Bakıda hava 18°
USD AZN
EUR AZN

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

Tərkibi:

12 kannelloni (makaron)

150 qr dana qiyməsi

150 qr mal ətindən qiymə

150 qr rəndələnmiş

Parmezan pendiri

30 qr "Zeytun bağları" zeytun yağı

1 baş soğan

duz və istiot

Beşamel sosu üçün:

900 ml süd

100 ml qaymaq

50 qr "Best Cow" kərə yağı

50 qr un

Hazırlanması:

Zəif ocaq üzərində yağ əridilir, un əlavə edilir və qarışdırılaraq tərkibə isti süd, qaymaq qatılır, çalışmaq lazımdır ki, qarışdırarkən topaclanmasın. Qatı kütlə alındıqdan sonra tərkibə Hindistan qozu, duz qatılıb ocaqdan götürülür. 

Soğan zeytun yağında qovrulur, qiymə əlavə edilir, birlikdə qovrulur. 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

Kannellonilər duzlu suda 4 dəqiqə qaynadılır. 

Bişirəcəyimiz qabın dibinə 5 mm ölçüdə sous tökülür, kannellonilərin içi çay qaşığı köməyi ilə qovrulmuş qiymə ilə doldurulur. 

 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

Birinci qat düzüldükdən sonra parmezan pendiri səpilir. 

 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

Sonra digər qat da düzülür və qalan sous da əlavə edilir, sonda parmezan pendiri ilə üzəri örtülür. 

 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

190 dərəcə sobada 20 dəqiqə bişirilir.

 

Qiyməli, pendirli sousda kannelloni (foto resept)

Nuş olsun!

Səslərin sayı: 2
3
1866
loading...
Şərhlər
Offline
Iceberg
çox maraq etdim bu makaronlari))
2 noyabr 2017 12:33
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Mən də nə vaxt lazanya adı duysam pəşik Qarfild gəlir ağlıma biggrin
5 iyul 2016 21:55
Offline
Xəyalə Murad
Bu ölçüdə makaron ilk dəfə idi görürdüm. Mənə lazanyanı xatırlatdı. Dadlı olacağına şübhə etmirəm.
5 iyul 2016 21:47
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!