Bakıda hava 22°
USD 1.7008 AZN
EUR 1.9963 AZN

Həzrət Xədicə (3)

Həzrət Xədicə (3)

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et! – deyərlər”. (“Furqan” surəsi, 74-cü ayə)

İzah və bildirişlər:
Ramazanın 10-cu günü həzrət Xədicənin vəfatının ildönümüdür. O, Peyğəmbərə iman gətirən və İmam Əli ilə yanaşı Peyğəmbərlə birlikdə namaza duran birinci qadın olmuşdur.

Hakim Həskani deyir ki, Peyğəmbər bu ayənin təfsiri barədə demişdir: Bu ayələr nazil olduqdan sonra vəhy mələyindən soruşdum ki, “zövcələrimiz” deyərkən nə nəzərdə tutulur? Cavab verdi ki, Xədicədir. Övladlarımız – Fatimə və gözünün nuru Həsən və Hüseyndir. “Bizi müttəqilərə imam et” cümləsində nəzərdə tutulan isə Əlidir.
 
Həzrət Xədicə (3)
Mərhum Feyz Kaşani bu ayənin təvili barədə yazır ki, ondan məqsəd ali risalət məqamı, Qurani-Şərif və Peyğəmbərin yardımçısı Xədicədir”. 
Əli ibn İbrahim Qumminin təfsirində qeyd edilir ki, ayədəki “zövcələrimiz” həzrət Xədicədir. Həzrət Xədicə Kübra dörd seçilmiş qadınlardan biridir. O xanımın ömür çırağı Ramazan ayında söndü. Peyğəmbər öz ridası ilə onu kəfənə tutdu və pak cənazəsini evdən müşayiət etdi və “Həcun” məntəqəsində (Əbu Talib qəbiristanlığı da deyilir) torpağa tapşırdı. İstifadə olunan mənbələr: “Təfsiru Əli ibn İbrahim Qummi”, c.2, s.117; “Şəvahidüt-Tənzil”, c.1, s.416; “Təbəqatül-Kübra”, c.8, s.15.
Səslərin sayı: 2
2
879
Loading...
Şərhlər
Offline
Ellada Babayeva
O, Peyğəmbərə iman gətirən və İmam Əli ilə yanaşı Peyğəmbərlə birlikdə namaza duran birinci qadın olmuşdur.
21 iyun 2016 14:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥Mira♥
Maraqli movzudu girl_ten ALLAH ozu hamimiza komey olsun girl_ang
19 iyun 2016 17:30
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz - 4
33.33%
Yay - 4
33.33%
Payız - 4
33.33%
Qış - 0
0%
Ümumi səslərin sayı: 12