Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
22 noyabr 10:05Xəyalə Murad Gününüz aydın, işləriniz uğurlu olsun!Xoş gəldin,Selvi! 22 noyabr 01:20Selvi Axşamınız xeyir olsun əziz Qadin. Netlilerrr 21 noyabr 20:51GÜLÇİN Yerlimə salam!Sms getmir şexside nedense.Yaxşıyam) 21 noyabr 18:54Xəyalə Murad Təbriklər!) 21 noyabr 15:34Iceberg Günün müəllifiyəm, sağ ol, mən)) 21 noyabr 08:48Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 20 noyabr 14:06Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 19 noyabr 11:40Iceberg Hər kəsə xoş istirahət arzu edirəm 19 noyabr 11:07Xəyalə Murad Gününüz aydın olsun! Bu gün beynəlxalq kişilər günüdür)) 18 noyabr 13:10Gözel Gözlum Salam her kese
37864

"Fərhad evi"

"Fərhad evi"
Naxçıvan Muxtar Respublikasının ən ucqar dağlıq rayonu sayılan Şahbuzun ərazisi yaşı minilliklərlə ölçülən tarixi-memarlıq abidələri və yaşayış məskənləri ilə zəngindir. Biçənək kəndindən şərqdə, Batabat yaylağında Fərhad evi adlı abidə də qiymətli memarlıq nümunəsi kimi qorunmaqdadır. Abidə tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Əsrlərin yadigarı olan bu abidənin içərisindəki otaqların heyrətamiz zəkaya malik bir insan tərəfindən inşa olunduğu, daha doğrusu, yonulduğu aydındır. Dəqiq və düzgün hesablamalarla qurulan və həndəsi fiquru xatırladan otaqlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşir. Tavanları tağşəkilli, döşəmələri isə ovaldır. Abidənin divarlarında şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmış, divarların dibində isə səkilər yonulmuşdur. Tarixi İpək yolunun üstündə qurulan Fərhad evi, rəvayətlərə görə, tacirlərin dincəlməsi və gecələməsi üçün istifadə olunurmuş.
"Fərhad evi"
Evin giriş qapısının hündürlüyü 2 metrdən artıq, eni isə 1,5 metrdir. Fərhad evinin qapısının sağındakı qayanın üzərində uzun saçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur. Qədimdə Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılardı. Batabat yaylağındakı Fərhad evi də elə buna görə dayanacaq məntəqəsi kimi istifadə edilirmiş. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara da tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırmışdı. Tədqiqatlar Fərhad evi abidəsinin miladdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.

Səslərin sayı: 1
3
836
Loading...
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Canlı görmək istədim. Çox sağ olun.
19 iyun 2016 00:24
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Maraqlı xeberdi çox sağ olun
18 iyun 2016 13:31
Offline
Ceylan Mumoğlu
Çox gözəl məlumat oldu bu xəbər. Tarixçi qanım qaynadı)
Heyif deyil abidələrlə tanış olmaq, onları seyr edərkən keçmişini düşünmək, təsəvvür etmək. laughing
18 iyun 2016 10:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır