Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
18 oktyabr 11:59GÜLÇİN Hər açılan sabahımıza şükürlər olsun! 18 oktyabr 08:58Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! 17 oktyabr 12:41GÜLÇİN Darıxıram........... 17 oktyabr 10:40Xəyalə Murad Yağır da sözdür)) 17 oktyabr 10:27Iceberg Ləzzətli yağış yağır))) 17 oktyabr 10:27Iceberg Salam, sabahınız xeyir 17 oktyabr 08:59Xəyalə Murad Gününüz aydın olsun! 16 oktyabr 09:31Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 15 oktyabr 23:06Iceberg Salam, qadın.netin gözəl xanımlarına)) 15 oktyabr 10:13Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
37786

"Bu insanın ixtiyarında deyil, amma..."

"Bu insanın ixtiyarında deyil, amma..."

Stiven Frayın depressiyadan əziyyət çəkən qıza məktubu.

Stiven Fray – Böyük Britaniya yazıçısı, aktyor və əsasən, "Civs və Vuster", "Uayld", "Şerlok Holms" layihələrilə məşhurlaşan teleaparıcıdır. 
O, vətəndaş hüquqları müdafiəsindəki aktivliyi ilə də seçilir.

2006-cı ildə dərin depresiyyadan əziyyət çəkən Kristal Nan adlı qız öz kumirinə məktub yazır.

"Mən kimə müraciət edəcəyimi bilmirdim, amma ağrılarımı azaltmaq üçün kiminləsə danışmağa ehtiyac duyurdum. Mən Stiven Fraya yazdım, çünki o, mənim qəhrəmanımdır . Ona görə ki, onun da nə vaxtsa bənzər hallar yaşadığını bilirdim. Və budur – möcüzə! O, mənə cavab verdi. Həmişə onu buna görə sevəcəyəm".

Kristalın aldığı cavab onun həyatla olan münasibətlərinə o qədər təsir edir ki, gənc qız nəinki xroniki depressiyalarına qalib gəlir, eyni zamanda, karyera quraraq xeyli irəliləyiş də edir. O, bu yaxınlarda ictimailəşdirdiyi cavab məktubunu həmişə özüylə gəzdirdiyini deyir.

"Əzizim, Kristal. Çox təəssüf edirəm ki, hazırkı həyatınızda sevinc yoxdur. Bilmirəm, nəyə görəsə həyat qəddar olur; gözləntilərin doğrulması üçün ətrafında həmişə nəsə çatmır. Əmin deyiləm ki, həyatın dad və ətrini qaytarmaq üçün sizə məsləhət verə bilim.

Əlbəttə, bu, ən yaxşı təşviqlə edilə bilər, lakin bəzən hamının sevdiyi səni, əslində, özünün elə də sevməməyinin xəyalı dəhşətli dərəcədə əsəb gətirir.

Araşdırmama görə, bəzən həyatdakı əhval və münasibət havaya bəslənilən kimi düşünüləndə kömək edir.

Baxın, havaya aidiyyatı olan açıq-aydın faktlar bunlardır:

- O, həqiqətən, mövcuddur.

- Siz onu öz istəyinizə görə dəyişə bilməzsiniz.

- Əgər o, buludlu və yağışlıdırsa, deməli, elə buludlu və yağışlıdır və bununla heç nə etmək olmaz. 

"Bu insanın ixtiyarında deyil, amma..."

- Zəhlətökən, soyuq və yağışlı hava, çox ola bilsin, iki həftə davam edər.

Amma...

Nə vaxtsa yenə günəş çıxacaq.

Günəşi görünməyə məcbur etmək insanın ixtiyarında deyil, lakin o mütləq görünəcək...

Bir gözəl gün.

Düşünürəm ki, əhval və ruhi vəziyyətimizlə də eynisi baş verir. Onları illuziyalaşmış hesab etmək yanlışdır. Əhval-ruhiyyəmiz, həqiqətən, mövcuddur. Depressiya, həyəcan, apatiya - bunlar hava qədər realdır və çox vaxt özümüzdən asılı olmur. Burada heç kimin günahı da yoxdur.

Amma...

Bütün bunlar keçicidir. Ciddiyəm.

Havanı olduğu kimi qəbul etdiyimiz qədər dünyaya olan hiss və münasibətimizi də qəbul etməliyik. "Bu gün zibil gündür" – fikrinə kökləndiyimiz yanaşma tamamilə realdır. Məsələ xəyali çətiri tapmaq bacarığındadır.

Bilmirəm, bu mövzuda dahilərdən misal çəksəm, işinizə yarayarmı? Ola bilsin, yox - əgər belədirsə, bağışlayın, təəssüf edirəm. Mən sadəcə sizə bir neçə cümlə yazmaq və həyatınızın mənalı və sevincli olması üçün uğurlar arzulamaq istədim.

Ən xoş arzularla Stiven Fray".

Tərcümə: Səbuhi ŞAHMURSOY

Səslərin sayı: 2
6
972
Loading...
loading...
Şərhlər
Offline
S U S E N _BACI
Havanı olduğu kimi qəbul etdiyimiz qədər dünyaya olan hiss və münasibətimizi də qəbul etməliyik. girl_ang
15 avqust 2016 19:20
Offline
Ellada Babayeva
Havanı olduğu kimi qəbul etdiyimiz qədər dünyaya olan hiss və münasibətimizi də qəbul etməliyik. "Bu gün zibil gündür" – fikrinə kökləndiyimiz yanaşma tamamilə realdır. Məsələ xəyali çətiri tapmaq bacarığındadır.
10 iyun 2016 19:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Azadrenocka
O yazıçı dərindən düşünən biri olub, qıza bir məktubla kömək etmək böyük işdir.
10 iyun 2016 18:03
Offline
Ceylan Mumoğlu
Stiven Frayın məktubda yazdıqlarında həqiqət var.
Səbuhi bəyin tərcümə üçün secdiyi mövzular gözəl zövqündən xəbər verir. Təşəkkür edirik.
10 iyun 2016 17:17
Offline
Aysel İ.
Maraqlı idi. Təşəkkürlər Səbuhi bəy
10 iyun 2016 16:32
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xəyalə Murad
Tərcümə üçün çox sağ olun, Səbuhi bəy. Cavabda necə vacib mövzudan və düşündürücü fikirlərdən bəhs edib.
10 iyun 2016 15:11
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır