Bakıda hava 15°
USD 1.7020 AZN
EUR 1.9062 AZN

Əziz Yaqubzadə-"Ona"

 

Əziz Yaqubzadə-"Ona"

 

 “Ona” kitabı oxunmasına uzun zaman ayırdığım kitab  oldu. Bir aydır ki, kitabı bitməsin deyə az-az oxuyurdum. Oxuduğum hər səhifəni, hər başlığı düşünmək, həzm etmək üçün zamana ehtiyac vardı. Bir qız tərəfindən ayrılıq eşidən gəncin daxilindəki iztirabları oxumaq, bir xanım kimi mənə təsirsiz ötüşmədi. Oxuduqca o qıza acıqlandım, qəzəbləndim... hətta məqam oldu ki, o qıza acıdım. Ancaq bu hissləri yaşayan gəncin ayaqda dura bilməsinə heyran oldum. Ruhunda əsl mübarizə gedən bir gəncin zahirən soyuq olmağı bacarması heç də asan deyil. Qəhrəmanımız çox güman ki, kitabın müəllifidir. Bəlkə də yanılıram. Ancaq bu hissləri yaşamayan biri bu cür fikirlər səsləndirə bilməzdi: Əgər bir gün “Necəsən?”-deyə mesaj yazsaydı, “Sənsizəm”-deyəcəkdim.

Kitabın hər başlığı bir-birindən fərqlənirdi. Bəzən məsləhətlərlə dolu olan başlığı kədərli notlara köklənən qəlb fəryadı əvəz edirdi. Bir əks cinsin nümayəndəsindən kişilər haqqında həqiqətləri oxumaq olduqca xoş oldu. Bu baxımdan müəllifə qatılıram. Əminəm ki, qadınları bu qədər zirvəyə qaldıran gənc, bəylərimizi də lazımınca tərif edə bilər.  

 

Əziz Yaqubzadə-"Ona"

 

 

Adətən ayrılıq sonrası vəfasız yarın simasında hər kəsə asi çıxmaq, hətta doğmalarına belə üz çevirmək istəyi yaranır. Ancaq siz bu kitabı oxuduqca dərk edəcəksiniz ki, valideynlərini məyus etməmək üçün üzdə təmkinli görünən gəncin əslində daxilində fırtına qopur. Kitab gəncin dilindən yazılıb.  

Qeyd edim ki, ilk sevgisi nakam olan gənc oğlan və qızların daha yaxşı anlayacağı, hiss edəcəyi kitabdır. Onu istər yeniyetmə olsun, istər saçına dən düşmüş yetişkin şəxsiyyət, bu hissləri yaşamış biri üçün illəri vərəqləyəcək. Toz basmış xatirlələri, “unutdum” deyilmiş xəyalları dirçəldəcək. “Ona” kitabı məhz  “O” deyərkən xatırladığınız birinə yazılıb.

 

Əziz Yaqubzadə-"Ona"


 

Sizin sizdən xəbərsiz duyğularınızı cücərtmək üçün yazılıb. O sizi yaxın və ya uzaq keçmişə apara, çəkdiyiniz həsrəti alovlandıra bilər. Ya da unutmaq istədiyiniz ağrılı, kədərli günlərinizi yenidən film lenti kimi canlandırar. “Ona”  hisslərin dərinliyini sizin hiss etdiyiniz kimi deyil, öz hiss etdiyi şəkildə dilə gətirsə də, “sanki mənim fikirlərimi oxuyur” dedirdəcək kitabdır.

Kitabdan çox razıyam. Ona görə ki, müəllif öz imzası ilə mənə hədiyyə edib. Sizcə onu əldə etmək üçün az qala bir ay fürsət axtaran, oxumağa bir ay vaxt sərf edən biri üçün kitab dəyərli olmaya bilərmi? Mütaliəmdə ilkə imza atan kitablardan biri oldu və Əziz bəyin qeyd etdiyi kimi rəfimdə deyil, masa üstü kitabım oldu. Tez-tez açıb vərəqləyəcəyim, bəzən susub dinləyəcəyim kitab...

Kitabdan seçmələr:

“Çünki sən birinin gülüşlərində gizlənməkdənsə, onun göz yaşlarının səbəbi olmağı seçdin.”

“Bir sevgidə ən böyük təhlükə soyumaqdır”

“Bəzən ikinizin də yaxşılığı üçün qalmaq deyil, getmək lazımdır...”

“Sözlər deyil, gözlər güvən verməyəndə bitər bir eşq”.

“Kitab rəfindən bir kitab götürüb, ayaqlarımızı ədyalla örtərək bir-birimizi qucaqlayıb kitab oxumaq varkən, getmək çoxmu vacibdir?”

“Biz acılarımızla mübarizə apararkən qarşı tərəf bizim göz yaşlarımızı  görməyəcək qədər kor ya da görmək istəməyəc qədər laqeyd oldu...”

“Ağlamaq gözəl deyil, gözəl olan gülməkdir...”

“Qadınlar onların nazına, kaprizinə dözəcək, alış-verişə getdiklərində saatlarla onları gözləyəcək, dırnaq boyaları quruyanadək qarşı tərəfin mesajını cavabsız qoyduqları halda səsini çıxarmayıb səbrlə gözləyəcək kişilərə önəm verərlər...”

“Bəzən bir insana gecikmək, bir ömür xoşbəxtliyi itirməyə bərabərdir...”

“Kişi bir qadını nə qədər çox sevirsə sevsin, kişilərə xas bir şəkildə bəzən heç sevmirmiş kimi ona laqeydlik də göstərə bilər... ”

“Kişilərin belə güclü göründüyünə baxmayın, əslində, onlar bu həyatın yükünü çiyinlərində tək gəzdirə bilməyəcək qədər zəifdirlər.”

“Bəzilərinə şer yazılar, bəziləri isə gedər şer olar. Sən şerim olmağı seçdin...”

“Sən heş birinin gedişinə görə saatlarla ağlamaq istərkən yanaqlarında onun əllərinin izi silinməsin deyə göz yaşlarını içinə axıtdınmı?..”

“Kimi hər kəsdən fərqli bilib həyatıma daxil etdimsə, o da hər kəsdən fərqli şəkildə yaraladı məni...”


Səslərin sayı: 3
6
2457
Digər yazılar
Şərhlər
Offline
Şəri Babayeva
“Sözlər deyil, gözlər güvən verməyəndə bitər bir eşq”.
good
3 iyul 2016 21:27
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Ellada Babayeva
"Kimi hər kəsdən fərqli bilib həyatıma daxil etdimsə, o da hər kəsdən fərqli şəkildə yaraladı məni...”
2 iyul 2016 16:10
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
Ağlamaq gözəl deyil, gözəl olan gülməkdir...”
28 iyun 2016 12:00
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Iceberg
Bu tipli kitablar son vaxtlar coxdur "soyug kahve

"sabah uykum ve s kimi. Fb statuslarina oxwayir
25 iyun 2016 16:35
imza: Günahı keç,savabı keç,Keçdin, bir yer görəcəksən,Səninlə orda görüşək...
C. Rumi
Offline
Xəyalə Murad
Maraqlı oldu təəssüratların Xəyalə, hətta yazara da marağım artdı, başqa kitabları da var, ya bu ilkdir?

Bu ilk kitabıdı. Ancaq ümid edirəm davam edər. Çünki istedadlıdır. Oxunan gənc yazarlardandır.
25 iyun 2016 16:18
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
“Bir sevgidə ən böyük təhlükə soyumaqdır”

Bu həqiqətən belədir. Psixologiyada da var, ünsiyyət azalanda, ya da bitəndə sevgi soyuyur.
Maraqlı oldu təəssüratların Xəyalə, hətta yazara da marağım artdı, başqa kitabları da var, ya bu ilkdir?
25 iyun 2016 13:47
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör