Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Ailə üzvlərinin aliment öhdəlikləri

Əvvəlcə gəlin Aliment sözünün mənasını öyrənək; Aliment-latın sözü olub-qida, yemək sözündən götürülmüşdür. Münasibətdə izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq vermeli olduğu dolanacaq, xərc anlamındadır. 

Alimentin minimum məbləği nə qədər ola bilər:

 

2011-ci il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün yaşayış minimumun ölkə üzrə 76 manat olduğuna görə məhkəmə alimentin miqdarını ona uyğun müəyyən edir. Yəni bu məbləğdən aşağı məbləğdə aliment az hallarda təyin edilir.

AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ

VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər mustəqil muəyyən edirlər.

75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına catmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ucun vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

75.5. Aliment odənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə muvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına catmayan uşaqlar ucun aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı

76.1. Aliment odənilməsi barədə razılıq olmadıqda uşaqlar ucun onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dorddə bir hissəsi;

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) ücdə bir hissəsi;

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin novləri

Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması

78.1. Valideynlər arasında yetkinlik yaşına catmayan uşaqlara aliment odənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimuntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik torətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması ucun vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay odənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkun qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə tutulan aliment və ondan istifadə

79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəcisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.

79.2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, mualicə, əhalinin sosial müdafiəsi muəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına kecirilir və hər bir uşağın özünə xərclənir.

79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.

Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ

80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına nçatmış övladlarını saxlamağa borcludurlar.

80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına catmış övladların saxlanması ucun alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Maddə 81. Valideynlərin uşaqlara gorə əlavə xərclərdə iştirakı

81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına catmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin odənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə muəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində muüəyyən olunur.

81.3. Məhkəmə valideynləri faktiki cəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə cəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi

82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına catmış ovladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər ucun aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına catmış övladlardan məhkəmə qaydasında tutulur.

82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı

83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər mustəsna hallarda, yetkinlik yaşına catmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

83.2. Yetkinlik yaşına catan ovladların hər biri tərəfindən əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.

83.3. Əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.

ƏR-ARVADIN VƏ KEÇMİŞ ƏR-ARVADIN ALİMENT ÖHDƏLİKLƏRİ

Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

84.2. Bu koməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

84.2.2. hamiləliyi dövrundə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına catana qədər

84.2.4. 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.

Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan kecmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

85.1.1. hamiləlik dövrundə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində kecmiş arvad;

85.1.2. sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);

85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gundən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);

85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına catan və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad).

85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı

Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən kecmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması

87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövrundə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:

87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli ickilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;

87.0.3. nikah çox çəkmədikdə.

Hər bir ailəyə heç nə ilə əvəz edilməyən mehribanlıq və sədaqət arzu ediram!

Bu haqqda zəhmət olmasa fikirlərinizi, suallarınızı bildirin.

Gələn mövzu “ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ” haqqında olacaq.

 

Səslərin sayı: 11
47
20249
loading...
Şərhlər
Offline
oksana
Allah hammini mehriban elesin ve he4 kimi he4 kime mohtac elemesin......
27 avqust 2011 12:27
Offline
oksana
hec kime bu meslehetler lazim olmasim amma yoldasim huquqsunasdii
22 iyul 2011 10:26
Offline
Semedova
Allah hec bir aileni dagitmasin,Amin!
TWKR
16 iyul 2011 16:12
Offline
ulker
aliment sozun ewidende pis oluram e ama bilmirem niye
12 iyul 2011 14:58
Offline
Məryəm.
Ceyhune,
sən bunları hardan tapırsan belə xəbərləri????
7 iyul 2011 13:00
Offline
Mexbube
menim xalam qizi erinden bosanib onun eri 1 usaga 70 manat odeyir amma burda oxudum ki, minimim 76 manatdir
28 iyun 2011 18:03
Offline
aishvarya rai
cox sag ol indi hamisini oxuya bilmedim oxuyaxcam İnsallah mariflendirdiyin ücün tesekkurler
28 iyun 2011 17:19
Offline
moocik
cox sagolun,maariflenirik smile
28 iyun 2011 17:17
Offline
FEMIDA
wink
Sitat: Gulya_17
Ne coxdu hamisini oxuya bilmedim
cox olmalidir de bes, yarisinida insallah qelen defeye saxlamisam wink
Sitat: Gulya_17
amma lazimli movzudu.

smile tesekur xanim
Sitat: leylahuseynova
Ay Ceyhune Allah razi olsun senden. Hec kime arzulamiram butun ailelere xosbextlik arzulayiram.

winked cox saq ol ezizim, allah hamimizdan hemise razi olsun insallah. amin!!!
28 iyun 2011 13:40
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Gulya
Ne coxdu hamisini oxuya bilmedim.amma lazimli movzudu.
28 iyun 2011 13:34
Offline
leylahuseynova
Ay Ceyhune Allah razi olsun senden. Hec kime arzulamiram butun ailelere xosbextlik arzulayiram.
28 iyun 2011 12:02
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
FEMIDA
Sitat: nara-25
Amma men indi bu ani yawayiram 6-aydi alimente vermiwem helede elime pu gelib cixmiyib. bilmirem nece eleyim. uzadrlar iwe duzgun baxan yoxdu

mehkeme olub xanim?yeni qerarla tanis olmusunuz?
27 iyun 2011 16:51
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Allah he kime qismet elemesin mehkemelere getmeyi.
Amma men indi bu ani yawayiram 6-aydi alimente vermiwem helede elime pu gelib cixmiyib. bilmirem nece eleyim. uzadrlar iwe duzgun baxan yoxdu recourse
27 iyun 2011 16:18
Offline
Bakuji
Təşəkkür, allah hamımızdan razı olsun.
27 iyun 2011 14:40
Offline
Nihat
cox sag ol xebere gore
27 iyun 2011 14:36
Offline
FEMIDA
Sitat: bakuji
Yeni xəbərinizi də maraqla gözləyəcəm, hüquqi bilikləri təlqin etməniz çox yaxşıdır, alqışlanır.

cox minnetdaram size mende xanim, fikirlerinizede cox hormetle yanasiram. allah razi olsun. winked
27 iyun 2011 14:36
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Bakuji
Ceyhunə xanım,

yanlış anlaşma olmasın, maddələrin olduğu kimi verildiyini yazmışdım.
sadəcə, olduğu kimi verilməsinin tərəfdarı deyiləm, çıxarışlar olsa, daha yığcam, çatımlı olardı məncə.

Yenə də yalnış anlaşma olmasın, əlbəttə verginin alimentin məbləğinə heç bir dəxli yoxdu.

Siz yazdığınız kimi, kimsə 350 manat maaş alır, ama aylıq/illik hesabatlar vergi orqanına göndərilərkən vergidən yayınmaq üçün aylıq maaş 85 manat göstərilir. Sabah həmin adam boşananda işdən 85 manat maaş aldığı barədə arayış təqdim edir məhkəməyə, məhkəmə də aliment müəyyən edərkən məcburdur ki bu arayışı nəzərə alsın.

Ona görə də qadın ayıq olmalı, real maaşı sübut edən faktları məhkəməyə təqdim etməlidir.

Yeni xəbərinizi də maraqla gözləyəcəm, hüquqi bilikləri təlqin etməniz çox yaxşıdır, alqışlanır. smile
27 iyun 2011 14:30
Offline
FEMIDA
Sitat: bakuji
Xəbərə görə təşəkkür, hüquqi maarifləndirmə hər zaman lazımdır və təqdir olunur.
Fikrimcə, xəbərdə maddələr olduğu kimi deyil, maddələrdən çıxarışlar şəkildən verilsə idi, daha yığcam və oxunaqlı alınardı.

mence bu halda oxuduqunuza gore minnetdaram. xeberdeki maddelerin olduqu kimi olmasina bir basa cavabdehlik dasiyiram. duzgun danisin.
Sitat: bakuji
Ama Azərbaycan reallığında özəl sektorda çalışan şəxslərin rəsmi əmək haqqı ilə real əmək haqqı vergidən yayınmaq məqsədi ilə əksər hallarda fərqli olur. Real əmək haqqı yüksək olsa da, rəsmi əmək haqqı minumum göstərilir. Boşanma halında da ata rəsmi əmək haqqı barədə arayış gətirməklə alimentin miqdarını azaltmağa nail olur. Bu halda qadınlar ayıq olmalı, real qazancı sübut edən faktları məhkəməyə təqdim etməkdən çəkinməməlidirlər.

xanim, bu hec vaxt ola bilmez. niye? mehkemenin haqqi var kimin maasinin (ele aldiqi puldan sohbet gedir) ne qeder olmasina. burada vergiden sohbet gede bilmez axi. sonra- eger isci islediyi ayda 350 azn maas alirsa, lakin mueyyen sebeblere gore (meselen huquqi muessenin ayliq dovriyyesi zamani hesabatlarin vergi orqanina gonderilerken) asaqi yazilir. oki qaldi munimum emeke haqqina hal-hazira mumimum emek haqqi azerbaycan respublikasinsa sentyabr ayinin 5 den etibaren 2011 -ci ilden 85 azn olub. evvelki dovrde ise bu mebleq 75 azn idi. yeni verginin mehkemeye aidiyyati olmur alimentde. diqqetinize gore saq olun.

Sitat: bakuji
Yəni atanın işsizliyi onu aliment ödəmək imkanından məhrum etmiş sayılmır və bu məsuliyyətdən azad etmir.

beli bu silsile xeberdir, aile uzvlerinin aileye aid olan diger uzvler ucun alimet haqqlarida varki , onunla insallah gelen xeberde tanis olacaqsiniz. meselen nene+babanin nevelerine, nevelerin nene+babaya, terbiyyecinin usaqlara, veyaxud eksine, baci-qardasin emek qabiliyyeti olmayan baci- qardaslarina.
insallah gelen xeberde hamisi ile tanis olacaqsiniz. smile
27 iyun 2011 14:18
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Realist
Çox sağ ol mühüm məlumatları bizimlə bölüşdüyün üçün. Allah heç kəsə göstərməsin belə problemi.təşəkkürlər
27 iyun 2011 14:12
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Bakuji
Xəbərə görə təşəkkür, hüquqi maarifləndirmə hər zaman lazımdır və təqdir olunur.
Fikrimcə, xəbərdə maddələr olduğu kimi deyil, maddələrdən çıxarışlar şəkildən verilsə idi, daha yığcam və oxunaqlı alınardı.

Selcan Xatun"un sualı ilə bağlı müəllifin sözünə qüvvət olaraq demək istəyirəm ki, yaşayış minimumuna istinad qanunda birbaşa göstərilməsə də, hakimlər onu bir qayda olaraq təcrübədə nəzərə alırlar.
Ama Azərbaycan reallığında özəl sektorda çalışan şəxslərin rəsmi əmək haqqı ilə real əmək haqqı vergidən yayınmaq məqsədi ilə əksər hallarda fərqli olur. Real əmək haqqı yüksək olsa da, rəsmi əmək haqqı minumum göstərilir. Boşanma halında da ata rəsmi əmək haqqı barədə arayış gətirməklə alimentin miqdarını azaltmağa nail olur. Bu halda qadınlar ayıq olmalı, real qazancı sübut edən faktları məhkəməyə təqdim etməkdən çəkinməməlidirlər.
Digər tərəfdən nəzərə alınmalıdır ki, alimentin yönəldiyi yalnız əmək haqqı deyil, həm də digər gəlirlərdir ki, bunların əhatə dairəsi xeyli genişdir. Məsələn, buraya işsizlik müavinəti, məhkumun qazancı, həyətyanı sahədən pul və ya natura formasında gəlir, təhsil təqaüdü, pensiya, sosial sığorta ödənişləri və s. aiddir.
Yəni atanın işsizliyi onu aliment ödəmək imkanından məhrum etmiş sayılmır və bu məsuliyyətdən azad etmir.
27 iyun 2011 14:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır