Bakıda hava 17°
USD AZN
EUR AZN
15:21aysel hesenli Hər kəsə salam 09:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41074

Nobel laureatlı qadınlar

Nobel laureatlı qadınlar

“Mən Nobel kimi insanlığın yeni kəşflərdən şərdən daha çox xeyir əldə edəcəyini düşünən insanlardan biriyəm.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı

Nobel mükafatlarının bu il  tibb sahəsində çinli Tu Yuyu və ədəbiyyat sahəsində Belarus yazıçısı Svetlana Alekseyeviçə verilməsi ilə dünyanın ən prestijli mükafatını alan qadınların sayı 49-a çatdı. 

Nobel laureatlı qadınlar

1901-ci ildə təqdim edilməyə başlanandan bu günə qədər Nobel mükafatı 49 dəfə qadınlara və 825 dəfə kişilərə verilib. Bir əsrdən çox Nobel mükafatları siyahısına baxanda bir cəhət çoxlarının nəzərindən qaçmır; bu da laureatların gender əsasında qeyri-bərabər təmsil olunmasıdır.

Nobel mükafatları laureatları arasında gender bərabərsiziliyi elmi-tədqiqat sahəsində gender problemlərinin mövcudluğunu müəyyən dərəcədə əks etdirir. Laureatlar arasında bir qadının da olmadığı 2012-ci ildə müşahidəçilər Nobel mükafatını “kişilərin eksklüziv klubu”nun rəmzi kimi dəyərləndirmişdi.Fortune jurnalının bu yaxınlarda açıqladığı infoqrafik sxemlərdə Nobel mükafatı kateqoriyalarının da bərabər təmsil olunmadığı göstərilir. Məsələn, indiyə qədər qadınlar ən çox ədəbiyyat və sülh kateqoriylarında Nobel mükafatına layiq görülüb. Altı kateqoriya arasında qadınlar ən çox (12,5%) ədəbiyyat sahəsində təmsil olunub. Bunun ardınca Nobel Sülh mükafatı alan qadınlar (12,4 %) gəlir.Fizika sahəsində mükafat alan qadınların sayı yalnız 1% təşkil edir.Alfred Nobelin təsis etdiyi altı kateqoriyaya daxil olmayan və 1969-cu ildən təqdim edilməyə başlayan İqtisadiyyat üzrə Nobel mükafatı da yalnız bir dəfə qadına verilib. Bu, 2009-cu ildə daha bir amerikalı iqtisadçı ilə “iqtisadi idarəetmə sahəsində analizə görə” mükafata layiq görülən amerikalı siyasi-iqtisadçı Elenor Ostromdur.Mükafatların təqdim edilməyə başladığı ilk illər o yalnız dörd dəfə qadınlara verilib. Bu mükafatların ikisi istedadçı kimyaçı Mariya Sklodovskaya Kürinin payına düşüb. O, 1903-cü ildə Nobel mükafatı alan ilk qadın olmaqla yanaşı, həm də bu prestjili mükafatı iki dəfə (1911-ci ildə kimya sahəsində) iki müxtəlif sahədə alan yeganə qadındır.
Nobel laureatlı qadınlar
Sonrakı illər vəziyyət bir qədər düzəlsə də, yalnız 2000-ci ildən sonra qadınlar müxtəlif kateqoriyalarda daha çox Nobel mükafatına layiq görülməyə başlayıb. 2000-ci illə 2015-ci il arasında qadınlar 19 dəfə mükafat alıb.Qadın Nobel mükafatı laureatlarının təmsil olunduğu ölkələrə gəldikdə, Birləşmiş Ştatlarda yüksək mükafata layiq görülənlərin 4,2 fazini qadınlar təşkil edir. Britaniyalı Nobel mükafatı laureatlarının 4 faizi qadındır.Polşanın 8 Nobel mükafatı laureatının üçü, Norveçin isə 11 laureatının ikisi qadındır.2014-cü ildə Nobel Sülh mükafatına layiq görülən pakistanlı təhsil hüquqları müdafiəçisi Malala Yusifzai ən gənc Nobel mükafatı laureatıdır.Son on ildə qadın Nobel mükafatı laureatlarının sayının artması bu tendensiyanın gələcəkdə də davam edəcəyi və qadınların elmi fəaliyyətinin ən yüksək səviyyədə qiymətləndiriləcəyi ilə bağlı ümidləri gücləndirir.
Dilşad Əliyarlı
Səslərin sayı: 1
4
1298
loading...
Şərhlər
Offline
S U S E N _BACI
her adamin bele bexti getirmir indi eleleri var soz danisan kimi vurullar basinan hal hazirki donem ox etindi butun yer uzunde xauss
10 avqust 2016 17:39
Offline
Xəyalə Murad
Ceylan Mumoğlu,
Elədir. Hələ 18 yaşlı ən gənc Nobel mükafatçısının yaşadıqlarını oxuyanda Nobel az gəlir.
7 iyul 2016 18:02
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Keçən il elm sahəsində tanınan qadınlar haqqında silsilə xəbərlər hazırladım dərc etdim. Onlardan bilirəm ki, bu kimi qadınlar necə ağır həyat yolu keçərək uğura nail olurlar.
Təşəkkürlər, xəbər üçün.
7 iyul 2016 15:10
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Başarılar nece bele uğurlara
7 iyul 2016 13:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış