Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Orucun hökmləri (5)

Orucun hökmləri (5)

Əgər insan doğru və yalan olduğunu bilmədiyi bir xəbəri danışmaq və bununla yanaşı həm də orucunun batil olmamasını istəsə, aşağıdakı yollardan birinə əməl etməlidir:

a. Vacib ehtiyata əsasən, həmin xəbəri eşitdiyi kəsdən nəql etsin:

b. Vacib ehtiyata əsasən, həmin xəbər yazılan kitabdan nəql etsin;

c. Əgər özü də xəbər versə, orucu batil olmur.

5. Qatı tozu boğaza çatdırmaq

Qatı tozu boğaza çatdırmağın hökmləri

a. Qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər həmin toz un kimi yeyilməsi halal olan şeyin tozu olsun, istərsə də yeyilməsi haram olan bir şeyin tozu olsun. 

b. Oruc tutan kəs ağızda su halını alan qatı buxarı, habelə vacib ehtiyata əsasən, siqaret, tənbəki tüstüsü və bunun kimi şeyləri boğazına çatdırmasın. 

Orucun hökmləri (5)

c. Əgər oruc olduğunu unudarsa, diqqət etmədən, yaxud ixtiyarsız olaraq toz və onun kimi şeylər boğazına çatarsa, orucu batil olmur. Mümkün olduğu qədər onu (boğazına getdiyini) çıxarmalıdır.

6. Başı suya salmaq

Başı tamamilə suya batırmaq:

a. Qəsdən: Əgər oruc tutan kəs bütün başını suya salarsa, bədəni bayırda qalsa belə, vacib ehtiyata əsasən, həmin günün orucunun qəzasını tutmalıdır. Ancaq bütün bədəni suda olarsa və başından bir miqdar hissəsi çöldə olarsa, orucu batil olmur.

b. Səhvən: Əgər oruc tutan kəs ixtiyarsız olaraq suya düşərsə və bütün başı suya girərsə, ya da oruc olduğunu unudaraq başını suyun dibinə salarsa, orucu batil olmur.

(Seyid Sistaniyə görə, başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var)

Hazırladı: Fərid Abdullah.

Səslərin sayı: 1
4
587
Loading...
Şərhlər
Offline
Nermin_Guler
Allah hər kəsin orucunu qəbul etsin!
28 iyun 2016 17:29
Offline
Ceylan Mumoğlu
Fatma xanım,
Allah hamının orucunu qəbul eləsin inşşallah

Amin.
28 iyun 2016 15:20
Offline
Xəyalə Murad
Əgər oruc tutan kəs bütün başını suya salarsa, bədəni bayırda qalsa belə, vacib ehtiyata əsasən, həmin günün orucunun qəzasını tutmalıdır. Ancaq bütün bədəni suda olarsa və başından bir miqdar hissəsi çöldə olarsa, orucu batil olmur.


Allah oruclarımızı qəbul etsin!
28 iyun 2016 13:14
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Fatma xanım
Allah hamının orucunu qəbul eləsin inşşallah
28 iyun 2016 11:31
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır