Məlumata görə, Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində, eləcə də kəndlərarası yol kənarlarında 10-dan artıq ağac küləyin gücündən aşaraq yolda hərəkəti məhdudlaşdırıb. Güclü külək Şəmkirin Muxtariyyə, Düyərli, Zəyəm-Cırdaxan və Xuluf kəndlərində fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü qoparıb.
ATV-nin məlumatına görə, Tovuz rayonunda da güclü qasırğa və dolu bir sıra kəndlərə ciddi ziyan vurub. Rayonun Kirən, Xına Molla ayrım, Hacıhəsənli, Yanıqlı, Əhmədabad, Göyəbaxan, Həsənli, Sarıtala və digər kəndində həyətlərə, evlərin zirzəmilərinə yağış suları dolub. Təxminən yarım saat davam edən dolu həyətyanı sahələrdə kartof, tərəvəz və tütün sahələrini məhv edib. Elektrik xətlərində problemlər olduğuna görə kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Həmçinin Ağdama yağan dolu da fəsadsız ötüşməyib. Yağan dolu rayonun Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərində dənli bitkilərdən arpaya, həmçinin soğan və pomidor sahələrinə, meyvə ağaclarına ziyan vurub. Güclü külək və dolu Daşkəsən və Gədəbəy rayonlarına da ziyan vurub. Milli.Az bildirir ki, məsələ ilə bağlı Musavat-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov dedi ki, dünyada qlobal istiləşmə ilə bağlı "SOS" təbili çalınsa da, əslində görünən budur ki, heç də belə deyil: "Əgər yaz ayları sərin keçirsə, yay aylarında da çox isti olmayacaq. Yağıntıların miqdarı 25-30 faiz artıb. Son günlər yerlərdə müşahidə edilən yağıntılar isə təsərrüfata xeyli zərər vurdu. Əsasən meyvə və tərəvəzə, yonca, taxıl sahələrinə ziyan dəyib. Bütün bunların qarşısını öncədən tədbir görməklə almaq olardı. Ancaq görünür, bununla məşğul olan yoxdur. Sovet dövründə dağlarda nəhəng toplar quraşdırılırdı. Həmin toplar vasitəsilə buludlar dağıdılırdı. Nəticədə əkin sahələrinə dolu, güclü leysan yağışları düşmürdü. Bu da məhsuldarlıq səviyyəsinin yüksəlməsinə səbəb olurdu. İndi isə qeyd etdiyim kimi, bu vasitədən istifadə olunmur".
T. Zeynalov bildirib ki, kənd camaatı bu kimi təbiət hadisələri qarşısında acizdirlər: "Rayonlara işimlə əlaqədar tez-tez gedirəm. Orada məndən soruşurlar ki, birdən gecə şaxta oldu, nə edək? Bitkini və taxıl məhsulunu şaxtadan qorumaq üçün sahənin ətrafında ot yandırmaq lazımdır. Həmin tüstü məhsulu şaxtadan qoruyur. Adicə bunu belə etmirlər. Əhali çox tənbəlləşib. Bütün bu proseslər də sonucda məhsul qıtlığına və bahalaşmaya yol açır. O zaman da bahalıqdan şikayətlənirlər. Halbuki baş verənlərin müəyyən mənada səbəbi insanların adi qaydalara əməl etməməsidir".
Ekspert yağan yağışların dağlıq ərazilərdə sürüşməyə səbəb olmayacağını bildirdi: "Sürüşmə gözlənilmir. Sel hər 7-8 ildən bir baş verir. Ola bilər ki, indi də dağlardan sel gəlsin. Çünki son yağıntıların miqdarı çox oldu. Bu isə dağlarda çalaların əmələ gəlməsinə, hər il aşınma zamanı isə suyun bəndi dağıdaraq əkin sahələrinə, yaşayış yerlərinə doğru gəlməsinə səbəb olur. Təbii ki, dağdan gələn su qarşısına çıxanı da daşıyıb gətirir. Bu, dağlarda olan 5-10 tonluq nəhəng daşlar da ola bilər. Əsaslı sürüşmə gözlənilməsə də buna da hazır olmalıyıq. Kənd camaatı əkdiyi məhsulu qorumaq üçün çalışmalı, qeyd etdiyim kimi, adi qaydalara əməl etməlidirlər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Xoşbəxt cütlüklərin sirri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
HAVA necə olacaq?
Qeyri-adi milyonçular
Bu günün hava proqnozu
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Dollar yenə bahalaşdı
Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq
Blinçik tortu (foto resept)
İdman görmə qabiliyyətini qoruyur
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Rayondan Bakıya gələnlər belə saxlanılır
Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?
Nəfəs kəsən istilər qayıdacaq?
Qarpızı alanda kəsdirməyin! - ZİYANLARI
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
Xəzəri Bakıda böləcəklər
İrem Dericidən gözlənilməz etiraf
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
"Hercai"dən yeni Rekord
İŞİD Türkiyəyə müharibə elan etdi
Noutbuk satışları artacaq
Üzdə mimik qırışları təmizləyən maskalar
Bu sezon makiyajda minimalizm dəbi
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Finlandiya futbolunda tarixi qərar
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Gəlin buketləri-2
Cəbhə xəttində təxribat
Ürəyi xəstə olanlar, yayda diqqətli olun!
Bu zalım dünyada doğulma...
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Çavuşoğlu: “Ermənistan başqa ölkənin torpaqlarına göz qoymağa davam edərsə...” - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib - FOTO
Damla şokoladlı türk paxlavası (foto resept)
Sirli pilləkən
Pensiya xərcləri artıb
Bu şəhərlərdə hər şey var, insan yoxdur-FOTO
Britaniyada türk əsilli koronavirus xəstəsi 222 gün xəstəliklə mübarizə apararaq “qəhrəman” oldu
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb
Kişilər aşiq olarsa
Bakıya giriş-çıxış bağlanır? -AÇIQLAMA
Məşhur serialda azərbaycanlı obrazı olacaq-FOTO
Sürücülər bu xəbəri mütləq izləsin
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Evlilikdə maddiyyat
Göz laynerini asan çəkmə üsulları
- ŞƏRHLƏR