"Azərbaycanda dövlət məktəblərində açılacaq pulsuz məktəbəhazırlıq kurslarına uşaqların qoyulması tamamilə könüllü olacaq".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, istənilən valideyn özü övladının məktəbəhazırlığa cəlb olunmasına dair qərar verə bilər. Valideyn belə bir qərar verdiyi təqdirdə o, dövlət tərəfindən təmin olunacaq.
Məktəbəqədər təhsili ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsi hesab edən M.Cabbarov bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında məktəbəqədər təhsillə hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Burada məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi ölkə üzrə 90 faizə çatdırılsın. Hazırda bu göstərici 20 faizdən aşağıdır:
Orta məktəblərdə pulsuz məktəbəhazırlıq qrupları açılacaq
"Təhsil Nazirliyi iki il bundan əvvəl pullu məktəbəhazırlıq kurslarını yaratmağa başlayıb. Həmin kurslar ona görə pullu olub ki, dövlət büdcəsində məktəbəhazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsait nəzərdə tutulmamışdı. Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub. Minlərlə uşaq bu kurslara cəlb olunub".
Bunun həmin uşaqların gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərəcəyini deyən nazirin sözlərinə görə, bunu nəzərə alaraq, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi Nazirlər Kabineti qarşısında belə praktikanı bütün ölkə üzrə tədbiq etmək, gələcəkdə ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaş üçün belə imkanın yaradılması barədə vəsatət qaldırıb: "Məmnun olduq ki, hökumət bu təklifə müsbət baxdı, baş nazir bununla bağlı müvafiq qərar imzaladı. Biz bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq. O məktəblərdəki maddi-texniki baza buna imkan verir, orada məktəbəqədər hazırlıq kursları təşkil ediləcək".
M.Cabbarov qeyd edib ki, bu addım nəticəsində məktəbəqədər təhsillə əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə artacaq və buna maraq yüksək olacaq.
Milli.Az
XƏBƏR LENTİ
Bu şəlalədən tez qaçmaq gərəkdir
Gölköy kəndində koronavirusdan belə qorunurlar-FOTO
Gündəlik geyim kombinasiyaları (2)
Bermud üçbucağının sirri açıldı
Moskva küçələrində “Tesla Cybertruck” peyda oldu – VİDEO
Hündürlüyü iki metr olan düyü növü təqdim edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Müəllimlərə veriləcək testlər
Gələn il təqaüdlər arta bilər
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Siqareti tərgitməyə mane olan əsas səbəb tapıldı
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Dekabr ayında Moskva
Həddindən artıq tərləmənin həlli
Xoşbəxt münasibətləri öyrədən 10 şey (1)
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyanın ən qorxulu yerləri
Fahriye Evcen xəstəxanadan çıxdı
Piknikə gedərkən açıq rəngli geyinin
Təhlükə hər gün böyüyür
Mən şəkil çəkirəm dərs- 4
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Dünyanın ilk trilyoneri o ola bilər
Bryus Liyə niyə lənət oxudular?
Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Xəzərin suyu niyə çəkilir?
Məşhur müğənninin səsi batdı
Cəlilabadda möhtəşəm Alov festivalı
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Popkorn üzərində rəsmlər
Problem sənsən!
Sevimli uşaq şerləri
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
HAVA necə olacaq?- 5 APREL
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular
Kraliçanın yeni biznesi uğurlu oldu
Səhər yeməyi üçün tavada bibərli pomidor (foto-resept)
3D makiyaj sənətkarı Luca Luce
DÇ-2014-ün simvolik yığması seçildi
Meqan və Harri Madonnanın evini kirayələyəcəklər?
Ailə üçün ünsiyyətdə səhvlər
HAVA necə olacaq?
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Emre Altuğ Çağlanın sualına bu cür cavab yazdı-FOTO