Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Virtual dərəbəylik-real insanların virtual səfehliyi…

 

Virtual dərəbəylik-real insanların virtual səfehliyi…

 

Sevincli Dünyanın eyni adlı yazısına davam, əlavə olaraq yazıram.

İnternet

İnternet – mənim üçün məlumat əldə etmək, zəruri insanlarla ünsiyyətdə olmaq, onları axtarıb tapmaq, material, kitab yükləmək, məqalə və ya xəbər oxumaq, xəbərləri çatdırmaq üçündür. Kimisə narahat etmədən…

Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq. Məhz şərq dünyasından olan yaşından asılı olmayaraq, Ərəb, Fars, Pakistan, Əfqanıstan, Türk, Azərbaycan mənşəli vətəndaşların sayəsində bir çox ciddi, işgüzar saytlarda qeydiyyatdan keçməyimə peşiman olmuşam. Aylardır, oradakı səhifələrimə girmirəm və inboksuma yazılanları oxumuram. O qədər bekar, avara, yanıq, psixi, əsəbi xəstə olan, qeyri-etik insanlar var ki, bezdirirlər insanı. Onlara söz təsir etmir. Əksər saytlarda sırf kitab, məqalə yükləmək və ya yerləşdirmək üçün qeydiyyatdan keçmişəm. Forumlardan o qədər uzaqlaşmışam ki, 8 ildir forum üzünə özümü həsrət qoymuşam. Sosial şəbəkədəki səhifələrimi isə uzun müddətə deaktiv edir, səhifələrimə girmirəm. Çünki həm çox vaxt, həm çox əsəb aparır. Mən daha çox real həyat və təbiət tərəfdarıyam. Gəzmək, pik-nik etmək, idman etmək, musiqi dinləmək, rəqs etmək, yazı yazmaq, kitab oxumaq tərəfdarıyam, istirahət və səhhətimə ciddi fikir verirəm.

Virtual Adlar, damğalar

“Sosial şəbəkəyə girən qız əxlaqsızdır”, “Ev qızı internetə girməz” kimi inanclar var dar dünyagörüşü olanlarda. Özləri pis məqsədlə girdikləri üçün hər kəsi özləri kimi bilərlər… Qız və ya oğlan tutmaq üçün geniş imkanlar yaradılır sosial şəbəkələrdə. Tuta bilmədiyinə də, tuta bildiyinə də eyni yanaşmaq, adlar, damğalar vurmaq, elə profil adı olaraq özünə müştəri toplamaq iyrənc hal almışdır. İyrənc adlarda olan profil, səhifə, qrupların səviyyəsiz üzvlərini, müzakirələrini demirəm.

Ona görə də saxta profil və qrup, səhifələri tanımağı öyrənmişəm və dərhal blok edirəm. Qorxaq, cəsarətsiz insanlar saxta olarlar.

Virtual dərəbəylik və ya çıxış yolum “qara siyahı”dır.

O qədər səviyyəsiz, bezdirici insanlar var ki, heç vaxt və əsəb sərf etmədən blok edirəm. Qara siyahımda o qədər profil var ki, kimisə blokdan çıxartmaq üçün 5 dəqiqə siyahıda axtarıram. Çalışıram bloka saldığım elə blokda qalsın.

Virtual testlər və ya virtual inanclar

 Virtual testlərə, sorğulara inanıb, onların nəticələri ilə yaşayan adamlar da az deyildir.

Bu qədər sadəlövh və safıq məgər? Ya ümid edirik ki, nəsə bir dəyişiklik olacaq bu test və sorğudan sonra… Elə profil sahibləri var ki, xəbər lentlərində ancaq bu cür sorğu və testlərdir.

Virtual həyatda yaşayanlar və ya real həyatı unudanlar

Sosial şəbəkə də bir növ pis vərdiş, asılılıqdır, bekarçılıq əlamətidir mənim üçün. Bu cür vərdiş və asılılığı olan şəxsləri də anlamır, zəif iradəli sayıram.

Seriala baxan insanları da bu qrup insanlara aid edirəm.

Qadın və ya kişi tək yaşayarsa, dərd yarı… Başını qata, ünsiyyətdə olub kimisə axtarıb tapmağa ümid edə bilər. Serial və ya idman kanallarına baxıb, evdə tək olan kişiləri qınamıram, işdən sonra olar, işsiz, avara, bekar adam deyilsə və bütün günü sosial şəbəkədə və ya televizor önündə oturmursa…

Hər şeyini virtual dünyada paylaşanlar və şəxsi həyatını ictimailəşdirənlər çoxdur. Onları tam anlaya bilmirəm. Yeməklərinə qədər, ağlamaqlarına qədər, getdikləri yerə qədər hər yer və hər şey haqqında məlumat verirlər. Məncə, bu cür insanların iradəli zəif və diqqət çatızmalığı kimi problemləri var.

Səhərin gözünü internet və sosial şəbəkə ilə açanlar, bir əlində telefon və planşet vasitəsilə sosial şəbəkəyə girib, hiperaktivlər, gecəni gec yatanlara sadəcə yazığım gəlir. Çünki artıq problemləri var.

 

Virtual dərəbəylik-real insanların virtual səfehliyi…

 

 

Saat: Şəxsən mən sosial şəbəkədə olan səhifələrimi birdəfəlik sildim, tvitter, facebuk və google-da varam, o da bloq yazılarıma və gündə görmədiyim dostlarla ünsiyyət üçün. Onu da tənzimləyirəm, mənə uyğun saatda daxil oluram. Səhər tezdən və axşam 22-00-dən sonra yazanlara ya cavab vermirəm, ya da kobud cavab verirəm. Özləri bayquşdular, yatmırlar, başqalarını da qoymurlar. Belələrinə bir məsləhətim var: Yata bilmirsənsə, rejimə sal özünü. Camaatı da narahat etmə. Hərdən çatımı da bağlayıram, telefondan sosial şəbəkələrin proqram təminatlarını silmişəm ki, bezdirməsinlər. Konkret vaxt və saatlarda girib yoxlayır, cavab yazıram və uzun-uzadı ünsiyyətdə olmağa, söhbət çürütməyə, qeybət etməyə nə həvəsim, nə istəyim, nə vaxtım, nə əsəbim, nə də səbrim var. Mən bunu artıq vaxt itkisi hesab edirəm. Yaxın adamlarla ünsiyyəti real edirəm. Mənim üçün virtual ünsiyyət sadəcə ünsiyyəti saxlamaq üçündür, arada bir tədbir yaradılanda, sosial şəbəkə tədbirlər haqqında məlumat əldə etməkdir, önəmli adamların email və mobil nömrələrini əldə edib, real görüş üçün razılığa gəlmək, yaradıcılığımı paylaşmaqdır, daha səhifələri bəyənmək, səviyyəsiz qruplara üzv olmaq, səviyyəsiz tədbirlərə getmək və kimlərisə cəlb etmək deyildir.

Davranış: Salam verəndə, salamı götürən kimi adamı peşiman edən nə qədər adam var, sorğu-sual, şəxsi həyata müdaxilə, istəmədiyin və sənə gərəkli olmayan müzakirə və məsləhətlər adamı zinhara gətirir. Özünə rəva bilmədiklərini başqasına rəva bilirlər. Dərhla görüş təyin etməyə çalışır, bir görüşdən sonra isə başqa nələrinsə olacağına sadəlövhcəsinə inanırlar.

İş: İş vaxtı iş görərlər. İşin internetlə əlaqəli deyilsə, işini görmək lazımdır, sənə internet və sosial şəbəkələr pul gətirmirsə, əlavə vaxt və səhhət itkisinə səbəb olursa, niyə də aludə olasan ki?! İşdən sonra isə istirahət etmək lazımdır. Asudə vaxtı daha səmərəli keçirilməlidir.

Viruslar: Sadəlövhcəsinə, guya virus olduğunu bilmədiyimiz fayl, keçidləri açmaqla, səhifəmizi də, noutbukumuzu da, yaddaş kartımızı da virusla yoluxdururuq. Bir də ki, yəni bu qədər maraqlıdır 18+ video və yazılar ki, keçidə keçir, faylı açırsınız? İlk baxışdan virus olduğunu anlamaq bu qədər çətindir?! Yox!

Tağlar: Sənə dəxli olmayan status və ya rəy, şərhlərdə adının tağ edilməsi lap bezdiricidir. Xəbərdarlıqlar çox etməyimə baxmayaraq, sözümü ciddi almayanları bloka atıram. Tağdan da çıxardanda, inciyirlər. İnciyirsiniz?! Gedin, su için!

Xəstələr: bəyənmə, şərhlərin sayını önəmli bilən, dostluğunda olanların onun səhifəsindəki paylaşımlarına aktivliyini nəzarət altına alanlar da az deyil. Sanki borcdur, “sən bəyən ki, mən də bəyənim, sən şərh yaz ki, mən də yazım!”. Bu da qərəzlilik prinsipinə əsaslanır.

“Elmi əsər yazanlar”: Bəzi və ya bir çox istifadəçilər tanıdıqları və tanımadıqları adama dissertasiya ölçüsündə inboksa ismarıc yollayır ki, bunu da anlaya bilmirəm. Dəxlisiz mətn, şəkillər göndərənləri isə blok etməkdən başqa çarəsi yoxdur.

Selfişünaslar: Selfi və şəkil xəstələri harada gəldi və nə gəldi, istənilən pozada şəkil çəkdirən adamlardır. Mənim üçün yorucu insanlardır.

Virtual dünyanın real səfehləri və avaraları

Bir çox qız və oğlanlar sosial şəbəkədə və tanışlıq saytlarında adam tutmağa çalışır, peşiman edirlər kiminsə paylaşımını bəyənməyə, paylaşmağa, şərh yazmağa, qrupda nəsə paylaşmağa. Hava dəyməyə qoymurlar, dərhal ya inboksa yazmalıdırlar, ya da dostluq yollamalıdırlar.

Problem: Ünsiyyət riski və insanların real həyatda olduqları kimi virtual həyatda olmamasıdır. Ən əsası öz həyat, təbiət, sağlamlığına, vaxtına dəyər verməməsidir. Bu isə bu cür problemləri olan insanların digər normal insanları narahat etməsi ilə nəticələnir.

Allah bizə ağıl və səbr versin

Səslərin sayı: 2
4
998
Loading...
Şərhlər
Offline
S U S E N _BACI
Problem: Ünsiyyət riski və insanların real həyatda olduqları kimi virtual həyatda olmamasıdır. Ən əsası öz həyat, təbiət, sağlamlığına, vaxtına dəyər verməməsidir. Bu isə bu cür problemləri olan insanların digər normal insanları narahat etməsi ilə nəticələnir cool
14 avqust 2016 14:36
Offline
Ellada Babayeva
Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq.

Bu fikrinizlə razıyam.
1 iyul 2016 23:54
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Iceberg
Muellif kimdir? Ne qeder neqativ yanawib meseleye))
1 iyul 2016 17:07
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Hər kəs həyatda olduğu kimi virtualda da ola bilsə, gözəl olardı. Kənardan öz həyatlarına dəyər verməyənlər, öz arzularını bilməyənlər başqalarının bacardıqlarına qibtə edirlər.
1 iyul 2016 16:59
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır