Bakıda hava
USD AZN
EUR AZN

Şirin göbələklər (foto resept)

Tərkibi:

Un - 400 q

Şəkər tozu - 80 q

Yumurta - 2 ədəd

Yumurta sarısı - 1 ədəd

"Best Cow" kərə yağı - 150 q

Süd - 3 xörək qaşığı

Vanilin - 1 paket

Qabartma tozu - yarim çay qaşiği

Limon - 1 ədəd (Şirəsi)

Şəkər kirşanı -  xörək qaşığı

Qara qilas, və ya albali - 150 q

Badam - 100 q

 

Hazırlanması:

İlk olaraq xəmir üçün olan bütün ərzaqları qarışdırıb yumşaq xəmir hazırlayırıq.

Hazır xəmiri yarım saat soyuducuda saxlayırıq.

Xəmiri təxminən 0.5 sm qalınlığında yayırıq və  bu cür fiqurla xəmirimizi kəsirik.

Kəsilmiş xəmirləri soba listinə sərilmiş yağlı kağız üzərinə düzürük.

Sonra da üzərinə yumurtanın sarısını yaxşıca çalıb, üzərinə süd əlavə edin.

Bir daha çalib fırça ilə xəmirin üzərinə çəkirik.

İndi isə, hər bir kəsilmiş xəmirin üzərinə təmizlənmiş badam düzürük.

Və 180 dərəcədə 10-15 dəqiqə ərzində isidilmiş sobada bişriririk.

Başqa bir balaca qabda şəkər kirşanının üzərinə az-az limon şirəsi əlavə edin,  krem halına gələnə qədər qarışdırmaq lazımdır.

İndi isə, yuyulmuş albalılar iki bölünür, tumları çıxarılır.

Və bişmiş soyudulmuş peçenyenin üzərindəki badamın bir başına bir az limonlu şəkərli krem qoyulur, üzərinə də albalı yerləşdirilir.  Yəni göbələk görünüşü yaradırıq.

 
Sonra qalan limonlu qarışımı mətbəx şprisi ilə albalıların üzərində ağ nöqtələr qoyuruq. 

 Peçenyelərimiz hazırdır.

Nuş olsun!

 (Tərcümə edilib)

Səslərin sayı: 4
3
4220
loading...
Şərhlər
Offline
pure love
çox dadlı görünür Resept üçün çox sağ olun, Qəribə xanım give_ros
9 iyul 2016 22:18
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Mağazadan almaqdansa, evdə bişirib vermək sağlam yoldu.

Ah,ah, kaş vaxt yetsə də, hər gün bişirsək)
Təşəkkürlər, Qəribə xanım.
9 iyul 2016 15:22
Offline
Xəyalə Murad
Çayla çox gözəl olar. Çox bəyəndim. Uşaqların diqqətini də çəkəcək. Mağazadan almaqdansa, evdə bişirib vermək sağlam yoldu. Resept üçün çox sağ olun, Qəribə xanım give_ros
9 iyul 2016 11:04
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!