Ermənistan Araz çayına axan və Naxçıvanı su ilə təmin edən Azat çayınınqarşısını kəsmək istəyir. ANS PRESS-in məlumatına görə, bu təklifi Ararat vilayətinin qubernatoru Rubik Abramyan irəli sürüb.O bildirib ki, Azat çayının suyunu Ararat vadisinin kəndlərinə yönəltmək barədə proqramının təxirə salınmasını düzgün hesab etmir. “Azat çayının üzərindəki su anbarından 15-25 min kubmetr su Naxçıvana axıdılır. Amma biz bu sudan elektirik enerjisi də əldə edə bilərik”, - deyə Ermənistan rəsmisi bildirib.
Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana nahaq yerə axıdıldığını deyib. “Məsələ burasındadır ki, bəzi aylarda su qıtlığı müşahidə oluna bilər, ancaq çayda əsasən su bolluğu var. Bu artıq suyu Ararat vadisinə yönəltmək lazımdır. Biz yaz daşqınları zamanı çox miqdarda su itiririk”, - deyə nazir qeyd edib.Araz çayının sol qolu olan Azat çayı Ermənistanın Qeqam yaylasından başlanğıcını götürür. Ermənistanda dəfələrlə Azərbaycana qarşı belə təxribatçı çıxışlar edilib.
Bu tipli çıxışlar aprel hadisələrindən sonra daha da artıb. Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejiminin “müstəqilliyinin” tanınmasını, aprel əməliyyatlarında itirilən ərazilərin danışıqlar predmeti olması kimi iddialarla çıxış edir.
İndi isə Ermənistan rəsmisi blokada vəziyyətində olan Naxçıvanın su təchizatına mane olmaqla bağlı təklif irəli sürür. Məsələ ilə bağlı ekoloq Telman Zeynalov ANS PRESS-ə bildirib ki, Ermənistanın Azat çayının qarşısını kəsməsi Naxçıvanda su qıtlığına səbəb ola bilər. “Arazın qolu olan Azat çayı Ermənistandan Naxçıvan Muxtar Respublikasının ərazisinə axır. Naxçıvan əhalisi isə bu çayın suyundan əkinçilikdə istifadə edir. Susuzluq isə Naxçıvanın kənd təsərrüfatına ciddi ziyan vura bilər”, - deyə ekoloq qeyd edib.
Telman Zeynalov deyir ki, Ermənistan sərhəd çayları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmadığı üçün belə addımlar atmağa çəkinmir. “Əgər rəsmi İrəvan bu konvensiyalara qoşularsa, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməlidir. Ermənistan təxribatçı əməllər törətmək üçün bu tip konvensiyalara qoşulmayıb”, - deyə Telman Zeynalov qeyd edib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında Araz çayının qolu olan və Naxçıvanı su ilə təmin edən Azat çayının qarşısının kəsilməsi ilə bağlı məsələnin araşdırılacağını deyib. Ermənistan tərəfi sərhəd çayları ilə bağlı konvensiyalara qoşulmasa da Azərbaycan aidiyyəti təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir və konvensiyalara qoşulub. Bu səbəbdənRusiya, Gürcüstan və İranla sərhəd çayları ilə bağlı problemlər müşahidə olunmur.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Günün ulduz falı
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Dünya tibb elmində ilk
İmtahan nəticələri elan olundu
Yaddaşsızlığa son
Ulduzların maşınları
Adamyeyən narkotikanın qurbanları
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Google-da nə axtarırlar?
Gəlin bir az gülək
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Çəki azaldan bitki
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Tubadan Ayrılıq AÇIQLAMASI
Ancelina Coli gizlicə ərə gedib?
Xoşbəxtliyimizin açarı
Meqan Markl artıq bahalı geyimlər almır
Uşaqlıq xatirələri
Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Milli Məclisdən "avtoş"lara zərbə!
Geyim kombinasiyaları
Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var
Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”
Tarixi bina və məbədlər
Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb
İlk qar kristalı fotoaparatının yaradıcısı
Limonlu yaşıl çay detoksu
Günün ulduz falı
Dünyada iki növ koronavirus var
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Hava haqqında
Buraxılış gecəsi donları (2)
Problemli kreditlərdən çıxış yolu
İspaniya "Facebook"u cərimələdi
İranda zəlzələ oldu
Kerri özünə erməni müşavir seçdi
İlk peşəsi müəllim olan məşhurlar
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Şokolad ürək sağlamlığını qoruyur
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Səudiyyədən qorxulu qərar
Bakının məşhur məktəbi niyə sökülür?
2017-nin cins ətəkləri
Zoopark və sirklər qadağan edilə bilər
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?