Azərbaycanın iqtisadi siyasətinin təməlində yalnız nefti satıb ondan əldə olunan gəlirlərdən bəhrələnmək praktikası dayanmır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan ilk neft pulları daxil olan təxminən 2003-cü ildən başlayaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycan əhalisinin bütün potensialından ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində istifadə olunur: "2008-ci ildən dünyada yaşanan maliyyə böhranı, neft qiymətlərinin kəskin şəkildə 3 dəfə aşağı düşməsi Azərbaycanı təxminən 2014-cü ildə yaxaladı. Amma buna qədər hakimiyyət lazımi tədbirləri görmüşdü. Əvvəla neftdən gələn pullar Azərbaycanda səmərəli şəkildə iqtisadiyyata yatırılmışdı. Baxın, Azərbaycanda bu gün nə qədər sənaye parkları yaradılıb. Zaman var idi ki, Azərbaycan bütün qida məhsullarını xarici ölkələrdən idxal edirdi. İndi özümüz istehsal edirik, Azərbaycan bu müddətdə kənd təsərrüfatına ciddi yatırımlar qoyub".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin sözlərinə görə, ölkədə qeyri-neft sektorunun və özəl sahibkarlığın inkişafına ciddi stimul verilib: "Bu gün Azərbaycanın ümumi daxili məhsulunun 80 faizə yaxını özəl sektorun hüsabına formalaşır. Azərbaycanda qeyri-neft sekrotunun payı artıq 50%-dan yuxarı qaldırılıb, hazırda neftdən asılılıq 50 faizdən aşağıdır. Azərbaycan neftin qiymətinin birdən-birə aşağı düşməsindən kifayət qədər hazırlıqlı vəziyyətdə çıxa bildi".
Sosial layihələrlə bağlı Ə.Həsənov qeyd edib ki, ölkə başçısının yürütdüyü sosial siyasət çərçivəsində 2016-cı il üçün nəzərdə tutulan bütün layihələr icra olunur. Bəzi icrası dayandırılan layihələrin isə gələcəkdə yenidən realizəsi bərpa olunacaq.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Donlar
Gələn aydan sayğaclara baxış keçiriləcək
Tez arıqlamağa kömək edən 3 idman hərəkəti
2012-nin yaz-yay modası
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Bu addım xərçəngə səbəb ola bilər
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Sabahın HAVAsı
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Möhtəşəm binalar
Tramp prezident seçkilərdən əvvəl Putinlə görüşəcək
Duz istifadəsini azaltmaq üçün tövsiyələr
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Məşhurların gözəllik sirləri
Urban geyim tərzi
Dünyanın ən böyük iti öldü
Duzlu bisküvit (foto resept)
Brüssel kələmi yeməyi (foto-resept)
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Dünyanın ən qorxunc zəlzələləri
Gülşen prokurorluğa verildi -SƏBƏB
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
10 yaşlı uşaq zəhərli ilanı əlinə götürüb yoldan kənarlaşdırdı
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Ərdoğandan Avropaya çağırış: “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
Klassik mətbəx dekorasiyası
Burun tıxanmasına qarşı tədbirlər
Kondisionerli avtobuslar gəlir
Ramazan ayının 30-cu gününün duası
"Çukur"un aktyoru evlənir?-FOTO
Uşaqda skoliozun əlamətləri
Doğum çantası
Təkrar zəlzələ gözlənilirmi? – RƏSMİ AÇIQLAMA
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Harri Meqanın növbəti istəyini reallaşdırdı-FOTO
Bergüzar Korel ağladı-SƏBƏB
Ziq-zaq formalı saç düzümü necə yığılır?
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
Yuxuda çevrilmə hallarının səbəbi
Limonlu peçenye (foto resept)
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Azərbaycan Gürcüstandan silah alacaq?
Ən ağır "bir həftəm"
"Milli sərvətimizdir Muğam"
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Haxıştalar