Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanı Respublika Günü münasibəti təbri edib.
“Gözəl rəhbər İlham Heydər oğlu Əliyev, böyük nailiyyətlər, dənizin sahilində yerləşən inci, may günlərinə təsadüf edən bayram. Mən əminəm ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti müstəqilliyin elan edilməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünü böyük sevinclə qarşılayırlar. Əziz dostlar, qonşular, bayramınızı təbrik edirik. Hamınızı sevirik və sizə hörmət bəsləyirik”, - deyə Vladimir Jirinovski vurğulayıb.
Sədr müavini Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq əmin olduğunu bildirib ki, ən ağır vaxtlar geridə qalıb, qabaqda yalnız danışıqlardır.
V.Jirinovski deyib: “Ölkələrimiz arasında heç bir mübahisəli məqam yoxdur, münasibətlər bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək. Əminəm ki, prezidentlərimiz bütün məsələlərdə həmişə ümumi dil tapacaqlar”.
Vladimir Jirinovski bu gün Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli qəbulda da iştirak edib. Tədbirdə o, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Astana şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub.1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil alır. 1965-1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini alır. 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alır.
Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlayır və polkovnik rütbəsinə qədər qalxır. 1975-1983-cü illər arasında Vladimir jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olur. 1983-1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlayır.
1990-cı ildə LDPSS (Sovet İttifaqının Liberal Demokrat Partiyası)-nın üzvü olur. 1992-ci ildə Vladimir JirinovskiLDPR (Rusiya Liberal Demokrat Partiyası)-nın əsasını qoyur. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilir və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini olub.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7.81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5.7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2.7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürür və 4 namizəd arasında 9.35% (6.988.510 səs) toplayır və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutur. BuVladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Gəlin saç modelləri
Leyla Əliyeva poeziya gecəsində - FOTO
Zəncəfilli şirniyyat (foto resept)
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
Gənclər üçün pəhriz
Heç görmədiyiniz qəribə meyvələr
Varlı olmağın qorxulu tərəfləri
2012-ci ilin gəlinlikləri
Əsəbləşmək kökəlməyə səbəb olur
Kəlbəcər rayonunun işğalından 21 il ötür
Rubl Rusiyanı hərəkətə keçirdi
Acıbibərli acika (foto resept)
Dövlət Komitəsi: Ramazan təqvimi ilə bağlı pozuntular araşdırılacaq
"Zəmzəm" suyunun sirləri açıqlanıb
Sara Sampaionun gözəllik sirləri
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR? - AÇIQLAMA
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Həyatı olduğu kimi qəbul edin
Bu gecə Ay qan rənginə boyanacaq
Ən qapalı ölkə İnstagram-da
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
Vanqadan şok öncəgörmə: Martın 31-də...
Ətli, makaronlu yemək (foto resept)
Putindən növbəti qadağa
Kişilər nəyə görə qadınlardan hündürdülər?
"Qız xəstəliyi" - bu nədir?
“Instagram”a çoxdan gözlənilən funksiya gəlir
Bu gün Ümümdünya Kosmonavtika günüdür
Elektrik enerjisinin qiyməti və metroda gedişhaqqı bahalaşacaq?
"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"
Lazanyalı rollı (foto resept)
Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı
Gürcüstan-Tbilisi (2)
Xarı bülbül Qaxa gəlib çıxdı
Xəttiniz xarakterinizdən xəbər verir
Onlar da ayrıldılar
Tuşdan istifadə qaydaları
Pensiyalar artacaq
Sentyabr ayının qalibləri!
Boksçularımız 17 medal qazandılar
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub
Azərbaycanda istirahət günü hava yağıntılı olacaq
Nişan geyimləri və gəlinliklər
Ütüləməyi bacarmır, nə etsin?
Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Sinoptiklərdən Azərbaycan üçün xoş hava müjdəsi
Sevimli uşaq şerləri
Azərbaycanda çörək bahalaşır?