceberg
adamin ruhunu sakitlesdirir bu video, ela alinib
17 iyul 2016 17:05
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Deməli, 12-ci kitab oldu.
Təşəkkürlər, Qadin.Net və Kitabsevərlər!
Xəbər üçün də təşəkkürlər, Xəyalə Murad. kiss
17 iyul 2016 16:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )