Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Danimarka haqqında bunları bilirdiniz?

Danimarka haqqında bunları bilirdiniz?
1. Danimarkada istənilən un məmulatı mağazasında olduqca dadlı şirniyyatlar olur.
2. Yerli əhali arasında şirniyyata olan yüksək meylin olmasına baxmayaraq, burada demək olar
ki, artıq çəkidən əziyyət çəkən insanlar yoxdur.
3. Danimarkalıların əksəriyyəti səhər saat 08:00-dan günorta saat 16:00-a kimi çalışır.
4. Danimarkada yerləşən mağazaların əksəriyyəti saat 17:00-18:00 radələrində bağlanır. Bu vəziyyətin yaranmasına səbəb
vergilərdir. Beləki, mağaza nə qədər çox işləyərsə, o qədər də onun vergiləri artar.
5. Buradakı orta muzdlu işçidən alınan gəlir vergisi 43% təşkil edir. Bu rəqəm gəlirin səviyyəsindən asılı olaraq dəyişə bilər.
6. Danimarkada kimisə işdən çıxarmamışdan öncə 2 ay əvvəl xəbərdarlıq edilməlidir.
Danimarka haqqında bunları bilirdiniz?
7. Danimarkada hər bir rəhbər öz işçilərinin qidasına görə cavabdehdir. Səhər, günorta və nahar yeməkləri şirkətin hesabına odənilir. 8. Hər bir şirkətin özünün yeməkxanası və aşbazı olur.
9. Ən geniş yayılmış nəqliyyat növü – velosipeddir və bu, təbiət və ekologiyaya olan sevgi ilə bağı deyil. Sadəcə, İkinci Dünya
Müharibəsindən sonra ölkədə benzin defisiti yaranır və vəziyyətdən ən yaxşı çıxış yolu velosipeddən istifadə etmək olmuşdur…
10. Əhali arasında velosiped yarışları geniş populyarlığa malikdir.
11. Danimarkalılar üçün şəxsi avtomobilin olması əlçatmaz arzu kimidir, çünki avtomobil mülkiyyətinə görə alınan vergilər bəzən
avtomobilin qiymətindən yüksək olur.
12. Buradakı avtobuslar sağ tərəfə əyilmək xüsusiyyətinə malikdirlər. Bu üstünlük əsasən əlil arabalarından istifadə edən insanların rahatlığı üçün yaradılıb.
13. İctimai nəqliyyatda Wi-Fi mövcuddur.
14. Danimarkalı qadınlar digər Avropa qadınları ilə müqayisədə şarmı və gözəlliyi ilə seçilmirlər.
15. Danimarkalı kişi üçün atalıq borcunu yerinə yetirmək hər şeydən üstündür. Buna görə də daniyalı kişilər körpə uşaqlara qulluq və qayğı göstərməkdən çəkinmirlər.
Danimarka haqqında bunları bilirdiniz?
16. Uşaq və ev qayğılarına münasibətdə daniyalı kişilər qürur və ironiya ilə yanaşırlar.
17. Danimarkalı uşaqlar olduqca sakit naturaya malikdirlər – heç vaxt qışqırmır, ağlamırlar.
18. Danimarkadakı binaların əksəriyyəti 6 mərtəbəlidir və buradakı daşınmaz əmlak olduqca bahalı olması ilə yanaşı, həm də yüksək
keyfiyyəti ilə seçilir.
19. Danimarkalıların doğma dili olduqca mürəkkəb və qarışıqdır. 20. Danimarkalılar uzaqgörən və tədbirlidirlər.
21. Danimarkalılar amerikanlardan çəkinir və hətta onlara bəzən nifrətlə yanaşırlar.
22. Danimarkada hava həmişə rütubətli olur.
23. Danimarkada səhiyyə pulsuz xidmət sahəsidir.
Səslərin sayı: 3
6
1013
Loading...
Şərhlər
Offline
Gulshen_q
21. Danimarkalılar amerikanlardan çəkinir və hətta onlara bəzən nifrətlə yanaşırlar.
Eceb edirler. ?
30 iyun 2016 09:51
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
6. Danimarkada kimisə işdən çıxarmamışdan öncə 2 ay əvvəl xəbərdarlıq edilməlidir.

Bu ölkə üçün çox gözəl xüsusiyyətdir.Belə olduqda insalar əvvəlcədən öz güzəranını təyin edə bilirlər.

6. Danimarkada kimisə işdən çıxarmamışdan öncə 2 ay əvvəl xəbərdarlıq edilməlidir.

Bu ölkə üçün çox gözəl xüsusiyyətdir.Belə olduqda insalar əvvəlcədən öz güzəranını təyin edə bilirlər.
28 iyun 2016 19:27
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Cavadova Xedice
Danimarkada səhiyyə pulsuz xidmət sahəsidir.
Nə olardı bizdədə pulsuz olsaydı.Yoxsa xeste kemiə getməyə qorxur pul verməsən həkim derman yazmir.
28 iyun 2016 17:46
Offline
Nermin_Guler
21. Danimarkalılar amerikanlardan çəkinir və hətta onlara bəzən nifrətlə yanaşırlar.

Haqsız da deyillər)
28 iyun 2016 17:32
Offline
Xəyalə Murad
17. Danimarkalı uşaqlar olduqca sakit naturaya malikdirlər – heç vaxt qışqırmır, ağlamırlar.

Bu bir qədər qəribə gəldi. Təbii hal deyil. Uşaq sevincdən qışqıra da bilir.
28 iyun 2016 16:37
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Danimarkada yaşamaq istədim) Nə gözəldir e,
Danimarkalıların əksəriyyəti səhər saat 08:00-dan günorta saat 16:00-a kimi çalışır.

Bəh-bəh. laughing
28 iyun 2016 15:23
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır