Azərbaycanda işsizlərin sayı açıqlanıb.
Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK) report-a verilən məlumata görə, 2016-cı il iyulun 1-nə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 4953,1 min nəfər olub, onlardan 4707,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Bu ilin iyunun 1-dək olan statistikaya əsasən, muzdla işləyənlərin sayı 1501,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,3 min nəfər, qeyri-dövlət sektorunda isə 610,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1467,3 min nəfər çalışır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,5 faizi tikintidə, 6,1 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində işləyir.
Xidmət sahəsində işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışır.
2016-cı ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,2 saat təşkil edib.
Bu ilin iyul ayının 1-dək olan statistikaya əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,5 min nəfər olub. Onların 37,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 248,1 manat olub.
Milli.Az
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda