Hər birimizin sevimlisi olan "Çalıquşu" serialı ilk dəfə 80-cı illərdə ekranlaşdırılıb. İllər boyu qəlbimizdə taxt qoyan bu əsərin nəinki aktyorları, eləcə də filmin musiqisi də sevilib, sevilir. Lakin 2013-cü ildə ikinci dəfə "Çalıquşu" serialı çəkildi. Bu iki film arasında zaman, məkan və aktyor fərqi vardır. Bəs fərqlər təkcə bundan ibarətdirmi? Gəlin, birlikdə bu filmin bənzərliyini və fərqini tapaq.
Əsas qəhrəmanların xarakterləri
1986-cı ildə çəkilən filmdə Fəridə daha sərt və hisslərini ətrafdakılardan məharətlə gizlədə bilən obrazdır. Kamran-özünə inamlı, qapalı gəncdir. Nə istədiyi, nələr düşündüyü kimsə tərəfindən anlaşılmır.
2013-cı ildə çəkilən filmdə isə Fəridə nəinki sərt, eyni zamanda başqalarını incitməkdən, qıcıqlandırmaqdan zövq alır. O buna bir oyun kimi yanaşır. Hisslərini gizlətmir, əksinə açıq aşkar biruzə verir. Kamran isə yaraşıqlı, qızlarla necə davranmaq lazım olduğunu bilən, bəzi səhnələrdə ağlamağı bacaran, şer yazan romantik gəncdir.
Baş qəhrəmanın geyim tərzi
1986-cı ildə çəkilən filmdə Fəridənin geyimi daha çox avropasayağıdır. Üstdən Hicabla örtünür. Və ya yaylıqla saçlarını gizlədir. Ya da başdan ayağa çadraya bürünərək, üzünü də gizlədir.
2013-cü ildə çəkilən filmdə Fəridə çadrada filmin cəmi bir səhnəsində görünür. O səhnədə üzünü gizlətməli idi. Qalan səhnələrdə isə başında yaylıq var, lakin saçları sinəsinə tökülmüş halda açıqdır. Avropasayağı geyinməi sevir. Hətta uşaqsayağı geyim seçdiyi üçün Kamran tərəfindən irad tutulur.
Fəridə və Kamranın uşaq çağı münasibətləri
1986-cı ildə çəkilən filmdə qəhrəmanlar bir-birlərinə daha soyuq davransalar da, istəksizdirlər.
2013-cü ildə çəkilən filmdə isə münasibətləri daha istidir və təsirlidir. Üstəlik bir-birlərinə sevgi etirafı belə etmək fürsəti tapırlar.
Kamranın işi
1986-cı ildə çəkilən filmdə Kamran əvvəlcə işləmir. Daha sonra Avropaya iki illik diplomatik səfərə yola düşür. Orada eşq macərası yaşayır və bundan Fəridə xəbər tutur. Beləcə ayrılırlar.
2013-cü ildə çəkilən filmdə uşaq çağında hərbiçi-həkim olan atasını itirən Fəridə Kamrandan xahiş edir ki, həkim olsun və insanları xilas etsin. Belə də olur. Kamran dövlət xəstəxanasında həkim işləyir. Tezliklə işində bəzi təcrübələr etməyə başlayır. Buna qanköçürmə də daxildir. Buna görə qanunla bağlı problemlər yaşayır. Bir müddət sonra Fəridə oxuyan pansionda tibbdən dərs keçir.
Əsas mənfi qadın obrazı
1986-cı ildə çəkilən filmdə dul Nəriman Kamranın sevgilisi rolunda çıxış edir. Bu eşq macərasından xəbər tutan Fəridənin həyatı alt-üst olur. Lakin Nəriman qısa müddət ərzində Fəridə və Kamranın həyatından yox olur. O başqa birinə ərə gedir.
2013-cü ildə çəkilən filmdə isə Nəriman ilk seriadan Fəridə ilə Kamranın birləşməsinə əngəl olur, Kamranı geri qazanmağa çalışır.
Əsas mənfi kişi obrazı
1986-cı ildə çəkilən filmdə elə obraz yoxdur ki, onu mənfi qəhrəman adlandıraq.
2013-cü ildə çəkilən filmdə isə Səlim adlı həkim obrazı peyda olur. Kamranla birlikdə işləyən bu həkim sevənlərə bir neçə tələlər qurmaqla yadda qalır. Fəridəyə aşiq obrazdır.
Şokolad
1986-cı ildə çəkilən filmdə Kamran hər gəlişində Fəridəyə şokolad karobkası gətirir. O da şokoladları pansion yoldaşları və hətta tərbiyəçiləri ilə bölüşür.
2013-ci ildə çəkilən filmdə isə Kamran yenə şokolad gətirir. Ancaq bu şokoladlar Fəridəni heç də sevindirmir. Onun həyatında kədərli nəsə baş verəndə şokolad verildiyindən xatirəsində kədərli iz qoyur. Hətta Səlim adlı obraz şokolad vasitəsi ilə Fəridəni zəhərləmək istəyir.
Evlilik təklifi
1986-cı ildə Kamran Fəridəyə evlənmək təklifini yellənçəkdə yellənərkən edir. Fəridə də dərhal razılaşır.
2013-cü ildə çəkilən filmdə isə yellənçəkdə bir-birlərinə sevgi etirafı edirlər. EVlilik təklifini isə Kamran Fəridənin buraxılış günündə edir. O isə bir neçə seriya sonra təklifi qəbul edir.
Xüsusi effektli sənhələr
1986-cı ildə çəkilən filmdə belə səhnə yoxdur.
2013-cü ildə çəkilən filmdə isə tez-tez dalaşma anları olur. Bir səhnədə qəhrəman nərdivandan yıxılır. Həm də qəhrəmanlar tamamilə eyni yuxu görürlər.
XƏBƏR LENTİ
Həyatımın bir anından dosta məktub
Dost deyə-deyə...
Ən qeyri-adi geyimlər
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Təbii tonik və losyonlar
Qış mövsümünün ən faydalı şirələri
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
İlham Əliyevdən mesaj
Almanın qabıqları şəfa mənbəyidir
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Qolf üçün də "ağıllı" eynək olacaq
19 yaşlı gəncin istedadı
Günün ulduz falı
İnsan neçə dəfə sevir?
Benilüksdə səyahət etməli yerlər
Bu tərəvəzlər immuniteti gücləndirir
Qozlu sadə peçenye (foto resept)
Bakıdan İrəvana çox sərt cavab
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Google istifadəçiləri izləyir
Qonaq otağı mebelləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
15 yaşında məcburən ərə verildi, indi isə...-FOTO
İşimizi sevməyin yolları (1-ci hissə)
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Pareidoliya
Harri və Megan kraliçanın əmrinə etiraz etdilər-SƏBƏB
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Yerkökülü peçenye (foto resept)
"Qalatasaray"da nə baş verir?
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
İşıq saçan şəlalə - FOTO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Hava haqqında
Artıq çəkidən necə xilas olmaq olar?
Körpə ağlamağında gizlənən fayda
Brilliant ilə bəzədilmiş telefonlar
2 yaşlı uşaq anasını xilas etdi
Manat nə vaxt ucuzlaşacaq?
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ramazan ayının 28-ci gününün duası
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Gürcü valyutası da çökdü
Qadınların heç sevmədiyi hədiyyələr
- ŞƏRHLƏR