Bakıda hava 19°
USD AZN
EUR AZN

İyun ayı üçün bayramlar və tarixi günlər

Beynəlxalq bayramlar və tarixi günlər

 


 

 

1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir.İyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü  elan etmək də bu zərurətdən doğmuşdur.Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır.Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu il ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur.Uşaqların Benəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur.BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdir.

BMT-nin “Uşaq hüquqlar haqqında Konvensiya” adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir.Respublikamız bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib.Bu sahədə əsas milli sənəd olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.Hər il iyunun 1-i ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd olunur.

5 İyun-Ətraf Mühitin Mühafizəsi Günü

Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur.Bunu nəzərə alan BMT Baş Məclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitn Mühafizəsi Günü elan etmişdir.Bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və yaxşılaşdırmaq sahəsində təxirə salınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir.Həmin günün seçilməsi onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi haqqında Proqram qəbul edilmişdi.

Ətraf mühitn mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslar ı “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edir.

26 İyun-Narkomaniyaya və Narkobiznesə Qarşı  Beynəlxalq Mübarizə Günü

Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir.”Narkomaniya” və “Ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.

Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır.Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur.Narkotik maddə alverçiləri heroin və kakoini yuyucu toz və ya şəkər qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir.Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar.

Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir?

1960-cı illərdə “gənclik inqilabı” adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi.Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər.Bu sənətçilərin pərəstişkarları da onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.

 

Milli bayramlar və tarixi günlər

15 İyun-Qurtuluş Günü

1993-cü ilin may-iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı.Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar bir yana, hələ vətəndaş müharibəsi təhlükəsi də gözlənilirdi.Belə şəraitdə özünün zəifliyini hiss edən Respublika rəhbərliyi o zaman Naxçıvan Muxtar Respublikasının Milli Məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etrdi.1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə seçildi.Bununla da hadisələrin gedişində böyük dönüş baş verdi.

17 İyun-Səhiyyə İşçiləri Günü

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır.Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığı mühafizə ilə bağlı idi.Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu.

Prezidentin ( H.Əliyev ) 4 iyun 2001-ci il tarixli sərəncamın əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü

Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli Ordunun yaradılması oldu.1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparıb güllələndi.

Tarixi varislik  ənənəsinə uyğun olaraq Prezidentin (H.Əliyev) fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

30 İyun-Milli Sevgililər Günü

Artıq bir neçə ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd edilir. Milli Sevgililər Günü 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisələr zamanı şəhid olmuş İlham və Fərizənin şərəfinə elan edilib.Onlar 1989-cu il 30 iyunda ailə qurmuşdular.

  Milli Sevgililər Gününün ideya müəllifi “Xural” qəzetinin baş redaktoru, “30 İyun-Sevgililər Günü” İctimai Birliyinin sədri Əvəz Zeynallıdır.

Səslərin sayı: 6
55
60773
loading...
Şərhlər
Offline
oksana
twk,bilirdim,tekrarladim daaa
19 oktyabr 2011 22:21
Offline
creativka
bunlari bilirdim.tekrar biliyin anasidi smile
21 avqust 2011 13:05
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Aygun
26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü

Menim atamin ad gunudu hem de wink
1 iyul 2011 18:51
Offline
B.Ulviyye
moocik,çox sağ ol love ,
4 iyun 2011 09:56
Offline
Mexbube
Gulşen_q,
harda yazaram ?
3 iyun 2011 15:42
Offline
unknown
aaa ayin 17si bayram varmiwwww? belay
2 iyun 2011 22:34
Offline
tatlim
melumata gore tşk.amma xestelik gunleri tarixlerde umumiyyetle olmasaydi daha yaxşi olardi...
2 iyun 2011 21:50
Offline
Orkide
sevgililer gununu gordum sevindim.biz o vaxt qeyd edirik
2 iyun 2011 16:45
Offline
moocik
Sitat: Ulviyye.B
Mənim üçün 29 iyun ən gözəl bayramdı! Qızımın və qardaşım qızının yaş günüdü

HER IKISINI UREKDEN TEBRIK EDIREM)))))
2 iyun 2011 12:33
Offline
OZLEM89
MAŞAAAALLLAH.NE QEDERDI
2 iyun 2011 12:00
Offline
B.Ulviyye
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
2 iyun 2011 09:41
Offline
Luna
butun uwaqlarimizi bayram munasibetile tebrik edirem.xebere gore tewekkurler
2 iyun 2011 00:06
Offline
twk xebere gore
1 iyun 2011 22:24
Offline
moonka
BEZILERINI BILMIRDIM .SAG OLUNKI BOLUWDUNUZ MENDE NESE OYRENDIM.
1 iyun 2011 21:57
Offline
sirin89
Narmişa,
tebrikler Narmişa xanim.ugurlarinizin davamli olmasi arzusu ile. winked
1 iyun 2011 21:04
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
1 iyun 2011 20:52
Offline
Flowers
5 iyundan basqa hamisini biliridm....maraqli ve deyerli xebere gore cox sag ol, CANIM GULŞEN XANIM...
1 iyun 2011 20:37
Offline
Weyla
tewekkurler,1 daha xatirlatdiniz bizlere!!!!!!!!
1 iyun 2011 20:09
Offline
FEMIDA
Sitat: Fatma
qaqaşını təbrik edirəm həmişə belə fəxr edəsən onunla

COX SAQ OLUN ,FATMA XANIM.. winked INSALLAH BACIMIN OQLUNUNDA 17 AD GUNU OLMASINA QORE, QAQASDA QELSIN, QEDECEYIK QUBAYA.. winked
Sitat: Narmişa
Tebrik edirem qaqaşini canim menim

COX SAQ OL BIDENEM, ... love
1 iyun 2011 17:41
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Fatma xanım
Sitat: Ceyhune
BUQUN MENIM QAQASIMIN AD QUNUSUDUR, ODA MOSKVADA-RQSU-DA 3 KURS (YURIDICESKIY

qaqaşını təbrik edirəm həmişə belə fəxr edəsən onunla

HAPPY,
sənin qardaşınıda indidən təbrik edirəm
1 iyun 2011 17:28
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış