Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax
39991

Albalı tortu(foto resept)

Tərkibi:
 Yumurta - 6 ədəd
Şəkər tozu - 1 stəkan
Un - 1 stəkan
Vanilin 1 paket
Krem üçün:
 Şəkər kirşanı - 150  q.
Şokolad - 50 q
 Qaymaq - 1 stəkan  35 - 40 %
Albalı - 1 stəkan
Albalı şirəsi - yarım stəkan
"Best Cow" kərə yaği - 20 q.
Manna yarması - 3 x. q.
Hazırlanması: 
Albalı tortu(foto resept)

Əvvəlcə biskviti hazırlayaq.

Albalı tortu(foto resept)

Yumurta ilə şəkər tozunu miserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra ələnmiş unu əlavə edirik.
Albalı tortu(foto resept)

Soba qabını yağlayırıq, sonra manna yarması səpin, və hazır xəmiri qaba tökürük. 

Albalı tortu(foto resept)

180 dərəcədə 30 dəqiqə bişirmək lazımdır.

Albalı tortu(foto resept)

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Biskiviti bıçaq vasitəsi iki hissəyə bölürük.

İndı isə keçirik kremin hazırlanmasına.  

Albalı tortu(foto resept)

Soyuq qaymağı mikserlə yaxşıça çalın, sonra şəkər kirşanı əlavə edin. 

İndi biskviti albalılı şirəsi ilə isladın. 

Sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik. 

Eyni qayda ilə biskvitin 2-ci hissəsini də isladın.

Və ikinci hissənin üzərindən krem çəkin, sonra tumsuz albalıları düzün. 

Zövqə görə bəzək verə bilərsiz.

İndi isə, şokoladı sürtgəcdən keçirin, sonra tortun üzərinə səpin. 

Və soyuducuya goyun ki, əriməsin.

Albalı tortu(foto resept)
Və tortumuz hazırdır.
Albalı tortu(foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
Səslərin sayı: 3
2
2492
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Albalının turş olması şirin biskvitlə bir-birini tamamlayır.

Turşla şirinin qarışdırılmasını doğru icad ediblər, burdakı kafelərdə də diqqət etmişəm,ən çox alınan tort dilimləri turşməzə meyvələrlə hazırlananlardır.
2 iyul 2016 12:06
Offline
Xəyalə Murad
Albalının turş olması şirin biskvitlə bir-birini tamamlayır. Çox dadlı görünür, Qəribə xanım. Resept üçün təşəkkürlər! give_ros
2 iyul 2016 11:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )