Ardı:
41. Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: "İman gətirdik!"– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: "Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!" Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar.
42. Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
43. İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar mömin deyillər.
44. Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.
45. Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.
46. Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.
47. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir.
48. Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.
49. Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
50. Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?
51. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.
52. Sən qəlbində xəstəlik olanların: "Qorxuruq ki, başımıza bir fəlakət gələ"– deyərək onların Kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar.
53. İman gətirənlər isə deyəcəklər: "Sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?" Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular.
54. Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
55. Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər.
56. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.
57. Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.
58. Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır.
59. De: "Ey Kitab əhli! Yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə və sizin əksəriyyətinizin günahkar olduğuna görəmi bizi məzəmmət edirsiniz?"
60. De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!"
61. Onlar sizin yanınıza gəldikdə: "Biz iman gətirdik!"– deyirlər. Halbuki onlar sizin yanınıza küfrlə gəlmiş və onunla da getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.
62. Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir!
63. Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!
64. Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!" Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən Kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!
65. Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim bağlarına daxil edərdik.
(Ardı var)
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə
- ŞƏRHLƏR